Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əfqanıstan dalanı:ABŞ bu ölkədə güclənən Rusiya və İranı sıxışdıra biləcəkmi? – Təhlil

Tarix 03.06.17, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


Katrin Hille, Katrina Menson, Kiran Steysi

Financial Times (Böyük Britaniya), 02.06.2017

2001-ci ildə Əfqanıstana Amerika müdaxiləsindən bəri ən dəhşətli terakt Amerika üçün bu ən uzun müharibədə ABŞ qoşunlarının sayını artırmaq haqda düşünən Donald Trampa hansı çətin qərarlar qəbul etməli olduğu haqda kədərli xatırlatmadır.

Çərşənbə günü Kabulda 90 nəfərin həlakı və 450 nəfərin yaralanmasına səbəb olmuş partladıcı bərkidilmiş yük maşınının partladılması göstərdi ki, ABŞ-ın dəstəklədiyi, ölkə ərazisinin cəmi 24%-ə nəzarət edən, getdikcə güclənən Talibanla vuruşan və İŞİD tərəfdən təhlükələrə qarşı duran  Əfqanıstan hökuməti nə qədər çətin durumdadır. Tramp amerikalıların həyatını aparan silahlı müdaxiləyə görə seçkiqabağı etirazları ilə Amerikanın bölgə rəqibləri Rusiya, İran və Çinin ABŞ-a üstün gələcəyi əndişəsi arasında balans aramağa məcburdur. Xatırladaq ki, XIX əsrdə rəqib imperiyalar “Böyük oyun”un gedişində bu bölgəyə nəzarət uğrunda mübarizə aparırdı.

Trampın generalları iddia edirlər ki, Əfqanıstan təhlükkəsizlik qüvvələrinə tövsiyə vermək və təlim üçün üç mindən beş minədək əlavə Amerika hərbçisi göndərilsə, ABŞ ekstremizmə qarşı mübarizədə mühüm stimul əldə edəcək, həmçinin dalandan çıxış yolu tapa biləcək. Bunu Əfqanıstandakı Amerika qoşunlarının komandanı, general Con Nikolson iddia edir. Lakin Amerika prezidenti general məsləhətlərini dinləməyərək qoşun qruplaşmasını gücləndirmək haqda qərarın qəbulunu artıq dəfələrlə təxirə salıb. Əfqanıstanda Amerika siyasətinin çoxdan gözlənilən hökumət icmalı isə hələ də başa çatmayıb.

“Pentaqon prezidentlərin dəyişilməsindən istifadə edib, – Kral müdafiə araşdırmaları birləşmiş İnstitutunun baş elmi əməkdaşı Şaşank Coşi deyir. – O sanki prezident Trampa deyir: prezident Obama son dərəcə qorxaq idi. Siz isə bizə yetərincə amansız görünürsünüz. Bu belədirmi?”

Dövlət Departamenti qeyd edib ki, özünün siyasi icmalında problemin etibarlı siyasi həllini tapmağa çalışır. Departamentin yüksəkçinli təmsilçisi bildirib: “Prezidentin ixtiyarına Əfqanıstan üzrə siyasətin icmalı və fəaliyyət variantlarının hazırlanması davam edir. Bu, hərtərəfli təhlildir və  yekunlaşmayınca Birləşmiş Ştatlar diplomatik və hərbi vasitələrlə Əfqanıstan hökumətini çox fəal şəkildə dəstəkləyir. Onlar münaqişənin uzunmüddətli və etibarlı siyasi həllini aramaqla başqa br məqsədə yetmək üzərində işləyirlər”.

2011-ci ildə Amerika qoşunalrının sayı 100 min nəfəri keçib maksimuma çatıb. Amma indi 8 400 nəfərədək azaldılıb və Amerika elə bir duruma düşüb ki, Rusiya və İranla nüfuz uğrunda mübarizə aparmalı olur.

Sovet Rusiyası 1980-ci illərdə Əfqanıstana uğursuz müdaxiləsi zamanı taliblərlə vuruşub, indi isə danışıqlar və bu qruplaşma ilə siyasi barış uğrunda çıxış edir. ABŞ və Əfqanıstan hökuməti bu cür cəhdləri hələlik rədd edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov keçən ay “Taliblər Əfqanıstan əhalisinin bir hissəsidir” deyərək vurğulayıb ki, uzunmüddətli Amerika müdaxiləsi terrorçuluq təhlükəsini yalnız ağırlaşdıraraq İŞİD-in Əfqanıstana gəlişinə yol verib.

Cavabında ABŞ bildirir ki, əfqanların böyük əksəriyyəti amansız üsullarla hərəkət edərək əhalini şəriətin radikal versiyasına vadar edən talibləri qəbul etmir və qeyd olunur ki, Taliban Əfqanıstan konstitusiyasını tanıyacağı və zorakılıqdan imtina edəcəyi halda onun siyasi prosesə cəlb olunması barədə düşünəcək. Əvvəlki cəhdlər uğursuzluğa düçar olub, çünki taliblər bütün xarici qoşunların Əfqanıstan ərazisindən çıxarılmasını tələb edirlər.

Talibləri silahlandırdığını tam inkar edən Moskva bu həftə kamikadzenin iştirakı ilə baş vermiş teraktdan istifadə edib və Lavrovun dediyi kimi, Əfqanıstanda “ikili standartları” və “geopolitik oyunları” qınayıb.

NATO Rusiyanın 2014-cü ildə Ukraynaya müdaxiləsindən sonra Əfqanıstan üzrə Rusiya ilə əməkdaşlığı dayandırıb, tənqidçilər isə bildirirlər ki, taliblərə Rusiya yardımı ABŞ və NATO-nun zəiflədilməsinə hədəflənib.

Birləşmiş Ştatlar Rusiyanın vasitəçiliyi ilə Əfqanıstan münaqişəsi üzrə Moskvada keçirilən aprel danışıqlarında iştirak dəvətindən imtina edib.  Əvəzində İran, Çin, Pakistan, Hindistan və Əfqanıstan təmsilçiləri durumu və onu tənzimləmə yollarını müzakirə etmək üçün ora toplaşmışdılar. “Ruslar sadəcə Amerikanın çarxına çubuq soxmaq istəyirlər”, – keçmiş alman diplomatı, hazırda Afghanistan Analysts Network analitik qurumuna başçılıq edən Tomas Ruttiq deyir. O, soyuq müharibə dövrü rəqabətinin nəticələrini nəzərdə tutaraq deyir: “Bu, qisas əvəzinə qisasdır”.

ABŞ-ı rahatsız olur ki, Rusiya və İran taliblərə maddi dəstək verə bilər. General Nikolson bildirir ki, ruslar taliblərə legitimlik təmin etməyə səy göstərir və istisna etmir ki, bu qruplaşmanı silahlandırırlar. Pekin Əfqanıstan ərazisində hərbi patrulluq etdiyi haqda məlumatları təkzib edir. Lovrov öz tərəfindən eyham vurur ki, ABŞ Əfqanıstanda İŞİD-i silahlandıra bilər.

Strateji və beynəlxalq araşdırmalar Mərkəzinin eksperti Entoni Kordsman deyir: ABŞ-ın təkliflərində qoşun göndərmək ideyası yoxdur, bunlar “strategiyanın ciddi şəkildə dəyişilməsini” ifadə edir. O, əlavə edir ki, Əfqanıstan ordusu hazırda ölkəni qorumaq bacarığında deyil.

Kordsman bununla yanaşı qeyd edir ki, sülh əldə etmək üzrə bütün səylərə zəif, parçalanmış və korrupsiyalaşmış, on il müddətində ciddi islahatlar keçirməyə qabil olmayan hökumət mane olur.

Hərbi qüvvə işlətmədən siyasi həll Əfqanıstanın qonşusu və ABŞ-ın etibarlı müttəfiqi, Hindistanın bu bölgədə nüfuzunu zəiflətməyə çalışaraq əfqan döyüşçüləri gizlincə dsətəkləməkdə həmişə ittiham olunan  Pakistanla mütləq əməkdaşlıq tələb edir. Hindistanın keçmiş Əfqanıstan səfiri Vivek Katcu deyir: “Hətta qoşunlar artırılsa da və eyni zamanda bataqlıq qurudulmasa, heç nə dəyişilməyəcək”.

O, qeyd edir ki, bu bataqlıq “Pakistanda yerləşir”.

Pakistanın ABŞ səfiri Əyzaz Əhməd Çaudri Pakistan hökumətinin ümidini ifadə edib ki, ABŞ öz siyasətinin icmalı çərçivəsində Əfqanıstan üzrə “hərtərəfli siyasi strategiya” hazırlamaq məqsədilə İslamabadla əməkdaşlığın gərəkdiyi qənaətinə gələcək. Səfir deyib: “Pakistan hesab edir ki, Əfqanıstanın özünün həyata keçirdiyi danışıqlar prosesi Əfqanıstan probleminin ən yaxşı həllidir, çünki bu mürəkkəb münaqişənin hərbi həlli yoxdur”.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 136




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap