Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əfqanıstanda hakimiyyət niyə rüsvayçı şəkildə çökdü? – “ABŞ bu qüvvələri şantaj etməsəydi...”

Tarix 16.08.21, 23:27

Font ölçüsü : - / +
bitmap-img6


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli Əfqanıstanda baş verən hadisələrdən, uzun illər ərzində baş verən siyasi böhranın “Taliban”ın qələbəsinə gətirib çıxarmasının səbəblərindən yazıb. 

O, bir müddət Əfqanıstan üzrə seçki missiyasında çalışıb və ölkənin daxili problemlərinə bələdçiliyi var. SMDT rəhbəri qeyd edir ki, 12 il əvvəl elə bu günlərdə Əfqanıstanda prezident seçkiləri üzrə beynəlxalq yardım qrupunun üzvü kimi çalışıb. Təxminən 3 ay yarım ərzində Əfqanıstanın müxtəlif siyasi qrupları, o cümlədən beynəlxalq təşkilatlar və beyin mərkəzlərinin təmsilçiləri ilə ünsiyyətdə olub, fikir mübadiləsi aparmaq imkanı ələd edib. "Həmin səfər Əfqanıstanla bağlı bir sıra fikirlərimi dəyişdi, həmçinin bu ölkənin siyasi elitasını tanımaq imkanı yaratdı", - A.Məmmədli qeyd edib.

Təşkilat rəhbəri bildirir ki, “Taliban”a sadəcə terror təşkilatı demək yanlışdır: "Bu qurum ölkədə üzvləri, tərəfdarları və könüllüləri olan siyasi hərəkat kimi yaranıb və fəaliyyət göstərir. Amma əfqan xalqı “Taliban”ı sevir demək də yanlışdır. Sadəcə “Taliban”ın digər siyasi təşkilatlardan ən ciddi fərqi bu qurumda klan, tayfa, bölgə və ya etnik kimliyin üstkimlik kimi önəm kəsb etməməsidir. Əfsus ki, ötən 20 ildə digər siyasi təşkilatlar məhz klan, tayfa, bölgə və ya etnik kimliyə önəm vermələri ilə bir-birindən o qədər də fərqlənmədilər". 

Anar Məmmədli daha sonra yazır ki, hazırda uduzan əfqan siyasi elitası barədə çox şey yazmaq, bölüşmək olar. "Xüsusən də Həmid Kərzai və Əşrəf Qaninin prezidentliyi dövründə korrupsiyanın çiçəklənməsini, qohumbazlıq və klançılığın idarəçilikdə əsas bəlalardan olmasını iddia edə bilərik", - SMDT rəhbəri vurğulayır.

Onun fikrincə, ölkəni son 16 ildə idarə etmiş anti-“Taliban” düşərgəsi və ya elitasının parçalanmasını, zəifləməsi və son iki həftə ərzində ölkəyə nəzarətini tamamilə itirməsini 2009-cu ilin prezident seçkiləri və sonrası yaşanan olaylara bağlamaq lazımdır. Xüsusən də hazırda Milli Barışıq üzrə Ali Şuraya rəhbərlik edən Abdullah Abdullahın siyasi alyansına qarşı yol verilən ədalətsizliklərə nəzər salmaq vacibdir: "Abdullah həm Kərzai, həm də Qaninin prezident seçkilərində əsas rəqibi olub. Onun digər iki siyasi liderdən fərqi budur ki, həm sovetlər, həm də “Taliban”a qarşı siyasi mübarizədə mücahidlərin yanında olub, mühacirətə getməyib. İki ilə yaxın dönəmdə isə Şimal Alyansının lideri Şah Məsudun xarici siyasi məsələlər üzrə müşaviri olub.

Abdullah Abdullah

Yeri gəlmişkən, 2004-cü ildə keçid hökuməti qurulundan bəri daim keçmiş mücahidlərlə mühacirlər arasında qarşılıqlı etimad və əməkdaşlıq məsələsində anlaşılmazlıq olub. Məsələn, ABŞ və beynəlxalq institutların “sevimli adamı” olan Kərzai və Qanidən fərqli olaraq, Abdullaha beynəlxalq çevrələrdə etimad uzun müddət yüksək olmayıb. Çünki suverenlik, müstəqillik və “Taliban”la mübarizə məsələsində Şah Məsudun xəttinin davamçısı olub. Gələk, Abdullaha qarşı edilən haqsızlıqlara. Yəni ikinci tur olmalıydı. Amma Kərzai bundan imtina edirdi. O zaman Kabulda beynəlxalq siyasi çevrələrin çeşidli simaları görünürdü. Total siyasi təzyiq başladı. Nəticədə Kərzai geri çəkildi və ikinci turun keçiriləcəyi bəyan edildi. Abdullah isə seçki komissiyaların tərkibin dəyişməsini, Kərzainin adamları, xüsusən də qardaşı və qohumlarının yerli icra strukturlarından geri çağrılmasını tələb ediridi. Tələbi eşidlmədi və seçkiyə bir həftə qalmış namizədliyini geri götürdü. Kərzai rüsvayçı şəkildə prezident elan edildi. 2009-cu ildə ciddi qanun pozuntuları ilə keçən seçkilərdə Kərzainin nəzarətində olan seçki komissiyası ilkin nəticələri açıqlamadı. Komissiya qeyri-rəsmi şəkildə beynəlxalq təşkilatlara, o cümlədən yerli siyasi qruplara bildirdi ki, Abdullah 27 faiz səs qazanıb. Amma Kərzai də 50+1 səs qazanmamışdı. Bu olaydan Kərzai tərəfdarları və onun beynəlxalq havadarları dərs çıxarmadı. 2014-cü ilin prezident seçkilərində ilk turun nəticəsinə görə Abdullah 45 faiz, Əşrəf Qani isə 31 faiz səs qazanmışdı. Amma ikinci turda Qaninin səsləri 55 faizə qalxdı. Abdullah bütün iri şəhər və vilayətlərdə səslərin yarısından çoxunu qazanmışdı, Şah Məsudun doğulduğu Panjir vilayətində isə 87 faiz seçici ona səs vermişdi. Ölkədə anti-“Taliban” düşərgəsi iki yerə parçalanmışdı. Qaniyə iri şəhərlərdə rəğbətin olmadığı açıq-aşkar görünürdü. Xüsuən də keçmiş mücahidlər və hərbi qüvvələr arasında onun nüfuzu aşağı idi. Amma beynəlxalq müdaxilə nəticəsində Abudllah onun qələbəsini tanıdı və siyasi saziş imzalandı. Abdullah bu sazişə əsasən baş nazir səlahiyyətlərinə yaxın Baş İcraçı vəzifəsini tutacaqdı. Amma Qaninin komandası ilə vaxtaşırı problemləri yarandı".

Anar Məmmədli qeyd edir ki, 2019-cu ilin oktyabrında keçirilən prezident seçkilərində analoqu olmayan olaylardan biri yaşandı: "Seçki Komissiyası ilkin nəticələri 2 ay açıqlaya bilmədi. Yalnız dekabrın 22-də çıxıb elan etdilər ki, Qani səslərin 50.67 (?) faizini qazanıb. 2020-ci ilin fevralında isə yekun nəticələr açıqlandı və Qani prezident elan edildi. Bununla razılaşmayan Abdullah tərəfdarları onu prezident elan etdilər və ölkənin şimal əyalətlərində Qaniyə qarşı etimadsızlıq başladı. 2009-cu ildə başlayan anti-Abdullah düşmənçiliyi yeni siyasi böhranı gətirdi. Üç ay ərzində ölkənin “Taliban”ın nəzarətindən kənar şimal əyalətlərində Abdullah prezident sayıldı və onun təmsilçiləri vilayət başçıları elan olundu. Nəhayət, ABŞ-ın uzun sürən təzyqilərindən sonra ötən ilin mayında bu iki liderin koalisyon hökuməti quruldu. Amma bu hökumətin də ömrü bir il 2 ay sürdü".

SMDT rəhbərinin fikrincə, əfqan cəmiyyətinin hazırda “Taliban”a biganə qalması, ordunun laqeydliyi və siyasi idarəçilərin yarıtmazlığı ötən 10 ildə dərinləşən siyasi uçurumla bağlıdı. A.Məmmədli hesab edir ki, Abdullahın ötən 10 ildə beynəlxalq dəstəyi olsaydı və ya Qani-Kərzai rejimlərinə müqavimət göstərəndə ABŞ və müttəfiqləri tərəfindən “ölkənizə yardımları kəsəcəyik” şantajı ilə üzləşməsəydi, mövcud rejim “Taliban”ın qarşısından bu qədər rüsvayçı şəkildə çökməzdi. (AzPolitika.info)









Xəbərin oxunma sayı : 940




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap