Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əfqanıstanda partlayış:8 uşaq ölüb

Tarix 11.05.19, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


Əfqanıstanın cənub-qərbində yerləşən Qəzni əyalətində əldəqayırma bombanın partlaması nəticəsində azı 8 uşaq həlak olub

AzFak.com Khaama Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın təhlükəsizlik qüvvələri məlumat yayıb.

Faciə yerli vaxtla səhər saat 08:00-da Mukur rayonunda baş verib. Hökumətin mətbuat xidmətinin məlumatına əsasən, partlayış nəticəsində azı səkkiz uşaq həlak olub, iki uşaq isə yaralanıb. Onların oyun zamanı təsadüfən “Taliban” hərəkatının hazırladığı bombanı işə saldığı bildirilir.

Xatırladaq ki, mayın 10-da Əfqanıstanın şimal-qərbindəki Fəryab əyalətində fuqas bombasının partlaması nəticəsində 4 uşaq həyatını itirmiş, 5 uşaq isə xəsarət almışdı.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD terror qruplaşmasının da fəallığı artır. Milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə bütün ölkə ərazisində silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap