![]() |
|














“Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi“ - Ceyhun Bayramov
Tarix 25.11.20, 13:36 |
|

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir Ceyhun Bayramov üçtərəfli bəyanat, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, Fransanın mövqeyi, bölgədəki xristian abidələrinin taleyi, müharibədə Türkiyənin rolu, Dağlıq Qarabağda birgə yaşayışa zəmanət və digər sualları cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Atəşkəsdən sonra Ermənistan tərəfi ilə sülh müqaviləsini bağlayacaqsınız?
- BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 Noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq. Bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur. Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayondan 1 dekabr tarixinə qədər çıxarılmasıdır. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar oluna bilər.
- Atəşkəsin ən yaxşı təminatçısı rus hərbçiləridir?
- Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasından etibarən Ermənistanla Azərbaycan arasında üç dəfə atəşkəs razılaşdırıldı və hər dəfə bu atəşkəs Ermənistan tərəfindən pozuldu. Buna görə də atəşkəsə əməl edilməsi üçün hərbi qüvvələrə ehtiyac olduğu aydın oldu. Rusiyanı sülhməramlı kontingenti suveren Azərbaycan ərazisinə Azərbaycanın dəvəti və üçtərəfli bəyanatın müddəalarına əsasən gətirildi. Rusiya Minsk Qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədr ölkəsidir və bu səbəbdən bölgədə sülh və sabitlikdə birbaşa maraqlıdır. Həm Ermənistan, həm də Azərbaycanla münasibətləri baxımından, şübhəsiz ki, bu ölkə həm də Rusiya prezidenti tərəfindən imzalanan razılaşmanın həyata keçirilməsində həlledici rol oynaya bilər.
- Qərb ölkəsi olan iki həmsədr Fransa və ABŞ atəşkəs razılaşması ilə əlaqəli olmadığı halda Minsk Qrupu faydasız oldu?
- Minsk Qrupunun artıq faydalı olmadığını deməzdim. Fikrimizcə, effektiv olmayan məsələ tarazlı kimi nəzərdə tutulan bir yanaşma adı altında Ermənistana və Azərbaycana eyni mesajlar verməkdir. Təcavüzkar ilə təcavüz qurbanı arasında, işğalçı dövlət ilə əraziləri işğal edilmiş ölkə arasında, qaçqın və onu öz evindən qovan işğalçı arasında tarazlıq saxlamaq mümkün olmayan bir məsələdir. Beynəlxalq vasitəçilərin münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə hörmətlə yanaşırıq. Ancaq təcrübə onu göstərir ki, Azərbaycan işğal olunmuş ərazilərindən silahlı qüvvələrini çıxarmaq üçün Ermənistana təzyiq olmadığı təqdirdə, bu ölkə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə hazır olmayacaqdır.
- Sizin fikrinizcə, münaqişə zamanı Fransa bitərəf qaldı?
- Vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə alınacaq vacib bir amil olduğunu anlaya bilərik, amma bir dövlətin rəsmi mövqeyinin müəyyən edilməsi məsələsinə gəldikdə, bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, habelə dövlət məsuliyyətindən irəli gələn prinsiplərə əsaslanmalıdır. Xüsusən də, sözügedən dövlət vasitəçi mandatına sahib olduqda.
- Fransa sülh müqaviləsini təşviq etmək üçün nə edə bilər?
- Beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa bir şey gözləmirik. Bunun üçün 1993-cü ildə Fransanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığının təminatı və məcburi köçkünlərin fundamental hüquqlarının bərpası tələb olunur.
- Bu müharibədə Türkiyənin Azərbaycana pilotsuz təyyarələr və Suriyalı muzdlular daxil olmaqla köməyi böyük rol oynadı. Münaqişənin beynəlmiləşdirilməsi davamlı həllin axtarışını çətinləşdirmir?
- Azərbaycan ordusunu gücləndirən amillər silahlı qüvvələrimizin mobilliyi, dron texnologiyası və tətbiq etdiyimiz müasir yanaşmadır. Ölkəmiz Türkiyə daxil olmaqla bir sıra ölkələrlə müdafiə sahəsində uğurlu əməkdaşlıq etmişdir. Türkiyə, həmişə haqlı mövqeyimizi dəstəkləmişdir. Azərbaycan münaqişənin beynəlmiləşdirilməsi və Ermənistanın üçüncü ölkələri cəlb etmək cəhdlərinə qarşı çıxış etmişdir. Suriyalı muzdlular barədə bu hekayəyə gəldikdə isə, biz bir neçə dəfə təkrarladıq və prezidentimiz bunun müəyyən ölkələr tərəfindən yayılan açıq-aşkar dezinformasiya olduğunu təsdiqlədi. Bu şayiələri yayanlar tərəfindən heç bir dəlil verilməyib. Silahlı qüvvələrin komplektləşdirilməsini çətinləşdirən ciddi demoqrafik böhranla illər boyu üzləşən Ermənistandan fərqli olaraq, Azərbaycan yaxşı təchiz olunmuş, peşəkar və güclü bir orduya sahibdir. Ərazimizin bütövlüyünü qorumaq üçün kənar silahlı qüvvələrə və nizamsız qruplaşmalara ehtiyacımız yoxdur.
- Hazırda sizin nəzarətinizdə olan xristian abidələri, xüsusən də Davidank monastırı ilə nə olacaq?
- Azad edilmiş ərazilərdəki bütün dini-tarixi abidələri dövlət tərəfindən qorunacaqdır. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət və tolerantlıq ənənəsinə sahib olan çoxmillətli bir ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Həmin icma ölkəmizdə fəal rol oynayır. Onun kilsələri, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam şəkildə qorunur. Təsadüfi deyil ki, Papa Fransisk 2016-cı ildə Bakıya səfəri zamanı ölkəmizi dini tolerantlıq nümunəsi kimi göstərdi. Azərbaycan xristian irsini yalnız öz sərhədləri çərçivəsində deyil, həm də xaricdə qoruyur. Məsələn, Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilmişdir.
- Son bir neçə həftə ərzində aparılmış müharibədə xristianlarla müsəlmanlar arasında dini qarşıdurma epizodu olubmu?
- Ermənistanla Azərbaycan arasındakı dini münaqişə deyil və heç zaman belə olmayıb. Bu, ərazilərimizə qarşı erməni iddiaları ilə başlayan dövlətlərarası münaqişədir. Bunu dini münaqişə kimi qələmə vermək cəhdləri uğursuzluğa məhkumdur, çünki Azərbaycan müxtəlif dinlərin davamçılarının əsrlər boyu sülh şəraitində yaşadığı bir ölkədir.
- Nə üçün Azərbaycanın silahlı qüvvələri Şuşadakı kimi kilsələr də daxil olmaqla, mülki binaları və məktəbləri bombaladı?
- Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirilib. Əhali, məktəb və ya xəstəxana kimi mülki infrastruktur hədəfə alınmadı. Azərbaycan ordusu legitim hərbi hədəflərə cavab verməklə məhdudlaşdı. Problem ondadır ki, erməni tərəfi mülki binalardan qalxan kimi istifadə edirdi. Xankəndidəki uşaq bağçasında məsləhətləşən erməni zabitlərin fotosu sosial şəbəkələrdə çox müzakirə olundu. Bəhs etdiyiniz kilsə ilə bağlı Prezidentimiz bunun səhv olduğunu və ya qəsdən həyata keçirilmiş erməni təxribatı olduğunu söylədi. Faktla bağlı araşdırma aparılır. Lakin vurğulamaq istərdim ki, məqsədimiz kilsələri dağıtmaq olsaydı, Bakının mərkəzində minlərlə erməni kitabının saxlanıldığı Erməni Kilsəsini bərpa etməzdik.
- Azərbaycan gələcəkdə tarixən ermənilərin məskunlaşdığı bir bölgə olan Dağlıq Qarabağ üzərində bir Ermənistan suverenliyini tanımağa hazırdırmı?
- Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü ildə Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrindən sonra 19-cu əsrin əvvəllərində bu ərazilərdə yerləşdirilmişdir. Sovet dövründə ermənilərin oradakı əhalinin əksəriyyətini təşkil etdiyi faktdır. Amma xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və onu əhatə edən 7 Azərbaycan bölgəsində yaşayanlar 1990-cı illərin əvvəllərində işğaldan sonra Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı oldular. On illərdir ki, bu insanların hüquqları kobud şəkildə pozulub. Ermənistanın suverenliyi Azərbaycan torpağında deyil, Ermənistan Respublikasının ərazisində həyata keçirilə bilər. Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunmayıb. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər.
- Azərbaycan hökuməti Dağlıq Qarabağ erməniləri üçün bu cür dinc birgə yaşayışa necə zəmanət verə bilər?
- Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşı bərabər hüquqlar ilə təmin edir və azadlıqlarını qoruyur. Azərbaycan beynəlxalq birliyin məsul üzvüdür, bir çox beynəlxalq qurumların üzvüdür, əsas hüquqları, azadlıqları, mədəni və dini irsi qoruyan müqavilə və konvensiyalara riayət edir. Dağlıq Qarabağın gələcəyi onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcəkdir. Prezidentimiz, artıq işğal altında olmayan ərazilərin bərpası və yenidən qurulması üçün proqramın hazırlanacağını açıqladı. Azərbaycan sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgə yaşayışını təmin etməyə hazırdır.
- Atəşkəs elan edildikdən sonra Prezident Əliyev niyə ermənilərin “itlər kimi” qovulduğunu iddia edərək təhqiredici şərhlər etdi?
- Bu açıqlama erməni xalqına qarşı yönəlməyib. Prezident İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən, ərazilərimizi qanunsuz olaraq işğal edib mülki şəxslərə qarşı hərbi cinayətlər törədənlərdən, Gəncə, Bərdə və Azərbaycanın digər yaşayış yerlərdəki günahsız mülki şəxslərə qarşı hücum əmri verənlərdən danışdığını açıq şəkildə bildirdi. Şübhəsiz ki, hərbi cinayətlər törətmiş şəxslər əməllərinə görə cavab verməlidirlər.
Xəbərin oxunma sayı : 475
loading...
Müsahibə
Xəbərlər
-
“Əfv Komissiyası yaxın vaxtlarda toplaşacaq” - Parlamentin komitə sədri
-
Barəsində cinayət işi açılıb, direktor işləyir... - Lerik təhsilində nə baş verir?
-
Füzulinin Şəkərcik kəndindən görüntülər - VİDEO
-
Sabah Bakıya və rayonlara qar yağacaq – Xəbərdarlıq
-
2778 şəhidin ailə üzvlərinə pensiya, müavinət və təqaüd təyin olunub – ƏƏSMN-dən açıqlama
-
Ermənistanın baş prokuroru:“Paşinyanın həbs edilməsi üçün yetərincə dəlil var“
-
Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi və strukturu təsdiqləndi – Fərman
-
Abşerondan Suraxanıya gizli transfer: Fuad Cəbrayılovu Əziz Əzizova nə bağlayır?
-
Rus sülhməramlılarının yeni “tamaşası” – Ermənilər yolu bağladı, rus general “Artsax” dedi (VİDEO)
-
Oqtay Şirəliyevlə Ramin Bayramlıya COVİD peyvəndi vurulmayıb? – TƏBİB-dən iddialara reaksiya
-
Musa Pənahovun Qubada gilas bağı - Torpaqlar neçə ələ keçirilir?
-
Almaniyada sığınacaq istəyən Azərbaycan vətəndaşları… – Sayları məlum olub
-
İndi isə şaquli enib-qalxan “Bayraktar“lar gəlir...
-
Şimal bölgəsinə qar yağıb –Temperatur mənfi 7 dərəcəyə düşüb
-
Əhmədzadənin müavini dövlətin pulları ilə oğluna Londonda 1 milyon manata daha bir mənzil aldı - SƏNƏD
-
Toyların başlaması ilə bağlı mühüm açıqlama: Şadlıq saraylarında vəziyyət necədir?
-
Bakı Atatürk Liseyi dövlətin adından imtahan keçirib? - İDDİA
-
“Mən də insan idim və o fikrdə deyiləm ki, hər şeyi ideal etmişəm...” – Əli Həsənov
-
Koçaryanın tərəfdarları etiraz aksiyası keçirəcəklər –Yerevanda
-
Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan şəhidimiz - VİDEO
-
Bakı-Astara və Ərdəbil-Rəşt magistral yolları birləşdiriləcək - Saziş imzalanıb
-
Xəzər dənizində dalğanın hündürlüyü 2.8 metrə çatıb –Faktiki hava
-
Rusiya Dağlıq Qarabağı öz tərkibinə qatmaq istəyir? - Lavrovdan açıqlama
-
Yanvarın 20-də avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq- Şəhidlər Xiyabanı istiqamətində
-
“Bakıdayam, müalicə olunuram...” – Əli Həsənov açıqlama yaydı
-
“Əsas işim Qarabağ məsələsinin həlli idi“ - İlham Əliyev
-
2020-ci ildə 2 milyon tona yaxın yük daşınıb –DANX
-
“Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır...“ - Vüqar Rəhimzadə
-
Şəhidlərin yeni siyahısı açıqlanıb - 2 855 nəfər dəfn edilib, 50 nəfər itkindir
-
Kəlbəcərin Alolar kəndi - VİDEO
-
Azərbaycanda koronavirusdan 503 nəfər sağalıb - 118 nəfər yoluxub
-
Navalnı 30 sutka həbs edilib- Məhkəmə qərarı
-
“Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib” –Ərdoğan
-
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub –Vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
-
DİN-dən xəbərdarlıq - Maska qərarı qüvvədə qalır
-
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir –Hava şəraiti ilə əlaqədar
-
“Ötən il məşğulluq mərkəzləri tərəfindən 100 min nəfər işlə təmin olunub” – ƏƏSMN
-
“İran istənilən təcavüzün qarşısını alacaq” - Cavad Zərif
-
“Dağlıq Qarabağdakı sülhməramlıların mandatı məsələsi həll olunur” - Lavrov
-
Bakıda lüks avtomobillə törədilən qəza: iş adamının oğlunun izi, itən kamera görüntüləri, 60 minlik zərər
-
Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
-
Əli Həsənov Azərbaycana gətirildi - Həs olunur?
-
Lavrov 62 terrorçu-diversantın Ermənistana verilməsini istəyir - “Onlar əsir düşüb...“
-
Füzulinin Merdinli kəndindən görüntülər - VİDEO
-
Pensiyalar artırılır - Rəsmi açıqlama
-
“Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” – Agentlik sədri
-
“1xBet” insanları necə “soyur“? - ŞİKAYƏT
-
Dini Komitə tender keçirdi
-
Şuşa şəhərinə qədər 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib – FOTOLAR
-
Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq –XƏBƏRDARLIQ
-
Almaniya və ABŞ XİN başçıları:“Aleksey Navalnı dərhal sərbəst buraxılmalıdır“
-
30 ildə Qarabağı talayan xarici şirkətlər - SİYAHI
-
Ağdamın Xıdırlı kəndi –VİDEO
-
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub –FOTO
-
Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı - TAM MƏTN
-
Şəhid zabitimizin üzünü görmədiyi körpəsinə Şuşa adı veriləcək –FOTOLAR/VİDEO
-
Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı - TAM MƏTN
-
AVRO-2020 üçün müsahibə mərhələsinə start verilir – AFFA
-
Cəbhəboyu ərazilərdə 270 partlamamış hərbi sursat aşkarlanıb –FOTO
-
Aleksey Navalnı Moskvaya qayıdan kimi saxlanıldı – Onu qarşılamağa gələnlər də həbs olundu
-
Azərbaycanda xüsusi karantin rejimi yumşaldıldı –SMS icazə ləğv edildi + DETALLAR
-
Ordusu olmayan ölkələr: Onları kim və necə qoruyur? (SİYAHI)
-
Rafael Cəbrayılov necə “toxunulmaz” oldu? - ŞOK DETALLAR
-
Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiqlənib –Sərəncam
-
Bayden mühüm vəzifələrə namizədlərini açıqladı –Dövlət katibinin müavinləri kimlər olacaq?
-
“Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır“ - Hikmət Hacıyev
-
13 saylı cəzaçəkmə müəssisəsində məhkum niyə ölüb? –Xidmətdən açıqlama
-
“Müsavat Partiyası məndən qəsb olunub” - Rauf Arifoğlu
-
“Ülkü Ocaqları Şuşada məktəb tikəcək“...“ - “Şuşa türk mədəniyyəti və tarixinin simvoludur“ + VİDEO
-
Paşinyanın oğlu da Moskvaya getdi - VİDEO
-
Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcək? - Açıqlama
-
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?- Statistika
-
Prezident İlham Əliyevlə Ərdoğan telefonla danışıb –Qarabağla bağlı müzakirə aparılıb
-
Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunub - VIDEO
-
Azərbaycanda daha 402 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib –650 nəfər isə sağalıb
-
Şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qüvvədə qalır - Aprelin 1-dək
-
“Azərlotereya” türk şirkətinin idarəetməsinə verildi –Sərəncam
-
Ağdamın Şelli kəndindən görüntülər - VİDEO
-
Yanvarın 18-dən 5 şəhər və 12 rayonda karantin postları ləğv ediləcək –DYP açıqlama yaydı
-
Kəlbəcərdə qəbiristanlıqda 27 ildən sonra yenidən azan səsləndirilib –VİDEO
-
“Xaricə səfər zamanı test tələbi hələlik mütləqdir”- Açıqlama
-
Azərbaycan 4 milyon doza “CoronaVac” vaksini alıb - Daha 2 milyon doza alacaq
-
Füzulinin daha bir kəndindən görüntülər - VİDEO
-
Bakıya və rayonlara qar yağacaq - Xəbərdarlıq
-
Yanvarın 25-dən ticarət obyektləri açılacaq - Rəsmi
-
Kəlbəcərin Hacıkənd kəndinin görüntüləri - VİDEO
-
Yanvarın 25-dən bərbərxana və gözəllik salonları açılır - QƏRAR
-
“Azərbaycanda vurulacaq “CoronaVac” vaksini 91.25 faiz effektivdir“ - Səhiyyə Nazirliyi
-
“Koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib”- Azərbaycan Prezidentinin köməkçisi
-
ABŞ Çinə qarşı sanksiya siyahısını genişləndirib – Honkonq məsələsinə görə
-
Rusiyada kütləvi vaksinasiyaya başlanılır- Yanvarın 18-dən
-
Azərbaycanda sərt karanatin rejimi yumşaldılır - Yeni qərarlar
-
Bu tarixdən “SMS“ icazəsi ləvğ olunur - RƏSMİ
-
TƏBİB vaksindən ölümə görə kompensasiya veriləcəyi ilə bağlı iddialara münasibət bildirib
-
Paytaxt küçələri yenidən dezinfeksiya edilib - FOTO
-
“WhatsApp” şəxsi məlumatlarla bağlı müqavilə tələbindən geri çəkildi –Bəyanat
-
Vüqar Səfərli istintaqda Əli Həsənovu “satıb”… – Jurnalistlərə tikilən 3 binada 26 milyon yeyinti olub?!
-
“Dəli tərəfimlə qarşılaşmayın“ - Günaydan fərqli fotosessiya
-
Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir?
-
“700 milyon manat büdcəyə ödətdirilib...”- Fikrət Məmmədov
-
Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb –ƏƏSMN
-
“Azərenerji”nin sədri Baba Rzayevin şirkəti “Azərenerji”yə xüsusi geyimlər alacaq...
-
Səfərbərlikdən qayıdan şəxslərin 1158 müraciətinə baxılıb –Müdafiə Nazirliyi
-
Rusiya “Açıq səma“ sazişindən çıxır - XİN prosedurlara start verib
-
Akademiya dəftər-qələmə 4 milyon manat xərcləyəcək: Texniki səhv, yoxsa fövqəl tender? - FOTO
-
“Makron öz əli ilə Ərdoğana məktub yazıb“ - “Dəyərli Tayyib...”
-
“Gecəni Şuşada qalmağa qərar verdik...“ - İlham Əliyev
-
Prezident Cıdır düzündə paxlava ilə çay içib - “Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!“ +VİDEO
-
Çin hökuməti beynəlxalq tibb ekspertlərini ölkəyə buraxmadı – Bu səbəbdən
-
Tramp üçün “19 yanvar” müəmması:“Dərin dövlət“ Tramp dəftərini qapada biləcəkmi?
-
Azərbaycanda daha bir Agentlik yaradıldı - Fərman
-
Daha 349 nəfər koronavirusa yoluxub – 494 nəfər sağalıb, 12 nəfər vəfat edib
-
Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq – İbrahim Məmmədov
-
Ağdamın Qasımlı kəndindən görüntülər - VİDEO
-
“Siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız?“ - Prezident Qarabağdakı separatçılara
-
Bulvarda 3 milyonluq “kupça“lı obyekti sökdülər - 1 manat da ödəmədilər + FOTO
-
“İşğaldan azad olunan qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm“ - Mehriban Əliyeva
-
Azərbaycan Prezidenti:“Böyük qayıdış başlayır”
-
“Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - Prezident (Video)
-
Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın “Güllələnmiş heykəllər“i Şuşaya qaytarıldı - FOTOLAR
TOP 10
ARXİV