Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əfsanəvi Atlantida qitəsinin varlığı sübut olundu:Ayda onun “fotoşəkli” qalıb – Araşdırma

Tarix 13.09.18, 12:39

Font ölçüsü : - / +
bitmap-img6


Nikolay Dorojkin, texnika elmləri namizədi

Nezavisimaya gazeta, 12.09.2018

Polşa astronomu, professor  Lüdviq Zaydlerin son dərəcə maraqlı “Атлантида” (М.: Мир, 1966) icmal əsərində yazdığı kimi, Atlantida fəlakəti atlantologiya ədəbiyyatının ümumdünya daşqınını törədib. Bu əfsanə ada-dövlət haqda öyrənilməsi və uydurulması mümkün olan artıq, demək olar, hər şey yazıldığından mövzunun yalnız az tanınmış bir yönüylə kifayətlənəcəyəm.

“Техника-Молодежь” dərgisi 1978-də ilk sayında mühəndis-geodezist Tatyana Masenkonun orijinal ehtimalını dərc edib. Məlum olur ki, 25-30 dəfə böyüdən cihazla Aya baxılsa,  təəssürat yaranır ki, Ay “dənizləri” ümumi cizgilərilə … Yerin materiklərini çox xatırladır. Aydakı batıqlar Yer kürəsinin qovzanmış sahələrinə uyğun gəlir, yəni planetlərarası özünəməxsus “qabarıqlıq-batıqlıq” əlaqəsi var.

“Lakin, – Masenko qeyd edib, – bu əks əlaqə təkcə tutuşdurulan sahələrin səviyyəsi (qalxma-enmə) üçün deyil, həm də onların yerləşdiyi yer üçündür (Yer kürəsində şərq uzunluq dairəsi olan, Ayda qərb uzunluq dairəsidir və əksinə). Deməli, “dənizlər”in əsas qərb qrupu (Tufan Okeanı və başqaları) konfiqurasiya üzrə Asiyaya oxşayır, Yağışlar Dənizi Avropanı, Buludlar Dənizi isə Afrikanın güney qurtaracağını xatırladır… “Dənizlərin” şərq qrupu (Aydınlıq, Sakitlik) uyğun olaraq Şimali və Cənubi Amerikanıın oxşarı kimi təsəvvür olunur…”



Düzdür, Aydakı “Avropa”nın “Amerikalar”a son dərəcə yaxın yerləşməsi və onlara qismən birləşməsi bu ehtimalın müəllifini əvvəlcə son dərəcə çaşdırıb, Soyuq Dənizi və Böhranlar Dənizinin isə Yerdə çağdaş oxşarı yoxdur. Amma Alfred Veqenerin Yerin Hondvana superqitəsinin paleozoy erasında (541-251 milyon il qabaq) bu günki materiklərə bölünməsi haqda ehtimalı nəzərə alınsa, ondə hər şey öz yerini tutur. Soyuq Dənizi bu halda, müəyyən edildiyi kimi, cəmi 50 milyon il əvvəl Avropanı Qrenlandiya ilə birləşdirmiş “torpaq körpü”nü əks etdirir. Onun şərq uzantısı özünəməxsus adalar toplusuyla Arktikadan keçib.

Geoloqların Sakit okeanda qalıqları Pasxa, Halapaqos və başqaları ola biləcək Patsifida materikinin haçansa var olduğu haqda ehtimalı nəzərə alınsa, Tatyana Masenko təxmin ifadə edib ki, Böhranlar və Bolluqlar dənizləri böyük bir qurunun “fotoşəklidir”. Masenko bununla bağlı sıradakı nəticəni çıxarır: Ayın səthi qədim Yer səthinin kiçilmiş güzgülü əksidir.

Hər şeyə əsasən, aşkarlanan hadisənin mexanizmi yetərincə qəlizdir. Olduqca səriştəli geoloq və astronom, Ümumittifaq astronomiya-geodeziya cəmiyyətinin vitse-prezidenti, geologiya-mineralogiya elmləri namizədi V.B.Neyman Masenkonun məqaləsini dərgidə şərh edərək yazıb ki, prinsipcə bu hadisə mümkündür: “Bir-birinə yaxın yerləşən iki səma cismi sistemlərinin az öyrənilmiş qarışılıqlı təsiri nəticəsində Ayın görünən tərəfinin çökük relyefi, doğrudan da, Yerin qədim materiklərinin izlərini ifadə edir”.

Habelə güman edək ki, Yer materiklərinin konfiqurasiyası Yer və Ayın aramsız “bir-birinin üzünə” baxaraq fırlandığı və dövrə vurduğu zamanlarda olduğu kimi həkk olunub. Bu halda Yerin əl dəyməmiş Aydakı “portret”ində yox olmuş Arktida və Patsifida  materiklərindən savayı əfsanəvi Atlantidanın da izlərini aşkarlamaq olmazmı? Əlbəttə, doğrudan da, belə bir şey olubsa…

Yadımdadır, mən öz düşüncələrimi həmkarımla, atlantologiya və “tunqusşünaslıq” haqda kitabların indiki məşhur müəllifi A.İ.Voytsexovski ilə bölüşdüm. Alim İvanoviç sevimli Atlantidasını aşklarlamaqda gözlənilməz imkan tapmaq ideyasından o qədər möhkəm həvəsə düşdü ki, mənimlə söhbətdən bir an sonra Uçuşu Yönəltmə Mərkəzinə (UYM) cumdu və Ayın böyük qlobusunu metodik şəkildə araşdırmağa başladı. Axtarışlar bəhrəsini verdi.

Aydınlıq Dənizi (“Şimali Amerika”) və “Yağışlar Dənizi”nin (“Avropa”) ayrılaraq “Atlantik okeanı”nı yaratdığı yerdə böyük hissəsini Buxarlar Dənizi tutan geniş Ay çökəkliyi yerləşib. Bu, Atlantda haqda, demək olar ki, Hamletin “Var idi, ya yox idi?” sualına müsbət cavab deyilmi?

Belə çıxır ki, var idi! Ən azı, Yer kürəsi Kosmosdan Ayınn “neqativ”ində həkk olduğu kimi göründüyü vaxtlarda. Və haradasa deyil, məhz orada, olmalı olduğu yerdə – Şimali Amerika ilə Avropanın cənub hissəsinin arasında. İndiki halda əfsanəvi Atlantidanın gerçəkliyinə ən inandırıcı sübutlardan biri əlimizdə deyilmi?

Bəs o, okeanda niyə yoxa çıxıb – artıq bu, başqa məsələdir…

Tərcümə Strateq.az-ındır.




Xəbərin oxunma sayı : 259




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap