Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Futbolçu əvəzlənəndə ağzını əyir“ - Nazim Süleymanov

Tarix 12.11.18, 11:23

Font ölçüsü : - / +
bitmap-img6


"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının XI turunda "Bayıl Arena"da “Keşlə”yə 1:4 hesabıyla məğlub olduqları matçdan sonra mətbuat konfransı keçirib. 

Təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.
 
- İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynadıq, qol imkanlarımız oldu, amma ikinci hissədə səhvlər etdik və məğlub olduq. İlk qolda qapıçımız, ikinci hissədə isə müdafiəçilərimiz səhv etdi. Bu gün yenə azlıqda qaldıq. Deyəsən, fiziki cəhətdən geri qalırıq. Ancaq irəli baxmalıyıq.
 
- Bu gün 5 müdaifəçi ilə oynayırdınız. Bu qədər müdafiəçi ilə meydana çıxan komandanın kifayət qədər səhv etməyə haqqı varmı?

- Yox. Sadəcə, futbolçular bir-birini başa düşməlidir. Təcrübəli futbolçular belə səhvlər etməməlidir. Təəssüflər olsun ki, bu cür səhvlər edirik.

- Orxan Sadıqlı qırmızı vərəqə aldı. Onun cəzalanması gündəmdədir?

- Meydanda olan hər bir futbolçu sakit olmalıdır. Artıq 5-ci qırmızı vərəqənı alırıq. Bu faktdırsa, biz heç nə edə bilmərik. Orxan ilk hissədə də səhv etdi və fasilədə ona xəbərdarlıq etdik. Ancaq yenə səhv etdi. Cəzalanacaq, amma komandanın daxili barədə danışmaq istəmirəm.
 
- Müdafiə xətti bərbad futbol sərgiləyir. Vurğun Hüseynov səhvlər edir, amma növbəti oyun kapitan kimi meydana çıxır. Ona nə vaxta qədər şans verəcəksiniz?

- Komandada olan bütün futbolçulara ümid bəsləyirik. Əlimizdə olan futbolçularla irəli gedəcəyik. Bu eniş bir neçə oyundur davam edir. Bunu aradan qaldırmalıyıq.
 
- Əfran İsmayılov Qurban Qurban Qurbanovun rəhbərliyi altında oynayanda heç vaxt əvəzlənməsinə etiraz etməyib.  Bəlkə indi nədənsə istifadə edir?

-  Belə düşünmürəm. Futbolçu meydandan çıxmaq istəmirsə, bu, onun öz işidir. Ağzını əyir, nə edir, özü bilər. Bunu qəbul etmirəm. Əgər belə edibsə, gərək etməsin. Əfran millinin futbolçusudur, komandanın aparıcı futbolçusudur, belə etməməlidir. (sport24.az)



Xəbərin oxunma sayı : 148




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap