Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Futbolçuların hazırlığından və işimizdən tam razı qala bilmərik“ - Qurban Qurbanov

Tarix 01.07.22, 18:57

Font ölçüsü : - / +
bitmap-img6


"Bu gün komandadan, futbolçuların hazırlığından və işimizdən tam razı qala bilmərik. Amma bugünkü duruma görə razı qalmalıyam".

Bunu Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis keçirdikləri yoxlama oyunlarında qol epizodlarının çox olduğunu bildirib. Qurbanov Polşada "Lex"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa hazırlaşmaq üçün 4 gün vaxtlarının qaldığını xatırladıb: "İnanıram ki, bu müddət ərzində qalan xırda detalları aradan qaldıracağıq. Sadəcə, məni narahat edən məqam futbolçuların bəzilərinin fiziki hazırlıqlarının nisbətən aşağı olmasıdır. Onları daha yaxşı səviyyəyə qaldırmağa çalışacağıq".

Təcrübəli baş məşqçi transfer məsələsinə də toxunub: "Bununla bağlı iş daim gedir. Hər zaman bu yöndə sual veriləndə eyni cavabları söyləyirik. Olubsa, deyirik ki, transfer etmişik. Yoxdursa, deyirik ki, olmaq ehtimalı çoxdur. Həqiqətən elə hal oldu ki, transfer alınmalı idi, son dəqiqələrdə problem çıxdı. Amma bizim axtarışlarımız davam edir. Avrokuboklarda uzunmüddətli iştirak edib-etməməyimizin fərqi yoxdur. Harada çatışmazlıq varsa, onu aradan qaldırmağa çalışırıq. Bəzi mövqelərdəki oyunçuların sayını çoxaltmaq istəyirik".

Qeyd edək ki, "Qarabağ" yoxlama matçlarında Rumıniyanın "Botoşani" klubunu 4:0 hesabı ilə darmadağın edib, bu ölkənin digər təmsilçisi olan "Universitatya Krayova" ilə bərabərə qalıb - 1:1. "Köhlən atlar" Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə də heç-heçəyə razılaşıb - 2:2.

“Qarabağ” “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək/Report.



Xəbərin oxunma sayı : 1201




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap