Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əfv Komissiyasının üzvü təkzib etdi:“Yaxın günlərdə əfv olacağını güman etmirəm”

Tarix 15.08.17, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


“Son əfv sərəncamı bu ilin martında olub. 424 nəfər əfv olunub. Əfv sərəncamından bizi qısa müddət ayırır və bu səbəbdən yaxın günlərdə əfv olacağını güman etmirəm”.

Bu barədə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, Əfv Komissiyasının iclasının olacağı ilə bağlı son həftələrdə komissiya üzvlərinə məlumat daxil olmayıb: “Əfv Komissiyasına müraciətlər daxil olur, komissiya müraciətləri öyrənir, hazırlayıb komissiyanın iclasına təqdim edir. Komissiyanın iclası Əfv komissiyanın sədri Ramiz Mehdiyev tərəfindən çağırılır. Bu əlamətlərə görə yaxın zamanda əfv olacağını real saymıram”, -deyə o qeyd edib.

Komissiya üzvü eyni zamanda deyib ki, “əfv cənab prezidentin konstitusion səlahiyyətlərinə daxildir və kimlərin əfv ediləcəyini, nə vaxt sərəncam imzalayacağını o müəyyən edir”.

Xatırladaq ki, son günlər yerli mediada Qurban bayramı (sentyabrın 1 və 2-si) qabağı əfv olacağı ilə bağlı xəbərlər yayılmaqdadır.



Xəbərin oxunma sayı : 241




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap