Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əfvlə bağlı Ramil Usubovla görüşdülər - Nazir göstəriş verdi

Tarix 18.02.19, 12:16

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər.

AzFakt.com xəbər verir ki, bu barədə "qafqazinfo”ya S.Bənənyarlı məlumat verib. O bildirib ki, görüşün keçirilməsində məqsəd siyahımızda olan məhbuslarla bağlı naziri məlumatlandırmaq olub: "Daha sonra bizə edilən digər müraciətlərlə bağlı fikir mübadiləsi etdik. İşgüzar bir görüş alındı. Bilirsiniz ki, bu günlərdə Əfv Məsələləri Komissiyasının iclası keçirilir. Ramil Usubov məsələlərin araşdırılması üçün göstəriş verdi.

Artıq siyahını Komissiyaya təqdim etmişik. Siyahıda bu günə kimi siyasi məhbus hesab etdiyimiz şəxslərin adı var. Elə insanlar var ki, illərdir ki, adı həmin siyahıdadır. Ümid edirəm ki, bu dəfəki əfv siyahısında onların adını görə biləcəyik. O cümlədən, bu məsələlərlə bağlı, cənab prezident İlham Əliyevə də müraciət etmişik”.



Xəbərin oxunma sayı : 253




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap