![]() |
|














“Gömrükçülər sahibkarların belini qırmağa çalışırlar“ – Nigar Köçərl
Tarix 31.07.20, 17:26 |
|
6670.jpg)
Səhər tezdən tələm-tələsik hazırlanıb sevimli işimi görmək üçün yüksək ruhla ofisə qaçdım. Amma "Böyük Qardaş" məni sakit və rahat işləməyə qoymadı.
Qısa izah: mən ilə ilk gündən etibarən, yəni artıq 18 ildir ki, gömrüklə mütəmadi olaraq işləyirəm. Bu səbəbdən öz təcrübəmdən çıxış edərək yazıram.
Gəlin, pozitiv başlanğıc edim: gömrük orqanında rəhbərlik dəyişdikdən sonra həm mənim və mənim kimi rüşvət verməkdən qaçan digər şəxslər üçün də işləmək bir qədər asanlaşdı. Hazırda demək olar ki, birbaşa rüşvət tələb edilmir. Amma, nikbin ruh elə bununla da yekunlaşır.
İş prosesində hələ də hər şey əvvəllər olduğu kimi qalır. Mən hamını günahlandırmaq istəmirəm. Əlbəttə ki, gömrükdə vicdanlı və öz işini məsuliyyətlə görən işçilər də var. Amma, gəlin həqiqəti deyək: gömrük əvvəllər də, elə indi də nazir və məmurların ac övladlarının "çörək yeri"dir. Ölkə rəhbərliyinin dəfələrlə kiçik və orta sahibkarların biznesinə mənasız əngəllər yaratmamaq çağırışlarına baxmayaraq, bir neçə qutu kitabı gömrükdən keçirib gətirmək üçün idarənin qapılarında ən azı 5-6 gün sürünmək lazım gəlir. Bir dəfə Türkiyədə mənim kiçik bir kitab yükümün gömrük rəsmiləşdirməsini gömrük brokeri cəmi 20 dəqiqə ərzində, üstəlik, öz kabinetindən belə çıxmadan etmişdi. Cəmi 20 dəqiqə! Azərbaycanda isə bu işi həyata keçirməyə günlərlə vaxt sərf olunur, aşağı-yuxarı mərtəbələr gəzərək bir kabinetdə bəyannamə təsdiqlətdirmək, digərində möhür vurdurmaq, o birində təsdiq etdirmək və s. məcburiyyətində qalırsan. Hələ onu demirəm ki, yüksək rütbəli məmurlar özlərinə fərdi iş cədvəlləri təyin edirlər - siesta, işə gec gəlmək, işdən tez getmək... İndi gəl, görüm onların iş qrafikinə necə uyğunlaşa bilirsən! Əgər yükünüzü 3 gün ərzində rəsmiləşdirib təhvil ala bilmirsinizsə, o zaman sizi "gecikmə"yə görə çoxsaylı cərimə sanksiyaları gözləyir - həm daşıma şirkəti tərəfindən, həm də sirli Ramal Trans MMC şirkəti tərəfindən. Bir az sonra bu mövzuya yenidən qayıdacam. Amma indi bir daha vurğulamaq istəyirəm ki, malın tez və problemsiz rəsmiləşdirilib çıxarılmasını təmin etmək əvəzinə, gömrük mənasız və axmaq əngəllər yaradır. Kənardan baxanda elə mənzərə yaranır ki, sanki, məqsədləri sadə və zəhmətkeş insanları bezdirmək, onları ruhdan salmaq və alçaltmaq, daha sonra isə özlərinin təyin etdikləri fantastik cərimələri ödəmək məcburiyyətində qoymaqdır. Misal üçün qeyd edim ki, bu ilin yanvar ayında ümumi dəyəri 2000 azn olan bir kitab yükün "saxlanma"sı üçün biz 1600 azn cərimə ödəmək məcburiyyətində qaldıq! Bu hələ gömrük rüsümundan kənar! Baxmayaraq ki, bütün sənədlərimiz qaydasında idi, amma biz düz bir həftə çalışsaq da təəssüf ki, nədənsə Böyük Bossun cədvəlinə heç cür uyğunlaşa bilməmişdik. Əlbəttə, biz şikayət etdik, amma təbbi ki, bizi həmişəki kimi, sadəcə "azdırdılar". Eyni zamanda, qeyd edim ki, həmin vaxtda, elə bizim gözümüzün önündə korrupsioner və rüşvətxor məmurların yükləri heç bir çətinlik olmadan, asanlıqla rəsmiləşdirilib təhvil verilirdi.
İndi isə qayıdıram yuxarıda qeyd etdiyim həmin o müəmmalı Ramal Trans MMC-yə. Gömrük ərazisinə daxil olan hər bir yük maşını bu vahiməli şirkətə yükün "Çeşidlənmə"si üçün 500-600 manat məbləğində ödəniş etməlidir. Bunun nə olduğunu və niyə olduğunu heç kim izah edə bilməz. Qəribə qəbzlər təqdim edirlər. İddiaya görə bu qəbzə "yükboşaltma" da daxildir. Buna baxmayaraq, biz əlavə olaraq yük boşaltmağa da 200 azn ödəməli oluruq və s. İndi təsəvvür edirəm ki, Gömrük Mətbuat Xidməti əllərini həvəslə ovuşduraraq təxminən bu formada yazır: "Özünü “Əli və Nino”nun rəhbəri kimi təqdim edən şəxs bilmir ki, Ramal Transın gömrüyə heç bir aidiyyatı yoxdur”. Yoxdur? Onda olar mən onlara daha bir qəpik belə ödəməyim?
Amma bu post məni yalnız bu problemi dilə gətirməyə məcbur etmədi. Artıq bir ildir ki, Gömrükdə yüklərin rəsmiləşdirilməsi ilə bağlı yeni qayda tətbiq edilir. Yük Gömrüyə daxil olmazdan öncə ona Qısa İdxal Bəyannaməsi (QİB) yazılmalıdır. Bu, bəlkə də qaydalarımızın tarixindəki ən utancverici səhifədir. Bunun nə olduğunu və niyə olduğunu heç kim bilmir. Gömrük idarəsinin özündə savadlı və ağıllı işçilər bu sual qarşısında çiyinlərini çəkirlər, çünki özləri də bunun nə qədər axmaq olduğunu başa düşürlər. Bu QİB-nin mahiyyəti nədir - əgər yük maşını sərhəddi keçənədək yüklərdəki məlumatları portala daxil edə bilməmisinizsə, 1500 manat məbləğində cərimələnəcəksiniz. Yük maşını hələ Bakı gömrüyündə olanda qısa deyil, adi, ən adi gömrük bəyannaməsini təqdim etsək, onda bu axmaq QİB üçün nədir? Əgər yüklər tez-tez bir maşından digər maşına ötürülürsə, onda biz məlumatları dəqiq formada necə daxil edə bilərik? Hər gün onlarla sahibkar bu QİB-ni yazmağı çatdırmadığı üçün bu mənasız prosesin qurbanına çevrilir! Əksər vaxtlarda bu, şirkətin deyil, həhz Azərbaycan Gömrüyünün həqiqətləri ilə tanış olmayan daşıyıcı şirkətlərin günahı olur, amma bu məsələnin mahiyyətini dəyişmir, 1500 manat ödəməlisən, vəssalam! Görünən odur ki, gömrükçülər qəsdən sahibkarların belini qırmağa və qiymətləri süni şəkildə qaldırmağa çalışırlar!
Yaxşı, deyək ki, mən öz dar düşüncəmə əsasən belə bir cərimənin ölkəmizə tətbiq edilməsinin miqyasını və faydalarını qiymətləndirmək iqtidarında deyiləm. Onda mənə izah edin ki, bu cərimə niyə belə dəhşətli olur? Cəmi bir qutu uşaq nağılını gətirsən belə 1500 manat cərimə!
Stalin repressiyaları ilə bağlı kitabların birində bir dəfə parkda dondurma satan bir qız haqqında hekayə oxumuşdum. Hekayədə balaca qız bir dəfə təsadüfən dostu ilə rastlaşanda ona bir dondurma verir, amma bunun üçün kassaya pul qoymağa vaxtı olmur, unudur. Elə həmin günün axşamı qız “sosialist əmlakının mənimsəməsinə" görə həbs edilərək 15 illik cəza alır. Bu dəhşətli hekayə yaddaşlarda təkcə Stalin rejiminin qeyri-insani cəhətlərinin nümunəsi kimi deyil, məhkəmə sisteminin qeyri-adekvatlığının nümunəsi kimi də həkk olunmuşdu - çünki, cəza cinayətin şiddətinə uyğun gəlmir.
QİB haqqında ilk dəfə eşidəndə düşündüm ki, bu əziz gömrükçülərimizin "məmur uşaqları" üçün açdıqları yeni "çörək qapısı"dır. Amma yox, məlum oldu ki, bu, bizim təşəbbüsümüz deyildi, ölkədə düzgün olmayan bir çox şey kimi, bu qayda da Rusiyadan götürülmüşdür. Ancaq gəlin görək Rusiyada bu situasiyaya düşməyin cəzası nədir? 3000-10000 rubl (70-210 AZN). Bizdə isə 1500 AZN!
İndi isə tortdakı albalıdan danışaq: Bu ilin fevral ayında biz, digər minlərlə sahibkarlar kimi, bu "tələyə" düşdük (daşıyıcı şirkət bizi yük maşınının artıq sərhəddə daxil olduğu haqda vaxtında xəbərdar edə bilməmişdi) amma cərimə olunmağımıza baxmayaraq, cərimə bizdən çıxılmadı.
Ancaq bu səhər vəkilimin bir zəngi ilə başladı - cəsarətli Gömrüyümüz bu cəriməni ödəmək üçün "Əli və Nino"ya qarşı iddia qaldırıb. Niyə bu gün? Niyə məhz indi?
Dünən "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu həddən artıq yüksək olan bu cərimə ilə bağlı şikayətlə Gömrük Komitəsi rəhbərinə müraciət (çünki, o da eyni tələyə düşmüşdü) etdi. SSRİ-nin ən yaxşı ənənələrinə sadiq qalaraq, əvvəlcə naşir palçığa yuvarlandı, sonra onun ünvanına böhtan yazdılar, sonra mediada sifarişli yazılar peyda oldu, sonra isə dahiyanə bir strateji zərbə gəldi - "işimizi" tozlu rəflərdən qaldırdılar və bizə layiqli bir cərimə etdilər! Lənətə gəlmiş düşmən-kitabçıları məğlub etdi!
Əziz məmurlar! Villalar və lüks avtomobillərini zəhmət çəkmədən əldə edənlər! 18 ildir ki, mən öz prinsiplərimə sadiq qalaraq bir abidə qurmuşam - əlavə heç nə ödəmirəm və bir qəpik də rüşvət verməyəcəyəm! Yenidən bizi "əzmək" üçün çalışdığınız zaman, xatırlayın - cəmiyyət dürüst insanların dürüst əməyinə əsaslanır və ədalət həmişə sonda qalib gəlir!(pravda)
Nigar Köçərli
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi
Xəbərin oxunma sayı : 2518
Sosial
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV