Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Gömrük rüsumları 36 faizə gəlib çıxır, bu, çox yüksəkdir” – Vahid Əhmədov

Tarix 24.05.19, 16:41

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər gömrük sahəsindəki müəyyən problemlər, ölkədə qiymət artımı, yoxsulluq səviyyəsi barədə müxtəlif fikirlər səsləndirilir. 

AzFakt.com xəbər verir ki, “Yeni Sabah” gündəm mövzusu olan məsələlərlə bağlı  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova bir neçə sual ünvanlayıb.

- Mayın 21-də komitə iclasında  "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsi müzakirə edilib. Burada Azərbaycan neft ölkəsi olan Nigeriya ilə müqayisə edilib. Nigeriya ilə müqayisə müxtəlif ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Siz nə düşünürsünüz bu haqda?

- Ölkə, dövlət, əhalinin vəziyyəti, ölkədə aparılan islahatlar göz qabağındadır. Əlbəttə, demirəm ki, hər şey yaxşıdır, əladır. Yoxsulluqla, işsizliklə əlaqədar problemlər var. Rəsmi statistikaya görə, Azərbaycanda yoxsulluq səviyyəsi 5% dir. Amma mən arxayınam ki, Azərbaycanda çox ciddi və dərin iqtisadi islahatlara start verilib. Bu islahatları davam edirib axıra çatdıra bilsək, xüsusilə  2016-cı ilin “Strateji yol xəritəsi”ndə göstərilən  11 sahə  üzrə nəzərdə tutulan məsələlər həll edilsə, əlbəttə,  bu problemlər öz həllini tapacaq. Elə bir ölkə yoxdur ki, orada müəyyən problemlər olmasın. Amma əsas odur ki, dövlət, hökumət ümumiyyətlə, bu problemin həllində iştirak etsin, onların həllinə çalışsın. Ona görə mən istəməzdim bizi Nigeriya ilə müqayisə etsinlər. Nigeriya başqa yol tutub.  Düzdür, biz də Nigeriya kimi neft ixrac edən ölkəyik. Neftin ixracı, gəlirlərlə əlaqədar xüsusi fond yaradılıb. O fondda buradan gələn gəlirlər toplanır. Əsas odur ki, biz gələcəkdə bu pulların istifadəsi ilə əlaqədar əsas insan kapitalına,  yəni insanların savadına, səhiyyəyə daha çox diqqət yetirək. O cümlədən, insanların iş məsələsini  tamamilə həll edək, bu problem Azərbaycanda olmasın.  Çünki son zamanlar bu sahədə ciddi addımlar atılır. Müəyyən fabrik, zavodların tikintisi, inşası gedir. Amma bunu daha da genişləndirmək lazımdır. 

- 5% nə dərəcədə real rəqəmdir?

- 5% yoxsulluq səviyyəsi rəsmi statistikadır. Biz statistikayla danışırıq. Burada bir məsələ də var. Biri var daimi iş yeri, bir də müvəqqəti. Yəni daimi iş yeri olan insanlar üçün problem yoxdur. Amma elə insanlar var ki, onların iş yerləri müvəqqətidir. Onlar hardasa 1-2 ay işləyirlər, sonra  sezonla  əlaqəli  işsiz qalırlar. Yenə deyirəm bu statistikanın rəqəmidir, biz ona inanırıq, çünki biz statistikayla işləyirik. Hesablama Palatası da  məlumatları  Statistika Komitəsinin rəyinə əsasən verir. 

- Ölkədə qiymət artımının səviyyəsi ilə bağlı açıqlanan statistik rəqəmlərə etiraz etmisiniz. Rəqəmlərin həqiqəti əks etdirmədiyini vurğulamısınız.  Sizcə, ölkədə qiymət artımının əsas səbəbi nədir?

- Həmişə demişəm, indi də deyirəm qiymət artımı iki cür olur. Biri obyektiv, digəri subyektiv artımdır. Obyektiv qiymət odur ki, sən malı xaricdən idxal edirsən Azərbaycana, ola bilər xaricdə milli valyutaların dəyişikliyi, müəyyən qədər həmin məhsulun qiyməti dəyişir onda məcbursan ki, həmin qiyməti, xərci malın üzərinə qoyasan. Bir də var subyektiv qiymətlər. Fikir verirsiz, Azərbaycanda hər bayramqabağı qiymətlər qalxır. Bunlar subyektiv qiymətlərdir. Daha çox gəlir götürmək üçün bəzi  üzdəniraq işbazlarımızın qiymət artımıdır. Bu, düzgün deyil. Prezident İlham Əliyevin I rübün yekunlarında toxunduğu məsələlərdən biri də qiymət siyasəti idi. Qiymət siyasəti düzgün aparılmalıdır. Yəni qiymətlər üzərində monitorinqlər keçirilməlidir. Bunun üçün xüsusi orqan, təşkilatlar var. Monitorinqlər aparılıb, düzgün qiymətlər qoyulmalıdır. Mən  başa düşürəm, bazar iqtisadiyyatıdır, amma bazar iqtisadiyyatı elə deyil ki, istənilən qiyməti qoyasan. Düzdür, bazarda mal çatışmazlığı ola bilər, müəyyən nüanslar var ki,  tənzimləmək çətin olsun. Amma bundan istifadə edib qiyməti artırmaq  doğru deyil, əhalinin  həyat şəraitini də nəzərə almaq lazımdır. 

- Ötən il bildirmişdiniz ki, gömrük rüsumlarının qalxması qiymət artımına səbəb olacaq. Son günlərdə gömrüklə bağlı şikayətlər, problemlər səngimək bilmir...

- Gömrükdə son vaxtlar problemlərin olduğu ilə tam razıyam. Bu barədə mən bir neçə dəfə  fikrimi demişəm. Gömrüklə əlaqələrim var, aldığım məlumatlara görə də tam şəffaflıq prinsipi təmin olunur. Yəni mal gələndə gömrük  rüsumları, əlavə dəyər vergisi(ƏDV) və s ödənilir. Tutaq ki, insan mal gətirir onun qiyməti 100 manatdırsa,  o maldan 18% əlavə dəyər vergisi , 15% -ə yaxın rüsum verir,  3-4% də orada müəyyən  kiçik xərclər var. Bu da 36-37% -ə gəlib çıxır. Bu böyük məbləğdir. Burada artıq sahibkarın gəlirlərində müəyyən problemlər yaranır. Ona görə biz rüsum qoyanda, o vaxt bunu 0-15% arası qoymuşduq ki, hökumət bundan istifadə edəndə birinə 1%, digərinə 15% rüsum tətbiq etsin. 

İkincisi, mən bir neçə dəfə demişəm, bu barədə Maliyyə Bazarlarına Hesablama Palatasının da rəyi var. Ümumiyyətlə,  bütün mallara 18% ƏDV qoyulmasının tərəfdarı deyiləm. Differensiallaşdırılmış vergi  sistemi tətbiq edilməlidir. Mal var ki, onu 10 ildə bir dəfə istifadə edirsən, amma ərzaq, geyim mallarını hər gün, hər ay istifadə edirik. Bunların hamısına niyə 18% vergi qoymalıyıq? Bu məsələni Vergilər Nazirliyi qarşısında da qaldırmışıq, Milli Məclisin komitə iclasında da buna toxunmuşuq. Hesab edirəm ki, idxal vergilərində müəyyən problemlər var. Yəni vergilərin yüksək olması  sahibkar və iş adamları üçün  problemlər yaradır. 

- MDB statistikasına əsasən, Azərbaycanda hər 1000 nəfərə 130 pensiyaçı düşür. 2018-ci illə müqayisədə  təqaüdçülərin sayı azalıb. Sayın azalması nə ilə əlaqədardır? 

- Pensiyaçıların sayının ötən ilə nisbətən azalması, əlbəttə, yaş həddi ilə əlaqədardır. Dövlət Sosial Müdafiə Fondunun  müəyyən araşdırmaları oldu və yaş həddi  dəyişdirildi, 65 yaş müəyyən edildi. Mən yaş həddi ilə əlaqədar fikirlərimi demişəm. Yenə də o fikirdə qalıram ki,  ümumiyyətlə, bu məsələyə qayıtmaq lazımdır. Yaş həddi kifayət qədər yüksəkdir. Beynəlxalq təcrübələr var, onlardan istifadə etmək lazımdır. Fikir verdinizsə, Rusiya kimi böyük dövlət yaş həddini azaltmağa məcbur oldu. Yəni Azərbaycanda da bu məsələyə qayıtmağa ehtiyac var.  



Xəbərin oxunma sayı : 211




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap