“Niyə kiməsə görə məclisdən gedim?“ “100 saatdan çox narkoz almışam” - Aygün Kazımova Demet Akalının əri müflis oldu Məşhur müğənni aktrisa ilə evləndi - Fotolar
Axtar
 
  • / Maqazin / — 17 İyul 2018

    “Niyə kiməsə görə məclisdən gedim?“

  • / Maqazin / — 14 İyul 2018

    “100 saatdan çox narkoz almışam” - Aygün Kazımova

  • / Maqazin / — 13 İyul 2018

    Demet Akalının əri müflis oldu

  • / Maqazin / — 12 İyul 2018

    Məşhur müğənni aktrisa ilə evləndi - Fotolar

  • / Maqazin / — 10 İyul 2018

    Çinarə və Nadir arasında qalmaqal: Gəbər inşallah - VİDEO

  • / Maqazin / — 10 İyul 2018

    Roza ilə Nura arasında birincilik qalmaqalı

“Günahı ərəblərdə yox, özümüzdə axtarmalıyıq” - Adil Əliyev

Tarix 12.08.17, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


"Ərəblər turist kimi səfər etdikləri ölkələrin qayda-qanunlarına, milli-mənəvi, əxlaqi dəyərlərinə hörmətlə yanaşmaqla bərabər, orada böyük vəsait xərcləyirlər, onların dövlət büdcəsinə, iqtisadiyyata müəyyən qatqıları olur” .

AzFakt.com xəbər verir ki, bu barədə millət vəkili Adil Əliyev sosial şəbəkədə yazıb. Deputat son günlər Azərbaycana gəlmiş ərəb turistlərlə bağlı sosial şəbəkələrdə geniş müzakirə aparıldığını, xüsusilə də onların Bakının "Tarqovı” adlanan məkanında guya özlərini apara bilməmələri, kimlərəsə söz atmaları və s. ciddi polemikaya səbəb olduğunu vurğulayıb: "Əlbəttə ki, hər bir şəxsin, o cümlədən, xarici vətəndaşların, turistlərin olduqları ölkənin qayda-qanunlarına, milli-mənəvi, əxlaqi dəyərlərinə hörmətlə yanaşması olduqca vacibdir. Amma burada bir məqamı diqqətə çatdırmaq istəyirəm. Ərəblər dünyanın, demək olar ki, bütün ölkələrində, həmçinin inkişaf etmiş Avropa ölkələrində mövcuddurlar. Onlar turist kimi səfər etdikləri ölkələrin qayda-qanunlarına, milli-mənəvi, əxlaqi dəyərlərinə hörmətlə yanaşmaqla bərabər, orada böyük vəsait xərcləyirlər, onların dövlət büdcəsinə, iqtisadiyyata müəyyən qatqıları olur.

Necə olur ki, inkişaf etmiş ölkələrdə ərəb turistlərdən narazılıq edilmir, "qadınlarımıza söz atdılar, sataşdılar” kimi giley-güzarlar eşidilmir, amma Azərbaycanda müəyyən şəxslər ərəblərə qarşı fəal kampaniya aparırlar? Onlar qarşılarına çıxan hər qadına söz atırlarmı? Kimsə ərəblərdən polisə şikayət edibmi? Əgər bu suallara cavab yoxdursa, deməli, problemi ərəblərdə deyil, özümüzdə axtarmaq lazımdır”.



Xəbərin oxunma sayı : 190

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda