“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Gürcüstan Aİ-nin böhranına baxmayaraq, Avropanın bir hissəsi olmaq istəyir“ - Kavelaşvili

Tarix 14.12.25, 20:25

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstan Avropa İttifaqındakı (Aİ) mövcud böhrana baxmayaraq, mütləq Avropanın bir hissəsi olmaq istəyir.

"Report"un Gürcüstan mətbuatına istinadən məlumatına görə, bunu ölkə Prezidenti Mixeil Kavelaşvili deyib.

Onun sözlərinə görə, Tbilisinin Aİ ilə dialoqa hazırdır, lakin ölkənin milli maraqlarının qorunması prioritetdir.

"Ölkəmizin maraqlarını müdafiə etməsək, bizi heç kim dəstəkləməyəcək. Mesajlarımız hər kəs üçün aydın olmalıdır: biz sülh, sabitlik, iqtisadi inkişaf istəyirik və hər kəslə dialoqa hazırıq. Bu hadisələrdən qalib çıxmaq üçün ayıq-sayıqlığımızı qoruyub saxlamalıyıq. Mən radikal zorakı hərəkətlərin və Gürcüstanın işlərinə xarici müdaxilənin qarşısının alınmasında qələbəni nəzərdə tuturam", - o qeyd edib.

M.Kavelaşvilinin sözlərinə görə, Gürcüstan Avropaya inteqrasiya yolundan sapmır və ümid edir ki, Aİ qlobal çağırışlara, o cümlədən ABŞ ilə qarşıdurmaya tab gətirəcək.

"Avropa İttifaqına gəldikdə isə, daim təkrar edirəm ki, böhrana və müxtəlif çətinliklərə baxmayaraq, ümid edirik ki, bu sağlam proseslər Avropanın layiq olduğu inkişafa gətirib çıxaracaq. Ümid etməliyik ki, Avropa yaşamaq üçün güc tapacaq və əsrlər boyu olduğu kimi qalacaq", - Gürcüstan Prezidenti vurğulayıb.



Xəbərin oxunma sayı : 667




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap