Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Gürcüstanda sabitliyin pozulmasına imkan verilməyəcək” – Parlament sədri

Tarix 22.11.19, 19:35

Font ölçüsü : - / +
bitmap-img6


“Gürcüstanda sabitliyin pozulmasına və qarşıdurma yaradılmasına imkan verilməyəcək. Özbaşınalığın qarşısı alınacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, parlament fəaliyyətini davam etdirir və gündəlikdə önəmli məsələlər var.

Parlamentin sədri proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin parlamentdə yetərli səs toplamamasından təəssüf hissi keçirdiyini vurğulayıb. Bildirib ki, Gürcüstanda proporsional seçki sistemi 2024-cü ildə qüvvəyə minəcək və bu, ölkə Konstitusiyasında əks olunub.

Qeyd edək ki, Gürcüstanın müxalifətdə olan partiyaları və ictimai fəallar hakim “Gürcü Arzusu – demokratik Gürcüstan” Partiyasından olan majoritar deputatların ofislərini qıfıllamağa başlayıblar.

Müxalifət qüvvələri bəzi deputatların ofislərinin qapılarından qıfıl asmağa müvəffəq olublar. Bir neçə deputatın ofisinin qarşısında müxalifət və polis arasında qarşıdurma baş verib.




Xəbərin oxunma sayı : 1693




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap