Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Gözümə sataşdı, qırdım götürdüm“ - Seyf oğruları saxlanıldı - VİDEO

Tarix 01.09.17, 21:55

Font ölçüsü : - / +
bitmap-img6


Biləcəridə fərdi yaşayış evindən seyf oğurlanıb.

ARB TV xəbər verir ki, avqustun 26-sında Qardaşxan Orucov adlı şəxs Daxili İşlər Nazirliyi (DİN) "102" xidmətinə zəng edərək Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsinin sındırıldığını, mənzildə olan seyfin qapısı qırılaraq, içərisindən külli miqdarda pul, eləcə də qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Binəqədi rayon Polis İdarəsi əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin paytaxt sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib. Ruslan Məmmədovun üzərindən 10,2 qram heroin tapılaraq götürülüb.

Araşdırmalarla onun hadisə günü onun oğurluq etdiyi evə Suraxanı rayon sakini, əvvəllər məhkum olunmuş Mirzəhüseyn Balayevin idarə etdiyi “Kia” markalı avtomobillə getdiyi məlum olub. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxs də saxlanılıb.

Ruslan Məmmədov – Saxlanbılan şəxs: “Gəldim çəpərdən, getdim həyətə. Sonra setkanı çıxartdım, girdim içəri. Gördüm elə-belə şeylər var, götürdüm onları. Birdən gözümə seyf sataşdı. Petləsini qırdım. İçində qızıl və biraz pul var idi onu götürdüm. Yığdım torbanın içinə”.

Ruslan Məmmədov istintaqa ifadəsində Biləcəri qəsəbəsində yerləşən daha bir evdən də oğurluq etdiyini deyib.

İstintaq zamanı müəyyən edilib ki, R. Məmmədov oğurladığı əşyaları gizlətmək üçün qohumlarından birinə verib. Maddi sübutlar həmin evdən aşkar edilərək götürülüb.

Keçirilən əlavə əməliyyat tədbirlərilə saxlanılan şəxsin zinət əşyalarının bir hissəsini 15000 manata Bakı şəhər sakini, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Xanbaba Səfərova satdığı müəyyən edilib və həmin şəxs də saxlanılıb.

Xanbaba Səfərov – Saxlanılan şəxs: "Tanışı vardı bunun, gəldi ki, qızıl satır. Onun evində tanış olduq. Getdim evinə, çıxartdı verdi, mən də pulunu verdim. 15000 manat verdim".







Xəbərin oxunma sayı : 151




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap