Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Gələn il neftin orta qiyməti 100 dollar/barel olacaq” - “Bank of America“

Tarix 12.12.22, 12:25

Font ölçüsü : - / +
bitmap-img6


2023-cü ildə dünya bazarında neftin bir barelinin orta qiyməti təxminən 100 ABŞ dolları olacaq.

"Report" RBC-ya istinadən xəbər verir ki, bu barədə dünyanın ən böyük investisiya banklarından biri - “Bank of America”nın hesabatında bildirilir. 

Bununla belə, sənədə əsasən, qlobal qüvvələr balansında baş verəcək hər hansı, hətta cüzi dəyişikliklər belə bazarda güclü dalğalanmalara səbəb ola bilər.

Bankın analitiklərinin fikrincə, 2023-cü ildə əmtəə kotirovkaları "əsəbi" dəyişikliklərlə yadda qalacaq: "Bazarda qeyri-sabit tarazlıq yaranacaq ki, istənilən güclü oyunçu onu asanlıqla poza biləcək". 

"OPEC, ABŞ, Çin və yaxud Rusiya kimi tərəflər müəyyən sıxıntılara məruz qala bilər. Əlavə qeyri-müəyyənlik, qlobal iqtisadiyyatda gözlənilən resessiya ilə əlaqəli olacaq", - deyə hesabatda qeyd olunub. 

2022-ci ilin yekunlarına gəlincə, bildirilir ki, yayda qiyməti 120 dolları ötən “Brent” neftinin bir bareli indi yenidən 76-77 dollar aralığında satılır və neft bazarı ili elə bu mövqelərdə başa vuracaq.

Bank analitiklərinin fikrincə, geosiyasi gərginlik və Rusiya nefti üçün “tavan” qiymətin müəyyən edilməsi kimi sanksiya oyunlarına əlavə olaraq, qlobal bazar koronavirus pandemiyasından yığılıb qalmış problemlərin fəsadlarını hiss edəcək.



Xəbərin oxunma sayı : 1006




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap