Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Gələn ilin büdcəsində neftin qiyməti dəyişməyəcək” - İqtisadçı

Tarix 10.11.18, 22:40

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan hökuməti 2019-cu il dövlət büdcəsi layihəsində neftin qiymətini bir barel üçün 60 dollar səviyyəsində götürüb və büdcənin parlamentdə qəbuluna qədər hökumətin neftin qiymətində dəyişiklik edəcəyi gözlənilmir.

Bunu BakuPost-a açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev bildirib. 

Qeyd edək ki, son bir ayda dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Təkcə bu gün dünənlə müqayisədə  "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,48 dollar və yaxud 2,04% azalıb.

R. Ağayev isə hesab edir ki, hökumət gələn ilin büdcə layihəsində neftin qiymətin yenidən baxmaq istəsə də, bu, mümkün deyil. Çünki büdcə 1 il ərzində tərtib olunur: "2019-cu ilin büdcəsi 2018-ci ilin yanvarından tərtib olunmağa başlayıb. Yəni bütün büdcə parametrləri, gəlirlər neftin qiymətinin 60 dollar səviyyəsində olması üzərində qurulub. Ona görə də indi büdcə layihəsində neftin qiymətinə yenidən baxmaq çox gecdir. Ancaq hökumətin ötən illərlə bağlı təcrübəsi var. Məsələn, 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar səviyyəsində götürülsə də, ilin ortasında büdcədə neftin qiyməti dəyişdi, büdcənin gəlir və xərcləri 25 faiz artırıldı. Yəni hökumətin təcrübəsində neftin qiymətinin dəyişdiriməsi büdcə müzakirələri dövründə olmur . Çünki bu halda gərək büdcədə parametrlər tamamilə dəyişsin, bübcə layihəsi parlamentdə yenidən müzakirə olunsun. Bu, mümkün deyil”.

İqtisadçı gələn ilin büdcə layihəsində neftin qiymətinin 60 dollar səviyyəsində götürüldüyünü, hazırda isə neftin qiymətinin 70 dollar civarında olduğuna da diqqət çəkib: "Neftin qiymətinin daha da aşağı enməsi ehtimalı varmı? Gedişat bu ehtimalın olduğunu göstərir. Çünki ABŞ-ın məsələyə münasibəti, OPEK-in durumu bunu söyləyə əsas verir. Məsələn, dünən Rusiya mətbuatı yazdı ki, Səudiyyə Ərəbistanı artıq OPEK-in dağılıb-dağılmaması ehtimalı, OPEK-in dağılacağı halda bunun hansı fəsadları ola biləcəyi barədə araşdırma aparılması üçün nüfuzlu araşdırma mərkəzinə müraciət edib. Bu, ciddi narahatlıqdan xəbər verir. 2014-cı ildən sonra neft kəskin ucuzlaşmışdı, sonradan bahalanmasında isə OPEK-Rusiya razılaşması əsas rol oynadı. İndi isə tanınmış jurnalist Camal Qaşıqçının ölümü ilə əlaqədar ABŞ- Səudiyyə Ərəbistanı münasibətlərində müəyyən problemlər yaranıb,  Səudiyyə Ərəbistanında daha çox ABŞ-la hesablaşmaq meyli müşahidə olunur. ABŞ-ın da neftin ucuzlaşmasında maraqlı olduğu məlumdur. Bütün bunlar göstərir ki, neftin qiyməti aşağı düşə bilər. Ancaq hətta nəzəri baxımdan neftin qiyməti 60 dollardan aşağı düşsə belə, yenə də bunun Azərbaycan üçün qorxusu yoxdur. Çünki Neft Fondunun  böyük ehtiyatları var. Neftin qiymətin 60 dollara düşməsi o demək olacaq ki, gələn il gələcək neft pullarının hamısı xərclənəcək, yığıma getməyəcək. Neftin qiyməti büdcədə nəzərdə tutulandan artıq olan zaman hökumət həmin artıq pulu Neft Fondunun ehtiyatilarına yönəldir. Neftin qiyməti 60 dollardan da aşağı düşəcəyi halda, bununla bağlı da hökumətin bir praktikası da var. Hökumət 2015-ci ildə Neft Fondunun ehtiyatilarından istifadə etdi, həmin il Neft Fondunun xərcləri gəlirlərindən çox oldu. Bütün bunları nəzərə alsaq, neftin qiyməti 60 dollar səviyyəsindən aşağı düşərsə, hökumət ya gələn ilin ortalarında büdcədə neftin qiymətini dəyişə, ya da Neft Fondundan transfertləri artıra bilər. Ya da büdcədə hansısa xərcləri ixtisar edilə bilər. Tutaq ki, neft 50 dollara qədər düşsə, 1,8 milyard manat həcmində büdcə xərclərini azaltmaq kifayət edəcək. Çünki gələn ilin büdcəsində 1,8 milyard manat büdcə kəsri nəzərdə tutulub. Bu halda  neftin qiymətinin 50 dollar səviyyəsində olması da bizə kifayət edir. Ümumilikdə, hökumətin arsenalında olan variantlar çoxdur və bunlar hazırda büdcədə neftin qiymətini dəyişməyə əsas vermir”.



Xəbərin oxunma sayı : 154




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap