Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Gəncə İnzibati Məhkəməsi Ombudsmanın müraciətinə cavab vermir” - Qüdrət Həsənquliyev

Tarix 07.10.22, 14:06

Font ölçüsü : - / +
bitmap-img6


 “Gəncə İnzibati Məhkəməsi Ombudsmanın müraciətinə cavab vermir”
“Milli Preventiv qrupun üzvləri üçün müəyyən olunmuş 25 yaş məhdudiyyəti aradan götürülməlidir. Çünki biz Konstitusiyada yaş məhdudiyyətini götürmüşük”.

AzFakt.com APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Milli Preventiv qrupun say tərkibi qanunda əksini tapsa, yaxşı olar: “14 iqtisadi rayon var. Preventiv qrupun də regionlar üzrə 14 üzvü olsa, daha yaxşı olardı. Başqa bir diqqətçəkən məsələlərdən biri məlumatların 5 gün müddətində alınması ilə bağlıdır. Çünki Ombudsmana müraciətlər insan hüquqlarının pozulması ilə bağlıdır və bu müraciətə 3 gün ərzində cavab verilə bilər. Ombudsmanın sonuncu hesabatında Gəncə İnzibati Məhkəməsi ilə bağlı və s. məsələlər hesabata daxil edilmişdi. Dünən maraqlandım ki, Ombudsmanın parlamentdə qaldırdığı bu məsələ ilə bağlı hələ də qətnamə qəbul edilməyib. Bunu görən sahibkarlar Azərbaycana necə pul, investisiya qoya bilər?! Gəncə İnzibati Məhkəməsi hələ də Ombudsmanın müraciətinə cavab vermir. Bu, belə olmamalıdır. Məsuliyyətin artırılması və sərtləşdirilməsi məsələsini qanunda qoymalıyıq. Ombudsmanın və Milli Preventiv qrupun üzvlərinin sorğularına cavab verməyən və işinə mane olan şəxslər birbaşa cinayət məsuliyyətinə cəlb edilməlidir”.



Xəbərin oxunma sayı : 637




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap