Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Gəncliyimi fəda etdim, amma...“ - Xalq artisti

Tarix 20.10.21, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


"Teatra gənc nəslin seçim turu olanda heç vaxt iştirak etmirdim. Çünki oradakı ifaçılar mənim üstümdən xətt çəkiblər. O anlar yaddaşımda pis qalıb. İstəmirdilər ki, Leyli kimi səhnəyə çıxım. Məndən əvvəlki ifaçılar yolumu kəsirdi".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Üzə düz" proqramında deyib. Xanəndə Opera və balet teatrında yaşadığı inciklikdən danışıb:

"Dedilər ki, bizə Leyli lazım deyil. Ona görə də hər zaman çalışdım ki, bu sənətdə gənc nəslə, qadın ifaçılara dəstək olum. İndi də deyirəm ki, Allah, mənim içimdən paxıllığı uzaq tut, sevgini əskik etmə. 22 il çalışdığım Opera və Balet Teatrından ayrıldım. İllərimi, gəncliyimi verdim, fəda etdim. Müəyyən vaxt demişdim ki, yaş bəlli olanda uzaqlaşacam. Bir də ki, mühit təmiz olmalıdır. Mühit o deyildi artıq. Bir insan deməz ki, mən rəhbərliyin qapısını döyüb nəsə xahiş etmişəm. Nəyə layiqəmsə, onu verəcəklər".

N.Teymurova xəyanətdən söz açıb. O bildirib ki, bəzi halda insan onu bağışlamır:

"Xəyanətdən əlavə elə şeylər olur ki, insan onu bağışlamır. Bu insandan bezirsən, qəlbən yorulursan. Yükü daşıya bilməyəndə özümdən küsürəm. İnsanın üstünə ağırlıq düşəndə çox küsürəm. Elə olanda depressiyaya düşürəm. Elə olur ki, 1 ay ruhum, içim təzələnmir. Aldanmaq insanın zəifliyi deyil. Bu həyatda insan yıxılıb-qalxır və möhkəmlənir. Sadəcə yanlış seçimlər olur. Özümdə xoşlamadığım, təəssüf etdiyim odur ki, yanlış seçimlərimi təkrarlayıram. Çox sevirəm və bağışlayıram".



Xəbərin oxunma sayı : 904




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap