Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Generallar quda çıxdı: “Xahişinizi etməsəydilər 1 milyon alacaqdılar”- Bakıdakı məşhur mağaza sahibinin xilası

Tarix 02.01.17, 1:05

Font ölçüsü : - / +
bitmap-img6


8MTN işi ilə bağlı cinayət işi materiallarında olduqca ilginc məlumatlara rast gəlmək olur. Sahibkarları müxtəlif üsullarla öz torlarına salan “MTN çetesi”nin cinayət əməllərinə diqqət yetirdikdə məlum olur ki, iş adamları ilə yanaşı yüksək vəzifəli şəxslərin də adı hallanır.

Musavat.com xəbər verir ki, cinayət işi materiallarından görünür ki, MTN-nin caynağına keçən sahibkarlar arasında tamamilə müflis olanlar, pul verib canına qurtaranlar və özünə “dayday” tapıb, canını xilas edənlər də olub.
 
Bu dəfə “MTN mafiyası”nın qurbanı olmuş sahikarlar Ərəstun Nəsibov və Arif Vəliyevin başına gətirilən oyunlar haqda yazacağıq. Ancaq əvvəlcədən qeyd edək ki, hər iki sahibkar MTN caynağından canlarını kiçik “hörmətlə” qurtara bilənlərdən olublar. 

Hər iki şəxs MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi Fizuli Əliyev və 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyevin “qurbanları” olublar.



“Sahibkarlardan pul yığılır. Nazirlikdə başa salacam”

Zərərçəkmiş şəxs Ərəstun Nəsibov istintaqa ifadəsində göstərib ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Rusiyadan və Avropa ölkələrindən kosmetika malları gətirib, “28 May” metrosunun yaxınlığındakı mağazalarında satırmış.

O, deyib ki, 2015-ci ilin mart ayının 5-də “Qara Qarayev” metrostansiyasının yanındakı evindən özünə məxsus “Toyota Prado” maşınına minib işə gedirmiş. Bu zaman yanında sürücüsü Telman Hüseynov, oğlu Vüsal Nəsibli, qaynının oğlu Fətulla Hüseynov olub.

Image result for Qara Qarayev Metro

Yolda onları təqib etdiklərini hiss etdiyi qara rəngli “Audi Q7” və qara rəngli “Tofaş” maşınları qarşılarını kəsib. Bir nəfər onlara yaxınlaşaraq özünü MTN-nin Natiq Alıyev adlı əməkdaşı kimi təqdim edib və onlarla birlikdə nazirliyə getməyi söyləyib.

Ə.Nəsibov Natiq Alıyevdən nə üçün onu MTN-ə aparıldığını soruşub. “Sahibkarlardan pul yığılır. Nazirlikdə başa salacam. Pulun məbləğini rəis Fizuli Əliyev deyəcək”- cavabını alan Ə.Nəsibovdan yolda şəriki Arif Vəliyev haqda da soruşublar.



“Xahişinizi etməsəydilər 1 milyon alacaqdılar”

Şəriki də MTN-ə çağırılan sahibkardan gömrükdən malı necə keçirməsi ilə bağlı suallar soruşublar. Ondan izahat alındığı ərəfədə MTN-nin Zaur Məmmədov adlı əməkdaşı otağa girərək “qohum çıxdı” deyib və izahatın cırılması lazım olduğunu bildirib.

Natiq Alıyev təklifləri ilə razılaşan və qorxan sahibkar Ə.Nəsibova deyib ki, şəriki Arif Vəliyevin MTN-də tanışı çıxıb və buna görə də onları bağışlayırlar. 

Natiq Alıyev: “Şərikin Arif Vəliyev Vergilər Nazirliyində İstintaq Departamentinin rəisi, general Vidadi Məmmədova zəng edib. Rəisim Sübahir Qurbanovdan onların buraxılması ilə bağlı xahiş edib. Rəis ikinizin də 15 dəqiqəyə buraxılmanızı istədi. Yaxşı qurtardınız. Xahişinizi etməsəydilər 1 milyon alacaqdılar”.

Vergilər Nazirliyindəki generalın “həyat verən” zəngi

Sonradan məlum olub ki, “MTN mafiyası”nın öndə gedən üzvlərindən olan general Sübahir Qurbanov Vergilər Nazirliyində İstintaq Departamentinin rəisi, general Vidadi Məmmədovla qudadır. Onun Sübahir Qurbanova zəngi sahibkarlara yenidən “həyat verib”.  

Image result for MTN-də

Bu hadisədən bir müddət sonra Natiq Alıyev yenidən sahibkar Ə.Nəsibova zəng edərək MTN-nin yaxınlığındakı “Sultan” kafesinə çağırıb. Kafeyə N.Alıyevin rəisi Fizuli Əliyev də gəlib. Fizuli Əliyev nazirlərinin xarici ölkələrdən çoxlu qonaqlarının olduğunu, həmin qonaqları yola salmaq üçün hər dəfə Nəsibovun parfümeriya səbətləri gətirməli olduğunu deyib. Bu azmış kimi ayda 10 min manat pul verməli olduğunu da söyləyib.

“Yox” cavabını alan Fizuli Əliyev və Natiq Alıyev sahibkar Nəsibova çox xəsis olduğunu deyiblər. Və heç olmasa bir neçə bahalı ətirlər olan parfümeriya səbətləri hazırlamasını istəyiblər.

Nazir üçün 4 minlik parfümeriya səbətləri

Nəhayət razılıq olub və Nəsibov 5 ədəd dəyəri 4 min manat olan səbətlər hazırlayıb. Şəriki Arif Vəliyev həmin səbətləri “Torqovı”da yerləşən “La Parfumery” mağazasında Natiq Alıyevə verib.

Arif Vəliyev də zərərçəkmiş kimi tanınıb. O, istintaqa ifadəsində şərikinin dediklərini təsdiqləyib. Bildirib ki, MTN-də şəxsi tanışları olmadığından, Vergilər Nazirliyinin departament rəisi vəzifəsində işləyən tanışı Vidadi Məmmədova zəng edib. MTN-nin 4-cü Baş idarəsinin sabiq rəisi Sübahir Qurbanovla quda olduqlarını bildiyi üçün Vidadi Məmmədovdan kömək istəyib.

Arif Vəliyev hazırlanan 5 ədəd səbətin Natiq Alıyevin özünün qara rəngli “Audi Q7” markalı avtomobili ilə mağazadan apardığını təsdiqləyib.

Vergilər Nazirliyinin generalı da dindirilib

İş üzrə şahid qismində Vergilər Nazirliyinin genaralı Vidadi Məmmədov da ifadə verib.

V.Məmmədov ifadəsində göstərib ki, Vergilər Nazirliyinin İbtidai araşdırma departamentinin rəisi vəzifəsində 27 oktyabr 2010-cu ildən, 16 sentyabr 2015-ci il tarixə kimi işləyib. Əvvəllər isə uzun müddət Daxili İşlər Nazirliyinin orqanlarında müxtəlif vəzifələrdə çalışıb. General ləğv edilmiş MTN-nin 4-cü Baş idarəsinin sabiq rəisi Sübahir Qurbanovla daxili işlər orqanlarında birlikdə işlədiyi zamandan yaxın münasibətlərinin olduğunu, 2011-ci ildən isə quda olduqlarını söyləyib.

Image result for Vidadi Məmmədov

“La parfumery” mağazaları şəbəkəsinin sahibi Arif Vəliyevi qiyabi olaraq tanıdığını deyən general onun qardaşı Səməd Vəliyevin də Vergilər Nazirliyində işlədiyini, tanışlıqlarının da buradan başladığını  bildirib. Buna görə də general sahibkar Arif Vəliyevin “MTN çetsi”ndən xilas olmasına kömək edib.

“Arif Vəliyev zəng edib işçisinin MTN əməkdaşları tərəfindən saxlanıldığını dedi. Həmin şəxsin MTN-ə aparılmasının səbəblərinin nədən ibarət olduğunu qudam Sübahir Qurbanovdan dəqiqləşdirməsini xahiş etdim. Sübahir Qurbanov həmin şəxs barəsində lazımi tədbirləri görəcəyini söz verdi. Bundan sonra Sübahir Qurbanovla bu məsələ ilə əlaqədar danışmadım. Arif Vəliyev də sonradan mənə məlumat vermədi”- deyə general istintaqa ifadəsində deyib.

Image result for MTN-də

Xatırladaq ki, general Vidadi Məmmədov da MTN əməliyyatlarından sonra vəzifədən çıxarılan şəxslərdən biri oldu. Onun da “MTN çetesi” ilə əlaqəsi olduğu, sahibkarların hədəfə alınmasında iştirakı qeyd edilirdi. Hətta mətbuatda generalın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı da bildirilir. 

Qeyd edək ki, adları çəkilən MTN əməkdaşları Natiq Alıyev və Fizuli Əliyev qulluq mövqelərindən sui-istifadə etməkdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin gizli qaydada telefon danışıqlarını dinləməkdə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirməkdə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşlara qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilirlər.




Xəbərin oxunma sayı : 3034




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap