Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Hörmüz boğazı hərbi yolla açıla bilməz“ - ABŞ kəşfiyyatı

Tarix 04.04.26, 14:13

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ kəşfiyyatının hesabatına görə, İranın nəzarətində olan Hörmüz boğazının müharibə başa çatsa belə, qısa müddətdə açılması mümkün deyil. 

Həmin sənəddə vurğulanır ki, bu strateji keçidin bərpası yalnız diplomatik danışıqlar və beynəlxalq təzyiq yolu ilə reallaşa bilər.

Hesabatda qeyd olunur ki, İran boğazdan keçən bəzi gəmilərdən ödəniş alır və ABŞ ilə onun müttəfiqlərinə məxsus gəmilərin keçidinə icazə vermir. Bu vəziyyət qlobal enerji bazarlarına da ciddi təsir göstərir. Belə ki, Avrozonada enerji qiymətləri mart ayında 100,16 bənddən 106,97 bəndə qədər yüksəlib.

Sənədə görə, dünya neft ticarətinin əsas marşrutlarından biri olan Hörmüz boğazının yaxın perspektivdə açılması real görünmür. Qərb hərbi ekspertləri də İranın nəzarətində olan bu ərazinin hərbi güclə açılmasını mümkünsüz hesab edir.



Xəbərin oxunma sayı : 1375




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap