Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Hakimiyyəti Bəxtiyar Hacıyevi dərhal həbsdən azad etməyə çağırıram“ - Dunya Miyatoviç

Tarix 04.02.23, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin həbsi və hələ də həbsdə saxlanılması hökumətin ölkədə müstəqil vətəndaş fəallığına qarşı dözümsüzlüyünün növbəti nümunəsidir".

Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin fevralın 3-də yaydığı bəyanatda deyilir.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı bəyanatında bildirilir ki, bir çox digər fəallar, hüquq müdafiəçiləri və jurnalistlər kimi, B. Hacıyev də uzun illər ərzində cinayət təqibi, təhdid və fiziki zorakılıq da daxil olmaqla repressiya və hədə-qorxuların hədəfinə çevrilib.
“Təkcə keçən il o, oğurlanıb və pis rəftara məruz qalıb. Azərbaycan hakimiyyəti səmərəli istintaq apara bilməyib və həmin cinayəti törədənləri cəzalandırmayıb. Bunun fonunda cənab Hacıyevin həbsinin davam etdirilməsi və onun həbs-qətimkan tədbiri ilə dəyişdirilməsindən dəfələrlə imtina edilməsi əsassızdır”, - bəyanatda deyilir.
Dunya Miyatoviç insan hüquqları fəalı Bəxtiyar Hacıyevin səhhətinin pisləşməsindən də narahat olduğunu diqqətə çatdırıb.
“Onun həbsdə səhhətinin sürətlə pisləşməsi və adekvat tibbi yardım almaması ilə bağlı xəbərlər məni xüsusilə narahat edir. Mən Azərbaycan hakimiyyətini cənab Hacıyevi dərhal həbsdən azad etməyə və ona təcili olaraq ehtiyacı olan tibbi yardımdan tam istifadə etməyə imkan verməyə çağırıram”, - Komissar qeyd edib.
Komissar həmçinin bəyanatında jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbsini xatırladıb.
“Azərbaycanda vətəndaş cəmiyyəti subyektlərini qorxutmağın dərhal dayandırılmasının vacibliyini bir daha bildirdim. Azərbaycan hökuməti kursunu dəyişməli, həqiqi dialoq və əməkdaşlığa əsaslanan fəaliyyətləri üçün təhlükəsiz və əlverişli mühitin yaradılması istiqamətində çalışmalıdır”, - o, bildirib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Amerikanın Səsi"nə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.
Qeyd edək ki, ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 26 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib.
Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.



Xəbərin oxunma sayı : 601




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap