Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Hakimlər qələbəmizi əlimizdən aldılar” - “Qəbələ”nin futbolçusu

Tarix 14.03.18, 2:37

Font ölçüsü : - / +
bitmap-img6


“Bu oyunda layiqli qələbə qazandıq. Amma referi vurduğumuz qolu oyundan kənar vəziyyət hesab etdi”. 

“Report” xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda “Keşlə” ilə 1:1 hesablı heç-heçədən sonra deyib. O bildirib ki, hakim onun 90+2-ci dəqiqədə qaydalar çərçivəsində vurduğu qolu qeydə almayıb: “Epizoda baxandan sonra yüz faizlik əminliklə deyə bilərəm ki, qol vurduğum məqamda oyundan kənar vəziyyət yoxdur. Təmiz qoldur. Amma hər insan səhv edə bilər. Lehimizə penalti epizoduna gəlincə, heç nə deyə bilmərəm. Çünki görmədim. Amma indi görüntülərə baxdıq. Penalti də var idi. Referi penalti təyin etmirsə, simulyasiyaya görə Filip Ozobiçə sarı vərəqə göstərməli idi. Lakin heç birini etmədi. Bu cür olmaz. Əlbəttə, heç-heçə etdiyimiz üçün əhvalımız korlanıb. Yenə xal itirdik. İndi çempionatda uzun müddətli fasilə yaranacaq. Növbəti matçımız apreldədir. Düzgün analiz etmək lazımdır”.

27 yaşlı hücumçu bildirib ki, hakimlər “Qələbə”nin qələbəsini əlindən alıblar: “Baş hakimin bizə qarşı qərəzli olduğunu deyə bilmərəm. Hamı səhv edir. Amma bu cür aşkar səhvlər… Hakimləri mühakimə etmək istəmirəm. Qoy bunu onlarla işləyən etsin. Onlar bizim qələbəmizi, üç xalımızı əlimizdən aldılar. Alacağımız çörəyi götürdülər. Əhvalım korlanıb. Qol vurdum, sevindim. Yan xətt hakiminin bayrağı qaldırdığını görəndən sonra ona tərəf qaçmaq istədim. Amma başa düşdüm ki, 3 sarı vərəqəm var, birini də alsam, növbəti görüşü buraxacağam. Bundan sonra daha diqqətli olsunlar”.

R.Qurbanov “Qəbələ”nin son 4 oyundan 3-də xal itirməsinə və çempionluq yarışında ehtiyatda bir matçı qalan “Qarabağ”dan 9 xal geri düşməsinə də münasibət bildirib: “Bu, bizi də narahat edir. Bu məsuliyyəti başa düşürük. Hər oyunda qalib gəlmək istəyirik. Lakin alınmır. Çempionlardan danışmağa dəyməz. “Qarabağ” hazırda ən güclü komandadır. Özümüz günahkarıq, xallar itirdik. Ağdam klubunun da bu qədər xal itirəcəyinə inanmıram”.

Qeyd edək ki, oyunu Ömər Paşayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.



Xəbərin oxunma sayı : 424




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap