Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əhali elektrikə qənaət etməyə başlayıb- Rəsmi

Tarix 19.08.18, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda ötən ilə nisbətən 2018-ci ilin 1-ci yarımilində elektrik enerjisinin istehlakı artıb.

Fed.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin ilk yarımilində elektrik enerjisinin istehlakı 9,4 mlrd kvt saat , 2018-ci ildə isə 9,6 mlrd kvt saat olub.

Bəs bu artım kimin hesabına olub? İlk növbədə məlum olur ki, əhali bu il elektrik enerjisindən daha qənaətlə istifadə etməyə başlayıb. Belə ki, əhalinin enerji istehlakı ötən ilə nəzərən 6,8% azalaraq 3,4 mlrd kvt saat olub (ötən il 3,65 mlrd kvt saat olmuşdu).

Sənayedə isə enerji istehlakı bu il 7,7% artaraq 3,1 mlrd kvt saat olub.

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində də enerji istehlakı 13,5% artaraq 1,04 mlrd kvt saat olub. Eyni zamanda kənd təsərrüfatının enerji istehlakında 35,7% artım olaraq 76 mln kvt saat təşkil edib. Səhiyyə və sosial xidmətlər sahəsində enerji istehlakı 3% artaraq bu il 67 mln kvt saat olub.



Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap