Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əhali ucuz telefonlar alır

Tarix 25.05.17, 20:31

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin birinci rübündə ölkəyə gətirilən mobil telefonların bir ədədinin orta qiyməti ötən illə müqayisədə ucuzlaşıb

Elə idxalçıların cərgəsi də xeyli seyrəlib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, il başlayandan ölkəyə satış məqsədilə 103 mindən çox – 2016-cı ilin yanvar-mart aylarındakından 3 dəfə artıq mobil telefon gətirilib. Bir ədəd mobil telefonu gömrükdə 99 dollar 40 sentə rəsmiləşdiriblər. Bir il əvvəl isə mobil telefonun Azərbaycan gömrüyündə bəyan olunan qiyməti 130.70 ABŞ dolları idi.

Azərbaycana əsasən Çində (65 min 170 ədəd) və Vyetnamda (36 min 636 ədəd) yığılan mobil rabitə vasitələri gətirilir. Az sayda telefon Koreyadan, Tayvandan və Türkiyədən alınıb.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mobil telefon idxalı üçün üç şirkətin («Azercell Telekom» MMC, «Samsung Electronics Caucasus Company» MMC və «İrşad-İ.R» MMC), eləcə də bir fiziki şəxsin (İlqar Avdıyev) sertifikatının olduğunu bildirir. Mayın 16-da «Azercell Telekom» ABŞ-dan 320 ədəd «Iphone 6» mobil telefonlarının idxalını sanksiyalaşdırıb. Fevralda isə şirkət Niderland istehsalı olan 2 min ədəd «Samsung» telefonlarının idxalına razılıq almışdı.

Yerli rəsmi mənbələrə görə, ötən il idxalçılar istehsalçı şirkətlərə, eləcə də malın daşınmasına və sığorta olunmasına 41.6 milyon dollar – 4.5 dəfə çox rəsmi ödənişlər ediblər. 2016-cı ildə bir çox istehlak malları kimi, mobil telefonların Azərbaycana gətirilməsi də leqallaşdı. Bu səbəbdəndir ki, həmin il gömrükdə bəyan edilməklə ölkəyə daxil olan mobil telefonların sayı 2015-ci illə (86.7 min) müqayisədə 5.3 dəfə artaraq 462 minə çatmışdı.

BMT-nin Ticarət Statistikası bölməsinin (UN Comtrade) hesabatına görə, 2015-ci ildə təkcə Çindən, Vyetnamdan və Honq-Konqdan Azərbaycana 375 min ədəd mobil telefon yola salınıb.



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap