Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Hariri öz iradəsi ilə istədiyi zaman ölkəni tərk edə bilər” – Səudiyyənin xarici işlər naziri

Tarix 17.11.17, 3:00

Font ölçüsü : - / +
bitmap-img6


"İstefa verdiyini elan edən Livanın Baş naziri Saad Hariri öz iradəsi ilə Səudiyyə Ərəbistanında qalır və istədiyi zaman ölkəni tərk edə bilər".

Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Cübeyr fransalı həmkarı Jan-İv Le Drian ilə Ər-Riyadda keçirdikləri birgə mətbuat konfransında bildirib.

Xatırladaq ki, Livanın Baş naziri noyabrın 3-də Səudiyyə Ərəbistanına səfərə gedib və orada gözlənilmədən postundan istefa verdiyini elan edib. Baş nazir istefasının əsas səbəbi kimi xarici ölkələrin, həmçinin onlarla əlbir olan Hizbullah qruplaşmasının Livanın daxili işlərinə qarışmasını göstərib. Eyni zamanda vurğulayıb ki, həyatı təhlükə altındadır.

Noyabrın 14-də isə Saad Hariri özünün Tvitter səhifəsində Səudiyyə Ərəbistanında könüllü qaldığını və yaxın günlərdə Beyruta qayıdacağını yazıb.

Livan Prezidenti Mişel Avn Saad Haririnin şənbə günü öz ailəsi ilə birlikdə Parisə gedəcəyini bildirib. Baş nazir bir neçə gün orada qaldıqdan sonra Beyruta qayıdacaq/Axar.az.



Xəbərin oxunma sayı : 199




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap