Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Heç bir seçkidən imtina etmək olmaz” - Mirmahmud Mirəlioğlu

Tarix 05.02.19, 12:27

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə neçə vaxtdır danışılır. Amma onun real olduğunu hətta bu barədə danışanların özləri də bilmirlər. Belə ehtimal, fikir, yanaşma var, deyirlər, ondan o tərəfə nə isə deyilmir”.

Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən biri, KXCP sədri Mirmahmud Mirəlioğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında deyib. Partiya sədri bildirib ki, istənilən seçki bitən gündən etibarən növbəti seçkiyə hazırlıq başlayır: “Bizim Hərəkatda bununla bağlı məndə məlumat yoxdur. Epizodik nə isə deyilə bilər. Yaxud ola bilər kimsə desin ki, hərəkatda iştirak etməklə kimsə hansısa seçkidə iştirak etmək üçün istifadə etmək istəyir. Şəxsi fikir ola bilər. Amma hələlik konkret qərar yoxdur”.

Şəxsən özünün növbəti parlament seçkilərində iştirakı məsələsinə gəldikdə, M.Mirəlioğlu bunları deyib: “Mənim seçki ilə bağlı qərarım, təbii ki, KXCP-də müzakirə olunandan sonra verilə bilər. Etiraf etmək lazımdır ki, son parlament seçkilərində bizim mövqeyimiz özünü doğrultmadı. Yəni o zaman biz müttəfiqlərimizlə seçkidə iştirak etmək barədə qərar qəbul etdik. Lakin bizi seçkiyə buraxmadılar. Seçkidə iştirak etməyə razılıq almış, qeydiyyatdan keçmiş namizədlərimiz belə, etiraz etdilər, amma biz öncəki qərarımızın qüvvədə qalmasının tərəfdarı olduq. Bununsa yanlış olduğu qənaətindəyəm. İndi hansı qərar qəbul olunacaqsa, yəni növbədənkənar, yaxud növbəti seçki olacaqsa, zamana və şərtlərə uyğun olaraq qərar verilməlidir. Mən bu sahədə - təvazökarlıqdan uzaq da olsa - bir təcrübəli və mandatdan imtina etmiş şəxs olaraq hesab edirəm ki, heç bir seçkidən imtina etmək olmaz! Seçkilərdə iştirak etmək lazımdır, bu, vətəndaşların da təbii haqqıdır, buna qarşı çıxmaq olmaz! Bu, mənim subyektiv fikrimdir”. 



Xəbərin oxunma sayı : 394




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap