Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTOLAR Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 08 Dekabr 2019

    Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Noyabr 2019

    Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto

  • / Maqazin / — 02 Noyabr 2019

    Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTOLAR

  • / Maqazin / — 17 Oktyabr 2019

    Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR

  • / Maqazin / — 16 Oktyabr 2019

    Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO

  • / Maqazin / — 15 Oktyabr 2019

    Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR

“Heç nə gizli qalmayacaq...“ - Qubad İbadoğlu danışdı

Tarix 26.07.19, 11:34

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər ABŞ-dan Azərbaycana qayıdan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu müxalif siyasi dairələrlə görüşlər keçirir.

İbadoğlu iyulun 20-də REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb və yaydığı məlumatda bu kimi təmasların davam edəcəyinin anonsunu verib.

İyunun 23-də isə Qubad İbadoğlu AXCP sədri Əli Kərimli ilə görüşüb. Görüş barədə Q.İbadoğlu belə bir məlumat yayıb ki, AXCP sədri ilə hazırkı ictimai-siyasi və sosial-iqtisadi durumu dəyərləndirib, gözlənilən ssenarilər ətrafında fikir mübadiləsi aparıb.

Bir gün sonra isə ADR sədri keçmiş səhiyyə naziri Əli İnsanovla bir araya gəlib. Yaydığı xəbərdə bildirib ki, Əli İnsanovla görüş maraqlı oldu, onunla keçmişdən deyil, bu günün gerçəkliklərdən, sabahın perspektivlərindən doyunca söhbətləşib.

Bəs bu tipli görüşlər yeni bir birliyin, blokun yaranmasına hazırlıq sayıla bilərmi?

AzFakt.com xəbər verir ki, Qubad İbadoğlu "Yeni Müsavat”a bildirib ki, bu görüşlər başa çatmayıb, ona görə də nəticə barəsində danışmaq tezdir: 

"Bilirsiniz ki, mən bir müddətdir ölkədən kənardaydım və ölkəyə döndükdən sonra düşündüm ki, Azərbaycan siyasətində üzdə olan partiya sədrləri ilə, nüfuzlu şəxslərlə, ictimai rəy liderləri ilə görüşlər keçirim, ölkədəki həm ictimai-siyasi, həm sosial-iqtisadi vəziyyəti dəyərləndirək, həm də gələcək ssenarilərə baxaq. Gələcəkdə gözləntilərimiz baxımından, eyni zamanda dəyərləndirmələrimiz əsasında da müəyyən ssenarilər müzakirə mövzusu olub. Demokratik dəyişikliklər üçün çalışan ictimai-siyasi qüvvələrin, vətəndaş cəmiyyəti nümayəndələrinin birgə fəaliyyəti də müzakirə mövzularından biri olub”.

"Daha kimlərlə görüşlər nəzərdə tutulub” sualına Qubad İbadoğlu belə cavab verib: 

"Mən bütün görüşlərimi açıq, şəffaf, ictimaiyyətin məlumatlandırılması əsas götürülməklə təşkilinə çalışıram və buna da nail oluram. Keçirdiyim bütün görüşlər barəsində məlumatı özüm paylaşıram. 

Ümumiyyətlə, mən heç bir gizli missiya həyata keçirmək və ya gizli görüşlər keçirmək niyyətində deyiləm. Bundan sonra olası görüşlər barədə məlumatları da ictimailəşdirəcəyəm. Bu barədə informasiyaları siz yəqin ki, əldə edə biləcəksiniz. 

Ümumiyyətlə, mən istəyirəm bu sahədə şəffaflıq olsun. Odur ki, bəri başdan açıqlamaq istəməzdim, lakin görüşlər keçirildikcə məlumatları əldə edəcəksiniz. 

Görüşlər barədə məlumatların heç biri ictimaiyyətdən gizli saxlanmayacaq”.   

Onu da qeyd edək ki, Qubad İbadoğlunun ABŞ-dan gəldikdən sonra tanınmış siyasətçilərlə görüşlərə başlaması bəzi saytlarda müxtəlif iddialara yol açıb. 



Xəbərin oxunma sayı : 985

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda