Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Həkim özü səhvini boynuna aldı“ - Doğuşdan sonra ölən 7 günlük körpənin yaxınları DANIŞDI - ViDEO

Tarix 15.08.17, 2:19

Font ölçüsü : - / +
bitmap-img6


Masallı rayonunun Həsənli kənd sakini 20 yaşlı Vəlişova Kəmalə müayinə olunmaq üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib

ARB TV xəbər verir ki, Masallı rayonunda ultrasəs müayinəsindən keçən Kəmalə Vəlişovaya həkimlər doğuşun vaxtına bir neçə gün qalması barədə məlumat veriblər.

Lakin qadın təkrar yoxlamadan keçmək üçün Rayon Mərkəzi Xəstəxanasının doğum söbəsinə gətirilib. Yaxınları deyir ki, xəstəxanaya gətirilərkən Kəmalə Vəlişovanın səhhətində heç bir problem olmayıb.

Qurbanəli Vəlişov - Xəstənin babası: "Bizə heç nə demədən bir də dedilər ki, biz ananı əməliyyat eləmişik. Özlərinə çıxış yolu tapmaq üçün qayıdıb deyirlər ki, yaxşı olub ki, biz onu əməliyyat eləmişik. Guya ananın 1-ci uşaqdan sonra tikiş olub, tikişlər sökülüb, ana qanaxma verib. Əgər həqiqətən anada qanaxma var idisə, Masallıda və Lənkəranda da bunu görə bilərdilər".

K.Vəlişovanın valideynləri onu müayinə edən həkimə bildiriblər ki, Masallı rayonunda müayinə zamanı ananın 32 həftəlik hamilə olduğunu söyləyiblər. Lakin, gənc qadını müayinə edən Hicran adlı həkim bu məlumatın doğru olmadığını deyib. Avqustun 5-də K.Vəlişova qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan sonra məlum olub ki, həqiqətən də ananın bətnindəki döl 32 həftəlik olub. Yəni, körpə 45 gün tez dünyaya gəlib. Körpə xüsusi kameraya yerləşdirilib. Lakin 7 gün sonra, avqustun 12-sində körpənin ailəsinə onun ölüm xəbəri verilib.

Qurbanəli Vəlişov - Xəstənin babası: "Bunlar dedilər ki, uşağın vəziyyəti yaxşıdır, heç bir problemi yoxdur. Səhəri gün dedilər ki, hər gün uşağa oksigen lazımdır, oksigenin də günü 10 manatdır. Səhəri gün 10 manatdan oksigen aldırdılar. Sonra dedilər uşağın vəziyyəti yaxşıdır götürdülər şüşədən çölə qoydular. Bu gün də məlumat alırıq ki, uşağınız ölüb, gəlin uşağınızı aparın".

Zərərçəkənin yaxını: "Həkim özü səhvini boynuna aldı. Deyir ki, mənim xəstəm 32 həftəlik imiş, mənim xəstəmin diaqnozunu səhv qoyublar".

Məsələ ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsindən verilən məlumata görə ana 1 il olmayıb ki, qeysəriyyə əməliyyatı olunub. Həmin əməliyyatdan sonra qadına ən az 1 il hamilə qalmaması məsləhət görülüb. 7 günlük körpənin ölüm səbəbləri araşdırılır. Körpənin meyidi müayinə edilmək üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.













Xəbərin oxunma sayı : 166




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap