Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Helikopter meydançaya eniş edən zaman yerə çırpıldı“ - Yaralı zabitlər

Tarix 01.12.21, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


"Noyabrın 30-da praktik atışlı təlim məşq uçuşları olmalıydı. "Səngəçal" aerodromundan "Qaraheybət" aviasiya poliqonuna getməliydik".

Bu fikirləri "Report"a Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.

Onun sözlərinə görə, helikopterlə istiqamət üzrə hərəkət edilib: "Meydançaya eniş etmək üçün manevr edəndən sonra helikopter yerə çırpılıb. Mən sərnişin kabinəsində oturmuşdum. Hadisəni tam təfərrüatı yadımda qalmayıb. Enişin yerinə yetirilməsi zamanı qəza oldu. Helikopterdə heç bir nasazlıq və başqa bir şey hiss olunmadı. Gözlərimi hospitalda olanda açmışam".

E.Cəfərov qeyd edib ki, helikopterdə heç bir məhdudiyyət aşılmamışdı: "Helikopterin desant daşıma sayı 24 nəfərdir. Sərnişin kabinəsinin girişində əyləşmişdim. Heç bir şübhəli məqam yox idi"

"Ayağımda əzik var, bir də sol qolumun bazu sümüyündə sınıq var", - o vurğulayıb.

Qəza zamanı yaralanan DSX-nin kapitanı Ramin Ədilov söyləyib ki, enişə gələn zaman birdən-birə helikopterdə idarəetmə itib: "Sürətlə yerə çırpıldıq. Heç bir kənar müdaxilə olmayıb. Helikopter birdən yerə çırpıldı. Bir də gözümü hospitalda açdım. Üzümdə xəsarət var və sol dizim də əzilib. Hazırda vəziyyətim normaldır".



Xəbərin oxunma sayı : 790




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap