“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Həyat yoldaşım iş adamıdır, Şəhriyarı da tanıyır”, - demişdi, amma...

Tarix 03.11.21, 21:17

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün aparıcı Şəhriyar Əbilov rəqqasə-aktrisa Oksana Rəsulova ilə 4 ildir evli olduğunu açıqlayıb. O, Rəsulovanın oğlu Osmanın atası olduğunu da bildirib. Aparıcının bu etirafı rezonans doğurub, sosial şəbəkələrin ən çox müzakirə olunan mövzusuna çevrilib.

Maraqlıdır ki, O. Rəsulova 2018-ci ilin noyabrında “Zaurla Günaydın” verilişində oğlunun atası haqda danışarkən onun Türkiyədə yaşayan azərbaycanlı iş adamı olduğunu demişdi: “Vaxt keçəcək hamı onu görəcək, tanıyacaq. Axırıncı dəfə (Bakıya-red.) bir ay əvvəl gəlib”.

Daha bir sual doğuran məqam - Oksana Şəhriyarla qonaq olduğu bütün proqramlarda dost olduqlarını, aralarında heç bir münasibətin yaşanmadığını deyirdi. Hətta 2019-cu ilin sonlarında aktrisa “Söhbət var” proqramında “Şəhriyarla yaxınlığımız həyat yoldaşımı narahat etmir, onu tanıyır” deyərək növbəti dəfə sadəcə dost olduqlarını etiraf etmişdi.

Belə olduğu halda, Ş. Əbilovun O. Rəsulova ilə illər sonra evli olduğunu açıqlaması anlaşılan deyil. Məsələ ilə bağlı O. Rəsulova ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verməyib.

AzFakt.com xəbər verir ki, “Qafqazinfo”ya danışan Şəhriyar Oksananın “Osmanın atası Türkiyədə yaşayan azərbaycanlı iş adamıdır” deməsinə belə münasibət bildirib:

“Mən məgər iş adamı deyiləm? O qədər işim var ki... (gülür-red.). İş adamı o demək deyil ki, fabriki və ya böyük zavodu var. Bizim də balaca da olsa biznesimiz var. Türkiyədə iş görürük. Bir il orada yaşamışam”.

Əbilov Rəsulovanın “Şəhriyarla yaxınlığımız həyat yoldaşımı narahat etmir” deməsinə isə belə cavab verib:

“Oksananın tez-tez açıqlama verməyinin qarşısını ala bilməmişəm. Bizim sirlərimizin ortaya çıxmaması, fikri yayındırmaq üçün belə fikirlər söyləyirdi”.

Aparıcı əlavə edib ki, bu illər ərzində insanların reaksiyasına hazır deyildilər:

“Özümüz üçün öz həyatımızı artıq qurmuşduq. Övladımız var idi. İndi də şükür Allaha böyüyür. Çox istedadlı bir övladdır. Sadəcə insanlara bildirmək istəmirdik. Verilişdə vəziyyət elə gətirdi ki, bir anlıq beynimə gəldi, sıxıldım, dedim. Mən də öz övladımla rahat gəzmək, fotosessiyalar etdirmək istəyirəm. Buna ən azından haqqım var”.



Xəbərin oxunma sayı : 988




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap