![]() |
|














“Həyat yoldaşını 1-2 milyona “yığdıran” məmur...” - Afaq Bəşirqızı
Tarix 07.08.20, 12:13 |
|
78076.jpg)
“Moşuu, eqalogiya buduuur?”, “Alo, 66-68-düü? Almaxanım sənsən?”, “Qardaşımdan iraq səni görüm canından çəkəsən, gəlin” kimi sitatlarla hər zaman tamaşaçıların üzünü güldürən, evdar qadınların ən ideal obrazlarının ifaçısı məhz Xalq artisti Afaq Bəşirqızıdır. O, səhnəmizin Söylüsü, Suğrası, Darçınbəyimi, Dollar Səyyarəsidir.
AzFakt.com son zamanlar daha çox kəskin çıxışları ilə seçilən aktrisa Unikal.org-a müsahibəsini təqdim edirik.
-Aktyor ailəsində doğulmusunuz, amma ilk sənət təcrübənizi rejissor Məhərrəm Bədirzadənin dram dərnəyində almısınız. Bəşir Səfəroğlu sizin aktrisa kimi fəaliyyətinizi dəstəkləyirdi?
-Qəti. Evimizdə Bəşir Səfəroğlunun xasiyyəti feodal idi. Bilmirəm nədənsə, bəlkə də özü sənətkar idi, amma birmənalı şəkildə qızı Afaqın aktrisa olmasını nə ağlına gətirmirdi, nə də buna razılıq verməzdi. Bizim heç bu barədə söhbətimiz də olmayıb. O vaxt bizdə indiki kimi robot üsulu ilə instituta hazırlaşmaq yox idi. Biz artıq 10-11-ci siniflərdə hansı ixtisası seçəcəyimizi bilirdik. Ona görə Bəşir Səfəroğlunun Afaqın nə vaxtsa aktrisa ola biləcəyinə heç şübhəsi də yox idi.
-Söylü, Darçınbəyim, Suğra... Seçilən, spesifik evdar qadınların obrazlarını canlandırmısınız. Sizcə, təqdimatınızdan sonra cəmiyyətdə o cür tipajlarda azalma varmı?
-Mənim yaratdığım obrazlar cinayətkar, cani, rüşvətxor deyillər, adi evdar qadınlardır. Mənim Söylüm o qədər primitivdir ki, yeyəndən sonra yağı balağına silə bilər, amma oğlunun nəyə görə o yaşa qədər sünnət olunmamasını dərk etmir. O hesab edir ki, qərarı Moşu verməlidir. Moşu ona pinti qadın olduğunu desəydi, əmin olun, Söylü özünü yığışdırardı. Onun ərinə qarşı olan sevgisi, dəyəri o qədər yüksək idi ki, bəlkə də Moşu ona əlini yeyəndən sonra üstünə sürtməməyini deməyi utanardı. Mən belə xanımları indiki cəmiyyətdəki çox qadından daha üstün tuturam, çünki Söylükimiləri axmaq deyil, sadəlöv idilər.
- “Bəxt üzüyü -2” filmi niyə əvvəlki qədər effektli olmadı. Çatışmayan nə idi?
- Ssenarilərdə çox fərq var idi. Dəfələrlə deyildi ki, “Bəxt üzüyü -2” “Bəxt üzüyü” filminin davamı deyil, sadəcə həmin filmin xatirəsinə bəzi personajlar saxlanılıb. Film Rəhmətlik Rəfael Dadaşov, Valeh Kərimov, Firəngiz Rəhimbəyova kimi heyəti təkrar bir araya yığmaqla, bir növ insanların yaddaşını yeniləmək idi. “Bəxt üzüyü -2” Vaqif Səmədoğlunun 80 illik yubileyi ərəfəsində çəkildi. Amma bu iki film yanaşı qoyularaq müqayisə edilməməlidir.
- O zaman belə anlayırıq ki, insanlar ad uyğunluğuna görə qeyri-ixtiyari müqayisə edir deyə köhnə film daha üstün olur...
- Bəli, elədir və bu müqayisə yalnışdır.
- Yetişməkdə olan gənc aktyor və aktrisaları necə qiymətləndirirsiniz?
- Gənclərə meydan verməyin tərəfdarıyam. Mənim o gənclərlə eyni filmdə işləməyim onlara yaşıl işıqdır. Mən də bir zamanlar İsmayıl Dağıstanlı, Hacıbaba Bağırov və Siyavuş Aslan kimi aktyorlarla eyni filmlərdə, tamaşalarda tərəf müqabili olmuşam, həm də onlardan nələrisə öyrənirdim. Gənclərə dəstək olmağı, onlara hamilik etməyi sevirəm. Amma bayağı, yaşına yaraşmayan hərəkətlər edən gənc aktyor və aktrisalarla nəinki tərəf müqabili olmuram, heç eyni verilişlərdə də iştirak etmirəm.
- Gənclərlə işləmək demişkən, bir ara “Bəşir” teatrı fəaliyyət göstərirdi. Həmin teatrın aqibəti nə oldu?
- Teatr 1995-ci ildən 2003-cü ilə qədər Azərbaycanda fəaliyyət göstərdi. Sonra mənim Rusiyada yaşayan yaxın dostlarım məsləhət gördülər ki, “Bəşir” teatrı Moskvada fəaliyyətini davam etdirsin və aktyorlar dəvətlə gətirilsin. Biz “Azərbaycanlıların Rusiyada sərgüzəştləri” tamaşasını səhnələşdirdik, çox da uğurlu alındı. Rusiyanın 63 şəhərini gəzdik, 8 xarici ölkədə olduq. Amma o enerji ilə davam etmək üçün fiziki güc lazım idi. Mütəmadi gedib-gəlmək və məşqlər... Orada heç vaxt arendaya verilməyən “Satira” teatrının rəhbərliyi bizə çox şərait yaratdı, həm də təmənnasız. Sonuncu əməliyyatdan sonra səhhətimlə əlaqədar mənə təyyarəyə minmək qadağan edilib. Hazırda teatrın direktoru, mühasibi, hüquqşünasından başqa teatr akademik məzuniyyətdədir. Bacarsam, davam etdirəcəyəm, yaşayaq görək.
- Yaratdığınız çoxlu obrazlar var, bəs ürəyinizdə qalan, ifa etməyə gecikdiyiniz obraz varmı?
- Ürəyimdə qalan sonuncu obrazımdır. Bir tamaşada 1937-ci ildə represiya zamanı zülm çəkən Azərbaycan qadınlarının ümumi obrazı olan AXC-nin Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlının həyat yoldaşını (Səlimə xanım obrazı –red.) canlandıracaqdım. Elə tamaşanın məşqləri gedirdi, pandemiya səbəbindən yarımçıq qalıb. Qorxuram ki, o rolu oynamasam, bu, mənim üçün çox çətin və ağır olar.
- Afaq Bəşirqızının pəncərəsindən həyat hansı janrda görsənir?
- Tragikomediya kimi görsənir. Qəribədir, gülməkdən də yorulmuşuq, ağlamaqdan da. Dünyada baş verən faciələrə baxıram, o qədər dərdim var ki... heç şəhidlərimin də 40-ı çıxmayıb. Beynəlxalq təşkilatlar da tez-tez ölkəmizdə qonaq olurlar, amma Qarabağ barədə dəyişən nəticə yoxdur, ancaq illər gedir.
- Afaq xanım, sizcə, ziyalı xalqın sözünü deməlidir, yoxsa dövlətin yanında olmalıdır? Əgər dövlət xalqın maraqlarına uyğun olmayan qərar verərsə, belə məqamda ziyalı nə etməlidir?
- Ziyalı xalqın gözü olan adamdır. Ziyalı var ki, xalq onun ardınca düşüb hara istəsə gedər. Ziyalı var ki, xalq içinə çıxanda daş-qalaq edilir. Bilirsiniz ki, mən baş verən neqativ hallara susmuram, hər zaman da sözümü deyirəm. Mən öz günahımı xalqın boynuna yıxıb, onları fəlakətə sürükləyən ziyalılardan deyiləm. Mən müharibə edirəm və mənimlə müharibə edirlər. Sual verim, Afaq Bəşirqızı mart ayının 1-də məgər Prezidentdən təkcə maaş istədi? Prezidentə “sizin verdiyiniz qərarları məmurlar öz şəxsi ambisiyalarına görə istifadə edirlər” demədim ki..? Prezidentə “sizin ətrafınızdakı məmurlar sizi aldadır” demədimmi..? Mən deyirdim ki, həyat yoldaşını 1-2 milyona “yığdıran” məmur Prezidentin ayırdığı maaşı düzgün hesablamadı. Mən incəsənətin problemlərindən danışdım, məgər teatr heyəti, muzey işçiləri, kitabxanaçılar, süpürgəçi, fəhlə - bunlar xalq deyil? Mən özüm üçün aydın olan sahənin dərdlərini danışdım. Niyə başqa sahəyə aid olan adamlar danışmırlar? Mən özüm üçün nəsə istədim? Afaq Bəşirqızının heç nəyə ehtiyacı yox idi axı. Bəlkə var idi? Xalqın sevdiyi sənətkarı gözdən salmağa çalışmaq mədəniyyətin çat verməsi və həmin xalqın bəlasıdır.
- Mart ayındakı həmin çıxışdan sonra sizə açıq təzyiqlər var?
- Mən deyərdim ki, son zamanlar açıq təzyiqlər var. Sosial şəbəkələrdə belə ədəbə uyğun olmayan sözlər işlədilir, qısaca, savaş kişi kimi getmir.
- Adam var, yaxşı sənətkardır, amma ziyalı deyil. Adam var, yaxşı ziyalıdır, amma sənətkarlığı zəifdir. Adam da var ki, hər ikisini özündə birləşdirib. Sizcə, Azərbaycanda sənəti ilə mövqeyi üst-üstə düşən ziyalılarımız varmı? Onların cəmiyyətdə yeri və rolu nə dərəcədədir?
- Deyə bilmərəm. Mən birlik olmanın tərəfdarıyam. Bilirsiniz, sənətkar danışa bilmir. Hamı maaş, pensiya, mükafat almır axı. Alan da nəyinsə xatirinə susur. Bəli, çünki başına gəlib - danışıb və itirib. Mövqelərini dəyişəni az görmüşük?
- Sizi hər zaman özünəməxsus mövqeyi olan sənət adamı kimi qəbul ediblər. Amma bəzən müstəqil mövqeyi olan, hökumətin bəyənmədiyi mövqe sərgiləyən ziyalılardan xoşu gəlməyib. Belə bir münasibətlə qarşılaşmısınızmı?
- Həmişə demişəm, mən ön cəbhədən qorxmuram. Bilirəm ki, ermənidir, satqındır və mənə tüfəng qaldırandır. Mən arxa cəbhədən qorxuram – satqınlardan yox, satılmışlardan qorxuram. Bunu mətbuatda çox demişəm, o vaxt mən Sumqayıt hadisələrinin səbəbkarı kimi göstəriləndə, akademik Aqanbekyan mənim həbsimi və güllələnməyimi çox istəyirdi. Aqanbekyan mənim öldürülməyim üçün durmadan erməni təşkilatlarına teleqram vururdu. Mən bu gün də susmuram, həqiqətləri deməkdən çəkinmirəm. Onlar mənim zəkama və gücümə bələddirlər, ona görə mənimlə açıq savaş etməkdən qorxurlar, dürüst deyillər.
- Avqustun 15-də doğum gününüzdür. Afaq Bəşirqızı özü üçün nə arzu edir?
- Zəng edib soruşurlar ayın 15-i harada olacaqsan, nə edəcəksən? Hələ şəhidimin 40-ı çıxmayıb, hələ müharibəni udmadıq nə ad günü? Ad gününü insan 18, 20, 25, uzağı 30 yaşında qeyd edər, mənim 65 yaşım tamam olur. Mənim qəbirdə rahat yatmağım üçün indi qələbəni gözləyən günümdür.
Xəbərin oxunma sayı : 6661
Müsahibə
Xəbərlər
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Nəsimi rayonunda mənzil qanunsuz olaraq obyektə çevrilib - FOTOLAR
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə
-
“8 Noyabr“ Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
TOP 10
ARXİV