Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Heydər Əliyev deyirdi ki, mənim yaratdığım partiya vaxtilə naxələf çıxıb” – Siyavuş Novruzov

Tarix 10.05.18, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


“Biri var Heydər Əliyevi görənlər, biri var onun haqda oxuyanlar, biri də var onun haqda eşidənlər.Biz onu görənlərik. Onun Azərbaycan üçün etdiyi xidmətlərin sayı hesabı yoxdu. Heydər Əliyev Azərbaycan xalqının nə düşündüyünü, nə fikirləşdiyini əzbər bilən insan idi. Bununla yanaşı o, çox ədalətli insan idi. Onun əsas prinsipi sosial ədalət idi. Həmin prinsip əsasında da fəaliyyət göstərirdi”.

Modern.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, vaxtilə Heydər Əliyevə qarşı Moskvada, Azərbaycanda yaşayanlar tərəfindən ədalətsizliklər olurdu.

“Amma bütün bunlara baxmayaraq, hər kəsə ədalətlə yanaşır, olanları bağışlayırdı. Heydər Əliyev isə ədalətsizliyə qarşı mübarizə aparırdı. O, mübariz idi. Amma wmummilli lider Heydər Əliyevi ağırıdan məsələ onun çörək verdiyi insanların sonradan xəyanət etməsi oldu. Onun vaxtilə çörək verdikləri bu Milli Məclisdə onun üzünə durmuşdu”.

S. Novruzov qeyd edib ki, Heydər Əliyev ümumbəşəri şəxsiyyətdir.

“O, bütün bəşəriyyət üçün çalışıb. Ümummilli lider partiya yaratmaq istəmirdi. Ona deyirdilər ki, partiya yarat. O deyirdi ki, mənim yaratdığım partiya vaxtilə naxələf çıxıb. Lakin sonradan əhalinin vəziyyətini gördükdən sonra YAP-ı yaratdı. Bu gün isə Yeni Azərbaycan Partiyası ulu öndərin əsasını qoyduğu siyasətin davam etidiriməsi istiqamətində əsaslı işlər aparır. Çünki bu siyasət Heydər Əliyev siyasi xəttidir. Bizim borcumuz müstəqil Azərbaycanın daimi olması üçün çalışmaqdır”.



Xəbərin oxunma sayı : 532




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap