Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əhliman Əmiraslanovun oğlunun başına Sloveniyada nə gəlib? – Nüanslar

Tarix 16.02.17, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Azər və Tapdıq Əmiraslanovlar barəsində ilginc məlumatlar yayıldı.

Son günlər millət vəkili, Azərbaycan Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanovun və onun oğlu Azər Əmiraslanovn adı ölkə mətbuatının gündəmindən düşmür.

365info xəbər verir ki, Bakı sakini Vüqar Yusif oğlu Bağırov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, Azərbaycan Tibb Universitetinin sabiq rektoru və millət vəkili Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun ona 1 milyon 534 min ABŞ dolları həcmində ziyan vurduğunu bildirib. Bu müraciətin mətni mətbuatda da dərc olunub:

“Cənab Prezident! Siz hər zaman öz çıxışlarınızda yerli sahibkarlığın inkişafına dəstək verməyin vacibliyini vurğulamısınız. Sizin bu dəstəyiniz Azərbaycanla məhdudlaşmamışdır. Siz digər ölkələrdə də fəaliyyət göstərən azərbaycanlı iş adamlarına daim qayğı və diqqət göstərmisiniz. Siz həmçinin dəfələrlə məmur və məmur övladlarının özbaşınalığına qarşı çıxmış, bu halların qəbuledilməz olduğunu təsdiq etmisiniz.

Mən Vüqar Yusif oğlu Bağırov Azərbaycan Tibb Universitetinin sabiq rektoru və millət vəkili Əhliman Əmiraslanovun oğlu, eyni zamanda qohumum olan Azər Əmiraslanov tərəfindən aldadılmışam. 2011-ci ildə mən Emin Hüseynov adlı iş adamıyla iş birliyinə başlamışdım. Onun təklif etdiyi bir sıra layihələrdə iştirak edirdim. Bu layihələr Türkiyə və MDB ölkələrini əhatə edirdi. Son layihənin həyata keçirilməsi üçün, mənim tərəfimdən Emin Hüseynova 3 milyon 500 min ABŞ dolları ayrılmışdı.



Lakin layihə ləngidiyi üçün, öz pullarımı geri istədim. Cavabında Emin Hüseynov bildirdi ki bu pullar onun qohumlarındadır. Problemimi Azər Əmiraslanova danışdıqda, o, mənə pulumun Eminin qohumlarından alınmasına, aramızda əldə olunan anlaşmaya əsasən vəd verdi. Azər Əmiraslanov həqiqətən də 2014-cü ildə Emin Hüseynovun qohumlarından mənə verilməli olan 3 milyon 500 min dolları ala bildi. Lakin mənə yalnız 2 milyon dollara yaxın pul verdi. Azər Əmiraslanov mənə çatacaq pulun qalan hissəsini – 1 milyon 534 min ABŞ dollarını isə mənimsədi. Mən ona qohumluğumuzu xatırladıb irad tutanda Azər Əmiraslanov dedi ki, qohumluq keçmişdə qalan anlayışdır, indiki zamanda hər kəs özü üçündür. Bu məsələyə mənim ailəm öz etirazını bildirdi. O belə cavab verdi: “Hambalınız vardı? Bacarırdınız, gedib özünüz alardınız, bu mənim haqqımdır, başqası işi daha da baha edərdi”.

Son görüşümüzdə Azər Əmiraslanov ondan pul istədiyim təqdirdə, məni tutduracağı ilə hədələdi. Mənim bibim oğlu olan Azər Əmiraslanov əvvəlcə mənə hər hansı faizdən, paydan söz açmamışdı.

Hörmətli dövlət başçısı! Sizdən xahiş edirəm, bu problemin tez bir zamanda həll olunmasında, mənim pullarımın özümə qaytarılmasında və mənim, həmçinin ailə üzvlərimin təhlükəsizliyini təmin etməkdə köməklik edəsiniz” (legion.az).



Emin Hüseynovun anası Lətifə Hüseynova da mətbuata açıqlamasında etiraf edib ki, A.Əmiraslanov V.Bağırovun pulunu tələb etməkdə qabağa düşüb: “Bu məsələdə Azər Əmiraslanov qabağa düşmüşdü, oğluma hədə-qorxu gəlirdi ki, səni elə edərəm, belə edərəm. Sonra tez-tez onun köməkçisi Vüqar Cavadov bizə zəng edir, pulu tələb edirdi. 1 milyon 700 min manatdan çox pulu bizim sürücü aparıb Azər Əmiraslanovun köməkçisi Vüqar Cavadova verdi.

Qalan pulu isə Azər Əmiraslanov yeznəm Arif Əsgərovdan aldı. Sonra öyrəndim ki, Azər Əmiraslanov bu pulun böyük hissəsini mənimsəyib. Mənim Vüqar Bağırovdan heç bir narazılığım yoxdur, çünki özünü bizə qarşı həmişə hörmətlə aparıb” (legion.az).

365info qeyd edir ki, A.Əmiraslanov haqqında iddialar bununla bitmək bilmir. 365info saytının redaksiyasına Əmiraslanovlar barədə maraqlı məlumatlar daxil olub.



Belə ki, Bakı şəhərində 060 rəqəmi ilə bitən avtomobil nömrələrinin əksəriyyətinin onlara məxsus olduğu deyilir. Mənbənin məlumatına görə, Səməd Vurğun küçəsi ,230 D ünvanında yerləşən “A Club” da Əmiraslanovların əyləncə yerinə çevrilib: “Hətta “A Club”un 12-ci mərtəbəsində Azər Əmiraslanovun güzgülü əyləncə evi də var. Baxmayaraq ki, əyləncə evinin altında, yəni 11-ci mərtəbədə Azər Əmiraslanovun dayısı yaşayır. Sonra “Olimpik Star”ın yaxınlığında yerləşən “Şam” restoranının qapısı ilə üzbəüz Xan Şuşinski 158-də üçmərtəbəli villa da Əmiraslanovlara məxsusdur. Həmin villada hətta Əhliman Əmiraslanov işgüzar görüşlər keçirir. Çünki deyilənə görə, həmin obyektlərdə xüsusi tədbir keçirilib və juçok,səs dinləyən aparatların olub-olmamağı yoxlanılıb ki, iş adamları ilə rahat görüşlər keçirilsin.



Redaksiyamıza daxil olan məlumata görə, “ A Club ”da sıravi vətəndaş-müştəri gedib kotlet sifariş etsə, ona rədd cavabı veriləcək. Çünki həmin obyektdə okean balıqları verilir, özü də imkanlı şəxslərin sifarişi ilə. Bir sözlə, “ A Club ”da yoldan keçənə yer yoxdur, ancaq Əmiraslanovların çevrəsi orda oturub istirahət edir, necə deyərlər ictimaiyyətin gözündən qıraq yerdə “asudə vaxt” keçirir. Sonra əylənmək istəyəndə, elə “ A Club ”un 12-ci mərtəbəsində əylənmək üçün hazırlıq görülür. Baxmayaraq ki, 11-ci mərtəbədə Azər və Tapdıq Əmiraslanovların dayıları yaşayır. Misal üçün, “Azər-Türk” klinikası da Azər Əmiraslanova məxsusdur, ancaq oranı onun koməkçisi Vüqar Cavadov işlədir. Azər Əmiraslanov kimlərəsə pul buraxıb maliyyələşdirəndə, Vüqar Cavadov həmin işdə xüsusi rol oynayır.



Misal üçün, deyilənlərə görə, Tapdıq Əmiraslanov Amerikada təhsil alaraq, orda dindar qardaşlarla ünsiyyətdə olub. Ancaq ABŞ-da təhsil alaraq həmin təhsil ocağı ilə paralel BDU-da da təhsil almağı barədə məlumat var. 



Deyilənlərə görə, bu şəxsin Amerikada ola-ola BDU-da imtahanlarda qiymət almasında Azər Əmiraslanovun müstəsna rolu olub. Hazırda isə Tapdıq Əmiraslanov FHN-də Kəmaləddin Heydərovun müavinlərindən biridir… İndi isə keçək yenidən Azər Əmiraslanovun özünü iş adamlarına bənzətmək məsələsinə. Mənbə bildirir ki, onun Dübəndidə bağ evi var və Dübəndi ilə onu bağlayan bir bağ evi deyil. “Bu şəxs pomidor, brilliant,ölkəyə qida məhsulları gətirən alverçilərlə də şərikdir. Azər Əmiraslanov “Patchi” şokolad şirkətinin sahibi İkram Hacıyevnən də biznes ortağı olub. Ancaq sonradan ortaqlığa son qoyulub”, – deyə məlumatda bildirilir.

Qarşı tərəfin fikrini öyrənmək üçün dəfələrlə Azər Əmiraslanovun köməkçisi Vüqar Cavadovla əlaqə saxlasaq da, o, bizimlə danışmaq istəmədi.

Mənbə: 365info




Xəbərin oxunma sayı : 2719




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap