Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əhməd Əhmədzadə sabiq deputatı 200 min dollar zərərə salıb: “Hər dəfə zarafata salıb deyir ki...“

Tarix 20.01.19, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


"İndi də Əhməd Əhmədzadənin Avropadakı mal mülkü haqqında məlumatlar yayırlar. Mənim isə yadıma 15 il əvvəlki hadisələr düşür".

Mia.az xəbər verir ki, bu sözləri sabiq deputat Nazim Bəydəmirli sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Əhməd Əhmədzadənin hikkəsi üzündən vaxtı ilə  200 min dollar zərərlə qarşılaşıb: 

"Hörmətli Əhməd müəllimin hikkəsi və təsiri səbəbindən mənə 2003-2004 cü illərdə 200 min dollardan çox ziyan dəyib. İnvestisiya qoyduğum "Meliorasiya və Su Təssərrüfatı" ASC-nin Əli-Bayramlı (indiki Şirvan) şəhərindəki zavodunu məhkəməyə versəm də, məhkəmə analoqu olmayan qərar verib. Qərara əsasən, qoyduğumuz vəsaitin 25 min manatı və avadanlıqların bir hissəsi geri qaytarılmalı idi. Ancaq o pulu da indiyə qədər ala bilməmişəm...".

Sabiq deputat yazır ki, hətta deputat olan vaxtı bu barədə bir neçə dəfə Əhməd Əhmədzadəyə xatırlatma edib: "Lakin o, zarafata salıb deyirdi ki, "sən varlı adamsan, neyləyirsən o xırda pulu. Get, o direktordan al". Direktor Muxtarov da and-aman edirdi ki, mənlik deyil, Əhməd müəllimlikdir".

Sabiq deputat sonda belə sual edib: "Bu dünyada halallıqdamı yoxdur?".



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap