![]() |
|

61.jpg)
05.jpg)
841.jpg)


021.jpg)
898.jpg)

399.jpg)
608.jpg)
 (2)5.jpg)

841.jpg)
Əhməd Davudoğlu Ərdoğana qarşı üsyan bayrağını qaldırdı - Təhlil
Tarix 23.04.19, 0:12 |
|

Türkiyənin sabiq baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş lideri Əhməd Davudoğlu uzun müddət davam edən səssizliyinə son qoydu. Bu gün o, özünün sosial media hesabları vasitəsilə əhatəli açıqlama ilə çıxış etdi. Buna şərti olaraq "Əhməd Davudoğlunun aprel manifesti” də demək olar.
Keçmiş hökumət başçısı Türkiyənin və AKP-nin hazırkı durumunu geniş təhlil edir və çıxış yolları göstərir. O, yazının giriş hissəsində hazırda Türkiyədə hökm sürən daxili gərginliyə işarə edərək bildirir ki, öz içərisindəki qarşıdurmaları bir yana qoyaraq zamanın ruhuna uyğun vizyon müəyyənləşdirən ölkələr önümüzdəki onillərə, hətta əsrlərə damğa vuracaq gücə qovuşacaq, qısır daxili gərginliklərdə enerjisini tükədən ölkələr isə tarixi inkişafdan geri qalacaqlar. Professor Davudoğlu xatırladır ki, 2000-ci illərin əvvəllərində AKP məhz zamanın ruhunu və millətin dəyərlərini qavrayan bir vizyonla iqtidara gələrək demokratikləşmə və iqtisadi inkişafa nail olub, ölkənin beynəlxalq nüfuzunu artırıb. Lakin 2013-cü il Gəzi olayları ilə başlayan, 17-25 dekabr 2013-cü il hadisələri (AKP və fətullahçıların ilk toqquşması) ilə davam edən, PKK-nın çuxur taktikası ilə təhlükəli səviyyəyə yüksələn və 15 iyul 2016-cı ilə çevriliş cəhdi ilə zirvəyə çıxan daxili gərginliklər Türkiyəni vizyoner və reformist siyasətdən reaksioner və müdafiə mövqeyinə sürükləyib. Davudoğlu son 3 il ərzində öz narahatlıqlarını və təkliflərini həm şifahi, həm də yazılı şəkildə prezident Ərdoğana çatdırdığını və bunları ictimaiyyətə açıqlamadığını söyləyir. Onun fikrincə, 31 mart seçkiləri və ondan sonra yaşananlar ölkənin gələcəyi ilə bağlı açıq, şəffaf müzakirənin aparılmasını zəruri hala gətirib.
Əhməd Davudoğlu hesab edir ki, prezident üsul-idarəsi gözləntiləri doğrultmayıb və hakimiyyətin bölünməsi (qanunverci, icra, məhkəmə) prinsipini zədələyib, nəzarət-balans mexanizmlərini sıradan çıxarıb, bu səbəblə yeni Konstitusiya layihəsi hazırlanmalı və sistem dəyişməlidir. O, son vaxtlar ölkə rəhbərliyinin beka (mövcudluq) təhlükəsini ön plana çıxarması ilə razılaşmır, Osmanlının quruluş illərində yaşamış mütəfəkkir Şeyx Edebalidən misal gətirərək insanı və onun təməl haqlarını nəzərə almayan, yaxud ikinci plana atan heç bir dövlətin uzun yaşamayacağını, AKP-nin əvvəllər bütün təbəqələri əhatə edən, qucaqlayan və dövlətin gələcəyindən əminliyini ifadə edən ritorikasının beka əndişələrinə əsaslanan və status-kvonu dəstəkləyən ritorika ilə əvəzləndiyini deyir. Davudoğlu bəyan edir ki, beka narahatlığı demokratiyanı təxirə salmaq üçün əsas verə bilməz, əksinə, dövlətin bekasının təməli demokratik legitimlikdir.
Sabiq baş nazir ad çəkmədən prezident Ərdoğanı da hədəf alır. Qeyd edir ki, son dönəmlərdə təvazökarlıqdan uzaq təkəbbürlü bir dil üstün olmağa başlayıb, AKP daxilində məsləhət-məşvərət anlayışı tamamilə aradan qalxaraq bir nəfərin rəyi hegemon olub. O, partiyanın daxilində paralel yapı olduğunu və onların partiyanın seçkili orqanlarını qərarların qəbulundan kənarlaşdırdığını diqqətə çatdırır. Davudoğlu burada şərti olaraq "Pelikan” adlandırılan qrupu nəzərdə tutur. Bu qrup onun baş nazir və AKP liderliyindən uzaqlaşdırılmasında mühüm rol oynayıb və hazırda iqtidar mediasında, eləcə də sarayda ciddi təsir gücünə malikdir. Nepotizmə diqqət çəkən sabiq baş nazir hakim ailənin və onun çevrəsinin dövlət üzərində təsirini də tənqid edir.
Davudoğlu MHP ilə yaradılan Cumhur İttifaqına açıq şəkildə qarşı çıxır, bu ittifaqın AKP-yə zərər verdiyini, partiyanın özünü MHP-nin dar siyasi ritorikasına həbs etdiyini, sahilyanı zonalardan qoparaq İç Anadolu və Qara dəniz bölgələrinə doğru gerilədiyini, burada isə üstünlüyün MHP-yə keçməyə başladığını vurğulayır. O, İstanbul seçkilərini və son günlər baş verən hadisələri nəzərdə tutaraq qutudan kim çıxarsa çıxsın, qazanan tərəfin xalq və demokratiya olduğunu, bu nəticəyə hörmət göstərilməsinin zəruriliyini, müxalifətin düşmənləşdirilməsinin yanlış olduğunu bildirir, CHP lideri Kamal Kılıçdaroğluna hücumu qınayır.
Türkiyədəki iqtisadi böhrana toxunan Əhməd Davudoğlu hesab edir ki, böhranın təməlində iqtisadiyyatın idarə edilməsindəki nöqsanlar dayanır. Keçmiş hökumət başçısı iqtisadi sahədə alınan qərarların gerçəklikdən uzaq, bazar iqtisadiyyatı qaydalarına və iqtisad elminin qanunlarına zidd olduğunu vurğulayaraq ad çəkmədən prezident Ərdoğanın kürəkəni Berat Albayrakı hədəf alır. Onun sözlərinə görə, iqtisadi idarəetməyə inam itib, bu güvən bərpa olunmadan böhrandan çıxmaq mümkün olmayacaq. Davudoğlu bununla faktiki olaraq, xəzinə və maliyyə naziri, iqtisadiyyatı idarə edən B.Albayrakın vəzifədən kənarlaşdırılmasını təklif edir. İqtisadi inkişafa nail olmağın əsas şərtləri kimi o, hüququn aliliyinin, məhkəmə müstəqilliyinin təmin olunmasının önəminə diqqət çəkir.
Bundan sonra nə olacaq?
Əhməd Davudoğlu təcrübəli siyasətçidir və prezident Ərdoğanı çox yaxşı tanıyır. O, irəli sürdüyü irad və təkliflərin, səsləndirdiyi tənqidlərin Ərdoğanın xoşuna gəlməyəcəyini və dərhal rədd ediləcəyini bilir. Hətta bu mövqeyinə görə hücumlara, həqarətlərə məruz qalacağını da anlayır. Belə olan halda, bu geniş açıqlamanın məqsədi nədir?
22 aprel manifestini əslində Davudoğlunun quracağı və yaxud rəhbərliyində yer alacağı yeni siyasi partiyanın vizyon sənədi, onun proqramının əsas ştrixləri kimi qiymətləndirmək olar. Abdulla Gül, Əhməd Davudoğlu və Əli Babacan başda olmaqla, AKP daxilindəki küskünlərin yeni siyasi partiya formalaşdırmağa başladıqları barədə söz-səhbətlər son aylar Ankara kulislərində geniş yayılıb. Əlbəttə ki, iqtidar partiyasından istefa verib, yeni siyasi partiya quruculuğuna başlamağı AKP-nin üzv və tərəfdarlarına izah etmək, bu addımı inandırıcı şəkildə əsaslandırmaq lazım gələcək. Bugünkü açıqlama məhz bu ehtiyacdan doğur. Böyük ehtimalla Davudoğlu partiya daxilində kifayət qədər mübarizə apardığını, amma irad və təkliflərinin nəzərə alınmadığını, AKP-dən ayrılmaqdan başqa yolunun qalmadığını söyləyərək AKP-dən istefa verəcək və öz siyasi layihəsinin icrasına başlayacaq. Hələlik onun Gül və Babacanla bərabər hərəkət edib-etmədiyi məlum deyil. Gül-Babacan cütlüyünün də partiya yaratmaq üçün çalışmalara başladıqları məlumdur. Davudoğlunun onlara qoşulması da, öz partiyasını yaratması variantı da istisna olunmur. Önəmli detallardan biri də budur ki, adı şəkilən şəxslər birmənalı olaraq avrointeqrasiyanın tərəfdarıdır və Qərbin siyasi-maliyyə çevrələri ilə yaxın münasibətlərə malikdir. Gül və Davudoğlu tez-tez beynəlxalq konfranslara dəvət olunur və orada nitq söyləyirlər. Təxmin etmək çətin deyil ki, Qərb Ərdoğanın zəifləməsində və Türkiyədə mühafizəkar-demokrat platformalı yeni qərbyönümlü siyasi partiyanın formalaşmasında maraqlıdır. Bu səbəblə, Gül-Davudoğlu-Babacan triosunun asanlıqla Qərbin siyasi dəstəyini alacağını, hətta aldığını qeyd edə bilərik. Əslində Türkiyədəki gedişat – iqtisadi böhranın dərinləşməsi də ölkəni Qərblə münasibətləri düzəltmək məcburiyyəti qarşısında qoyur. Çünki Türkiyənin böyük miqdarda kapitala ehtiyacı var, bu kapitalın mənbəyi isə Qərbdən başqası deyil.
31 mart 2019-cu il bələdiyyə seçkiləri Türkiyədə yeni siyasi mərhələnin əsasını qoydu. Prezident Ərdoğan bu seçkilərdə uduzmasa da, onun "zirehi” deşildi və heç də məğlubedilməz olmadığı aydınlaşdı. Artq Türkiyədə heç nə əvvəlki kimi olmayacaq.
Şahin Cəfərli, politoloq
abzas.org
Xəbərin oxunma sayı : 844
loading...
Analiz
Xəbərlər
-
“Kompensasiya məsələsinə baxılacaq”- İcra başçısı
-
Gürcüstan-Azərbaycan sərhədində insident: istintaq başlayıb
-
Füzuli Diaqnostika Mərkəzində “od tutub yanan” analiz qiymətləri – SİYAHI
-
“İncirlikdəki, Kürəcikdəki hərbi bazaları bağlaya bilərik” - Türkiyə XİN başçısı
-
“EuroHome”da yanğın:istintaq qrupu yaradıldı
-
Əli Həsənov və Hacıbala Abutalıbov YAP-ın tədbirində - FOTOLAR
-
“Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq” – Fuad Nağıyev
-
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb – DİN açıqlama yaydı
-
İcra başçısı müavinini Milli Məclisə göndərir - Gülarə Verdiyeva namizəd olacaq?
-
“YAP-ın namizədlər siyahısında tanınmış simalar olacaq“ - İcra katibi
-
Mikayıl Cabbarovdan qərar: İcrasına şəxsən özü nəzarət edəcək
-
İcra hakimiyyətinin şöbə müdiri ölkədən qaçdı - Açıqlama
-
“50 qram araq içən ürəkdən oxuyur“ - Sevda Ələkbərzadə
-
“EuroHom“da mağazaları yanan sahibkarlar aksiya keçirir - VİDEO
-
Müsavat seçkiyə bu namizədlərlə gedir: Eks-deputatlar, professorlar, jurnalistlər, politoloqlar...
-
Ramiz Mehdiyev kadr islahatları haqda: “Yeni idarəçilər elitası formalaşır”
-
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub – Müdafiə Nazirliyi
-
“Türkiyə Liviyaya qoşun göndərə bilər” - Ərdoğan
-
Ər arvadının başını kəsdi - Qəbələdə
-
Dadaşlinski nəhayət baş katibi danışdırdı: "Cinayətin qarşısını alırıq..." (VİDEO)
-
Lavrovla Pompeo görüşdü – Qapalı müzakirədə nələr olunub?
-
Afaq bu dəfə ayaqlarını və sinəsini nümayiş etdirdi - FOTOLAR
-
Fərhad Əhmədov Azərbaycan siyasətinə girir - Nəyə iddia edəcək?
-
Çempionlar Liqası: Növbəti 1/8 finalçılar bəlli oldu
-
Emili yenə soyundu - Fotolar
-
PSJ Neymarı satmağa hazırdır – Qiymətini aşağı saldı
-
Bakıda dəhşətli hadisə - “Shacman“ iki tələbəni vuraraq öldürüb
-
Trampa qarşı ittihamlar yalandır - Ağ Ev
-
Bakıda avtobusa hücum olub: sürücü döyülüb, nəqliyyat vasitəsinin şüşəsi sındırılıb
-
Erkin Qədirli fikrini dəyişdi, seçkilərə qatılır - Amma şərtləri var
-
Ərdoğan ABŞ və Rusiyadan narazılıq etdi, Makrona mesaj verdi:“Onlar bu günədək qarşılarında dik duran lider görməyib”
-
İranda qrip təhlükəli həddə çatıb, ölənlərin sayı artıb – Əyalətdə məktəblər bağlanıb
-
Naxçıvanda səhiyyə işçilərinin maaşı 50 faiz artırıldı- SƏRƏNCAM
-
Azərbaycan Azad Respubliaçılar Partiyası Seçkilərə start verdi
-
ABŞ Nümayəndələr Palatası toplanır- Demokratlar Trampa impiçment elan edəcəklər
-
Başqasının yerinə imtahan verənlər cəzalandırılacaq – Konstitusiya Məhkəməsi qərar verdi
-
İordaniyanın Kralının Azərbaycana rəsmi səfəri başa çatdı – Yaqub Eyyubovla Xələf Xələfov II Abdullahı yola saldılar
-
“Kuklaoynadanlardan qurtulmuşuq...” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
-
Polisə tabe olmayıb, özünü bıçaqladı – Avtomobilindən görün nələr çıxdı
-
“Açıq geyindiyimə görə, məni alan olmayacaq” – Türkan Vəlizadə – VİDEO
-
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? - Təəccübləndirən rəqəm
-
İrandan ABŞ-a açıq mesaj:“Biz hazırıq”
-
Bir neçə çayda su laboratoriyaları qurulub - Nazir
-
Milli Şuradan bəyanat verdi - Parlament seçkisində iştirak etməyəcək
-
Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ
-
Dünya silah istehsalında böyük artım: Türkiyə də ilk 100-lükdə
-
İbrahimoviç “Bolonya“nın təklifini rədd etdi - Başqa seçim edib
-
Azərbaycandan Suriya və İraqa 1477 nəfər gedib - Onlardan 903 nəfəri ölüb və ya itkin düşüb
-
Fövqalədə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi
-
Prezident İlham Əliyev İordaniya Kralı ilə işçi nahar edib – FOTO
-
Üç rayon üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək - Səyyar qəbul
-
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub – FOTO
-
“Normandiya dördlüyü”: liderlər Ukrayna ilə bağlı razılığa gəldilər
-
İordaniyanın Kralı Azərbaycana gəldi – II Abdullahın qarşılanma mərasimi olub
-
Bakıda polis əməliyyatı: ana və azyaşlı uşaqlarını vurub qaçan sürücü saxlanıldı
-
“Azərbaycanda alternativ enerji mənbələri mövcuddur”- Nazir müavini
-
YAP İdarə Heyəti iclas keçirdi – Növbədənkənar seçkilərdə iştirakla bağlı qərar verildi
-
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
-
Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar
-
Azərbaycanlı modeldən Dubayda seksual FOTOSESSİYA - VİDEO
-
Fazil Mustafa namizədliyini irəli sürdü – BQP seçkidə iştirak qərarı verdi
-
“Əbu Bəkr məscidi yenidən açılacaq“ - Dövlət Komitəsi
-
“Azərbaycanda indiyədək 2 milyard tondan çox neft hasil edilib”- Rövnəq Abdullayev
-
Xəzər dənizinin suyu İran səhralarına daşına bilər - Ambisiyalı layihə
-
“Fəaliyyətimizi gücləndirəcəyik“ - Ombudsman Səbinə Əliyeva
-
“EuroHome“ Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb” - Nazir müavini
-
Vasif Talıbov öz yerinə oğlunu gətirir? – İddialar...
-
“Türkiyə “S-400”dən imtina etməyəcək”- Ərdoğan
-
“EuroHome” tikinti bazarında güclü yanğın: 3 helikopter və təyyarə cəlb olunub –FHN-dən açıqlama
-
Ermənistan atəşkəs rejimini yenə pozub – Müdafiə Nazirliyi
-
Polisə tabe olmayıb, özünü bıçaqladı – Avtomobilindən görün nələr çıxdı
-
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” (VİDEO)
-
“Qarabağ”ın qış transferləri - Kimlər gedir, kimlər gəlir?
-
Nazirin bacanağının şirkəti FHN-nin 459 min manatlıq tenderinin qalibi oldu - FOTO
-
Ukraynada azərbaycanlıların dəstəyi ilə tikilən müasir uşaq bağçası kompleksi istifadəyə verilib - FOTOLAR
-
ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı
-
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT – Odunla döydü, bıçaqladı və diri-diri yandırdı
-
Azərbaycan nefti bahalaşıb – Qiymət
-
Rüsvayçılıq: Əmisi oğlunun ARVADINI QAÇIRTDI, özünü bıçaqladı - Beyləqanda QALMAQAL
-
“Suriyada 1 milyon qaçqının məskunlaşması üçün hazırlıq görülür” – Ərdoğan
-
“Öz reklamıma görə evli kişi ilə münasibətə “hə” deyərəm” - Azərbaycanlı aparıcı – VİDEO
-
Azarkeşlər stadionu dağıtdı, polis qumbara atdı - VİDEO
-
Amansız işgəncə verilən uşaqlarla bağlı Dövlət qurumundan münasibət: “Dünən bilmişik ki...”
-
Ölümcül mikroblar daşıyan bu məhsullar Azərbaycana da yol tapıb? – Gömrük susur
-
12 saylı Qax seçki dairəsindəki məntəqələrdə qohumluq şəbəkəsi – Siyahı
-
Naziri narahat edən rəqəmlərin səbəbkarı kimlərdir? - “Pulu, adamı varsa...”
-
Yeni Suraxanıda daxili yolların təmirinə 7,8 milyon manat ayrılıb - Sərəncam
-
Nigar Camal millimizin futbolçusu ilə... - VİDEO
-
Rusiya CAS-a gedir - Dopinq qalmaqalı
-
Kirayə mənzil ala bilmək üçün - ən çox verilən suallara cavab
-
Fazil Məmmədovdan xəbər VAR - “Bakıda öz biznesilə məşğuldur“
-
Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib - SƏRƏNCAM
-
“Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı yoxdur” – İlqar Məmmədov
-
“Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı“ - Bakıda şok olay - VİDEO
-
Gömrükdən şok addım: müəllifə məxsus “İhaneti effetmeyen kadın“ kitabı ölkəyə buraxılmadı
-
Azərbaycana səfər edən çinlilərin sayı 63 faizdən çox artıb – Dövlət Turizm Agentliyi
-
Rusiya indiyədək Azərbaycana 4,9 milyard dollar sərmayə yatırıb – Şahin Mustafayev
-
Vasif Talıbov da erkən seçkiyə getdi - Naxçıvanda Ali Məclis buraxıldı
-
Ərdoğan Makronu tənqid etdi - “Qarşımda susur“
-
Qardaşı arvadını kəndirlə boğdu – Ağsuda namus cinayəti
-
Ötən il dünyada rekord miqdarda silah-sürsat satılıb - Rəqəmlər açıqlandı
-
Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalanıb – Bakıda
-
Kişi 15 yaşlı qıza təcavüz etdi – Abşeronda şok olay
-
Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq – Ceyhun Bayramov
-
Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi – Etiraz notası hazırlanır
-
Toyda azərbaycanlı rəqqasəni döydülər: Evli kişini yoldan çıxardığına görə - VİDEO
-
İran ABŞ sanksiyalarına qarşı “müqavimət büdcəsini“ açıqladı - 39 milyard dollar
-
İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal - “Bir şəxs ki, siyasi tacir statusu ala...“
-
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı - İddia
-
Ceyhun Bayramov imtahanlarla bağlı əmr imzaladı - Rektorlara tapşırıq verildi
-
Füzuli Diaqnostika Mərkəzində Şaiq – Vüqar – Lalə “trio”su
-
Xırdalanda güclü partlayış: Xəsarət alanlar var
-
Səudiyyədə daha bir qadağa aradan qalxdı – Qadınlarla bağlı...
-
YAP namizədlik üçün kriteriyaları açıqladı? - Kimlər uyğun gəlir?
-
“Nazirlik bu il 81 min nəfəri işlə təmin edib“ - Sahil Babayev
-
Nərimanov rayonunda skinlərlə növbəti səyyar qəbul keçirilib - Fotolar
-
Elnur Aslanov siyasi meydana qayıdır – PA, yoxsa Parlament?
-
Məktəblərdə verilən qanunsuz attestatlar: “Bəzi direktorlar ...“
-
İcra başçısının 1 milyon manatlıq tender “qazanan” qohumu DOST-dan maaş alırmış - SƏNƏD
-
Tanınmış futbolçunun bacısının intiharı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI
TOP 10
ARXİV