Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əhmədzadənin polkovnik kürəkəninin inanılmaz sərvəti: Minlərlə evi, şadlıq sarayları, otellər…

Tarix 22.01.19, 1:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın istiqlalının əleyhinə səs vermiş Ali Sovetin sabiq deputatı, 25 ildən artıq bir müddətdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olan Əhməd Əhmədzadənin yaratdığı geniş biznes şəbəkəsi ilə bağlı məlumatlar yayılmaqdadır. Bu məlumatlarda Əhmədzadənin  Qaxdan İngiltərəyə uzanan biznes imperiyasında saysız-hesabsız şirkətlərin və otellərin olduğu əksini tapıb.

AzToday.az xəbər verir ki, araşdırma yazılarında nazir statuslu Əhməd Əhmədzadənin ailə üzvlərinin və yaxın qohumlarının adına çoxsaylı şirkətlər olduğu bildirilir.

Əhmədzadənin belə qohumlarından biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri işləyən İlham Rəcəbovdur. Polis polkovniki İlham Rəcəbov Əhməd Əhmədzadənin qızının həyat yoldaşıdır.

Sirr Şirniyyat ile ilgili görsel sonucu
AzToday.az-a daxil olan məlumatda bildirilir ki, İlham Rəcəbovun təkcə Bakıda minə yaxın evi var.  Həmçinin, polis polkovniki şadlıq saraylarına, otellərə və başqa biznes obyeklərinə də sahibdir. Bundan başqa Bakıda məşhur Sirr Şirniyyat şəbəkə evləri də İlham Rəcəbova məxsusdur.  Quba və Qax rayonlarında da obyektlərə sahib olan İlham Rəcəbovun biznesinin və sahib olduğu əmlaklarının böyük hissəsi qızı Səba Rəcəbovanın adına olduğu deyilir.

Maraqlıdır ki, DYP-də şöbə müdiri işləyən və qaynatasının hesabına geniş biznes şəbəkəsinə sahib olan İlham Rəcəbovun polis sistemində də mənfi imici var.

İlham Rəcəbovun məxsus olduğu geniş biznes şəbəkəsi ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Murad Əhmədov





Xəbərin oxunma sayı : 1687




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap