Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Holcim Azərbaycan”ın qalmaqallı direktoru işdən qovuldu - FOTO

Tarix 28.11.19, 20:36

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər medianın diqqət mərkəzində olan, distributorlara, payçılara külli miqdarda ziyan vurmaq xəbərləri ilə gündəmə gələn "Holcim Azərbaycan” ASC-nin rəhbərliyində kadr dəyişikliyi olunub.

BakuPost xəbər verir ki, şirkətin marketinq, satış və logistika üzrə direktoru Anar İsmayılov işdən qovulub.

Bildirilir ki, istər payçıların narazı salınmasında, istərsə də distributorlara külli miqdarda ziyan vurulmasında Anar İsmayılov əsas rol oynayıb. Onun işdən qovulması da həm bu narazılıqlarla, həm də ciddi maliyyə yeyintilərinin üstünün açılmasıyla bağlı olub. Digər xəbərə görə, distributorların şikayəti əsasında hüquq-mühafizə orqanlarında araşdırmalar aparılıb və Anar İsmayılov dindirilib. Bu dindirilmə zamanı şirkətdə ciddi qanun pozuntularının olduğu təsdiqini tapıb.


Qeyd edək ki, distributorların şikayətində bildirilirdi ki, 2018-ci ilin avqustunda zavod direktoru Frederik Guimbal, Anar İsmayılov, Elnur Qurbanov və distributorlar arasında keçirilmiş görüşdə satış sisteminin dəyişdiyi, bundan sonra icra olunmuş plana görə bonus hesablanmayacağı deyilib.

Bununla da distributorlara xeyli maddi ziyan vurulub. Sonradan məlum olub ki, Anar İsmayılov və Elnur Qurbanov həmin məbləği özləri mənimsəyib.

İddiaya görə, daha sonra distributorlara müxtəlif vasitələrlə daha ciddi maddi ziyanlar vurulub:

1. 2019-cu ilin aprel və iyun aylarında rəqib zavodlarla eyni qiymətə mal satılıb və distributorlara əvəzi ödəniləcəyi vəd edilsə də, ödənilməyib.
2. Anar İsmayılov 2019-cu ilin avqust ayında distributorlarla görüşmüş və dəymiş ziyanın məbləğini müəyyən edərək ödəniləcəyinə söz vermiş, lakin sonda ödənməmişdir. Ümumilikdə distributorlara dəymiş ziyanın məbləği 832 891 AZN təşkil edir.

Məsələ ilə bağlı daha bir sensasion məqam isə işə kriminal dəstə üzvlərinin qarışmasıdır. Məlumata görə, adları açıqlanmayan dəstə üzvləri distributorları silahla təhdid edərək, dəymiş ziyanın ödənilməyəcəyini bildiriblər. Lakin distributorlar isə Azərbaycan Respublikasının oğru qanunları ilə deyil, dövlət qanunları ilə idarə olunduğunu bildirmişlər.

Yayılan məlumatlarda bildirilirdi ki, Anar İsmayılovun bu əməlləri barədə sonradan zavod direktoru olan Frederik Guimbala da ətraflı məlumat verilib. Lakin Frederik Guimbal işə laqeyd yanaşıb.

Xatırladaq ki, “Holcim Azərbaycan”la bağlı şikayətlər, narazılıqlar təkcə distributorlara bağlı deyil.

Zavod səhmdarların dividentlərini verməkdən imtina edir və bu, böyük narazılığa səbəb olub. Hətta bir neçə gün əvvəl səhmdarlar aksiya da keçiriblər . Onlar bölüşdürülməmiş 94 885 000 manat dividenti tələb edirlər.

Qeyd edək ki, “Holcim Azerbaijan” (Qaradağ Sement zavodu) 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.





Xəbərin oxunma sayı : 721




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap