Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Holcim”in İŞİD-ə pul ödədiyi üzə çıxdı – Şirkət rəhbəri istefa verdi

Tarix 25.04.17, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


“LafargeHolcim Group” 2012 və 2014-cü illərdə Suriyada fəaliyyətini davam etdirmək üçün İŞİD terror təşkilatı və bəzi silahlı qruplaşmalara pul ödəyib. 

“APA-Economics” xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Nəşrin iddiasına görə, şirkət daxili araşdırmaların nəticəsi olaraq şirkət baş icraçı direktoru Erik Olsen (Eric Olsen) istefa verib.

“Şirkətin bəzi əməkdaşları etiraf ediblər ki, nəhəng sement istehsalçısı Suriyanın Cələbiyə adlanan ərazisində yerləşən zavodun təhlükəsiz fəaliyyət göstərməsi üçün bəzi “qəbuledilməz razılaşmaları” qəbul edib”, – deyə məlumatda qeyd edilib.

Fransa mətbuatına danışan şirkətin bəzi əməkdaşları isə bildirib ki, qeyri-qanuni ödənişlərin bir qismi birbaşa olaraq İŞİD-ə göndərilib, əvəzində terror təşkilatı zavodun təhlükəsizliyini təmin edib.

Qeyd edək ki, “Holcim (Azərbaycan)” (keçmiş “Qaradağ Sement”) “LafargeHolcim Group”un törəmə müəssisəsidir.

“Holcim (Azərbaycan)” ASC-də səhmdarların pay bölgüsü bu cürdür: “Azərbaycan İnvestisiya Şirkəti” (10%), “Holcim LTD” (69,4%), Avropa Yenidənqurma və Yenidənqurma Bankı (10%) və yerli investorlar (10,6%).



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap