Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Hom Paş Prestij” qurbanları təşvişdə : məhkəmə, fırıldaq

Tarix 12.03.18, 1:05

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın “Xətai” metrosu yaxınlığında inşa olunmuş “Hom Paş Prestij” tikinti firmasından mənzil almaq olduqca risklidir.

AzEuroNews.com xəbər verir ki, şirkət sahibi ilə şəriki arasındakı məhkəmə çəkişməsi payçıları təşvişə salıb. Artıq sosial şəbəkədə hüquqlarının müdafiəsi ilə bağlı səhifə təsis ediblər.

Ev alanlar əndişə içində

2008-ci ildə Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq hündür mərtəbəli bina tikintisinə başlayıb.

“Hom Paş Prestij” qurbanları təşvişdə : məhkəmə, fırıldaq – Reportaj

Həmin yaşayış binası “Xətai” metrosu ilə üzbəüz yerləşir. MTK-dan mənzil alanlar nə evlərinə köçə bilirlər, nə də siyahıyaalınma prosesi tam müəyyənləşib. Çünki audit yoxlaması ilə bağlı evlərin siyahısı düzgün aparılmalıdır.

İlk növbədə isə şirkətin sahibi Hikmət Yiğitdöl və şəriki Qabil Əliyev arasında konfliktin olması vətəndaşları qorxuya salıb.

Onlar başı üzərində qarşıdurma olan “Hom Paş Prestij” MTK-dan mənzil almağa ehtiyat edirlər.

Bir müddət əvvəl türk iş adamı saytımız vasitəsi ilə Baş Prokuror Zakir Qaralova müraciət etmişdi. O, şəriki Q.Əliyevin barəsində cinayət işi açılmasına göstəriş verilməsini istəmişdi.

Hikmət bəy yazırdı ki, Q.Əliyev onun Azərbaycanda olmamasından istifadə edərək dələduzluq yolu ilə ikinci möhür düzəltdirib:

“Biz təsisçilərin təsis protokolu və razılığı olmadan Bakı şəhəri İcra Hakimiyyətinə məktubla müraciət edib.

Adımdan saxta imza ataraq 0.73 ha torpaq sahəsini özünə məxsus “İnter” MMC-nin adına keçirilməsinə nail olub.

Meriyadan 23 oktyabr 2015-ci il tarixdə sərəncam aldıqdan sonra tikintini özünə məxsus “İnter” MMC-nin adından aparmağa başlayıb.

Sonra vətəndaşlara yaşayış və qeyri-yaşayış sahəsi satıb. Mən bunu öyrəndikdən sonra 2 saylı Bakı İnzibati İqtisad məhkəməsinə müraciət etdim”.

H.Yiğitdöl Z.Qaralovun nəzərinə çatdırıb ki, 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi 2-1(82)185/2018 saylı qərarı ilə sərəncam etibarsız hesab edilib. Amma Q.Əliyev binadan mənzil və qeyri yaşayış sahəsi almış adamları aldadaraq vətəndaşları türk sahibkara qarşı yönəldir.

Başıbəlalı şirkətin arxivi

AzEuroNews.com xəbər verir ki, bundan qabaq, 2012-ci ildə Turanə Həsənova şirkətdən mənzil alsa da, fırıldağın qurbanı olub, iş məhkəməyə gedib.

Eyni zamanda Hom Paş Prestij MTK-nın sədri Hikmət Yigitdöllə bərabər, həmin şirkətlə müqavilə əsasında işləyən “Vaqif Oğulları” MMC-in direktoru Asif Pirvəliyev və mühasib Şirməmməd Baxşəliyev arasında da uzun müddətdir məhkəmə çəkişməsi gedib.

2016-cı ildə isə tanınmış iş adamı İsfəndiyar Axundov “Hom Paş Prestij” MTK şirkətini məhkəməyə verib.

Şərurlu İsfəndiyar mənzillərin və mağazaların ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb.

Bundan başqa, şirkətdən narazı olan payçılar Feysbukda səhifə açaraq problemlərini sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirirlər.

Daha bir məhkəmə işi və faktlar

2015-ci ildə başqa bir məhkəmə faktına diqqət edək: İddiaçı A.E-nin nümayəndəsiKərimov Şahbaz Namaz oğlunun iştirakı ilə, cavabdeh “Hom-Paş Prestij” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrdə yerləşən ümumi sahəsi 860 m2 olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 m2 olan yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, “Hom-Paş Prestij” MTK tərəfindən müqavilə öhdəliklərinin icra edilərək həmin daşınmaz əmlakların onun sahibliyinə və istifadəsinə verilməsi və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

“Hom Paş Prestij” qurbanları təşvişdə : məhkəmə, fırıldaq – Reportaj

İddiaçı müqavilələrə əsasən üzərinə düşən öhdəliyini vaxtında və tam şəkildə icra edərək, müqavilələr üzrə 860 m2 qeyri-yaşayış sahəsinin və 1770 m2 yaşayış sahəsinin ümumi dəyəri olan müvafiq olaraq 1290000 manat və 885000 manat pul vəsaitlərini MTK-nınhesabına ödəmiş və bu ödənişlər müqavilələrin 3.3-cü bəndində ayrıca qeyd olunmaqla tərəflərin imzası ilə təsdiq edilmişdir.

Lakin binanın tikintisinin və müqavilələrə əsasənmüəyyən olunmuş müddətin artıq çoxdan başa çatmasına baxmayaraq, MTK tərəfindən müqavilələrlə üzərinə düşən öhdəlik pozularaq, həmin yaşayış və qeyri-yaşayış sahələri heç bir əsaslı səbəb göstərilmədən iddiaçıya təhvil verilməmişdir.

Bütün bu məhkəmə işləri, qaranlıq məqamlarla bağlı firmaya zəng etsək də, cavabsız qaldı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.







Xəbərin oxunma sayı : 895




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap