Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Hope Lake” ailəvi istirahət mərkəzində kütləvi zəhərlənmə - 7 nəfər xəstəxanaya yerləşdirildi

Tarix 21.10.18, 13:22

Font ölçüsü : - / +
bitmap-img6


Zaqatala rayonunda baş vermiş kütləvi zəhərlənmənin ailəvi istirahət mərkəzlərindən birində qeydə alındığı ehtimal edilir. 

"Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-nin Yolxucu xəstəliklər şöbəsinə gətirilən şəxslər ötən gün axşam saatlarında rayonun Qazangül inzibati ərazisində fəaliyyət göstərən "Hope Lake” ailəvi istirahət mərkəzində olublar.

Onlar ailəvi istirahət mərkəzində xəmir xörək və digər qidalar qəbul ediblər. Ailə evə  qayıtdıqdan sonra onlarda zəhərlənmə əlamətləri biruzə verib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Zaqatala rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə oktyabrın 20-dən 21-ə keçən gecə Zaqatala şəhəri, 28 May küçəsi, ev 75 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qurban İbrahim oğlu Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ceyhun oğlu Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahim qızı İbrahimova, 2016-cı il təvəllüdlü Zara Nicat qızı Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Ceyhun qızı Qasımzadə, 2006-cı il təvəllüdlü Aysu Ceyhun qızı Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Ceyhun oğlu Qasımzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. 

Xəstəxanadan verilən məlumata görə, zəhərlənənlərin hamısı bir ailənin üzvləridirlər. Müayinə zamanı məlum olub ki, axşam yeməyindən sonra ikisi azyaşlı olmaqla 7 nəfərin vəziyyəti pisləşməyə başlayıb və onlarda zəhərlənmə əlamətləri müşahidə olunub. Diaqnozu dəqiqləşdirmək üçün onların hamısından ayrı-ayrılıqda nümunələr götürülərək analiz edilmək üçün laboratoriyaya göndərilib. Zəhərlənən şəxslərin hamısının müalicəsi xəstəxananın Yolxucu xəstəliklər şöbəsində aparılır, vəziyyətləri hazırda orta-ağır və orta-stabil qiymətləndirilir.

Bundan əvvəl Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin zəhərlənmiş heyət üzvlərini xilas ediblər.



Xəbərin oxunma sayı : 178




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap