“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“I qrupda informatika ixtisası üzrə yenilik olacaq“ - DİM sədri

Tarix 27.10.21, 12:43

Font ölçüsü : - / +
bitmap-img6


“II qrup üzrə əvvəlki qəbul imtahanında 13 642 yer təklif edilmişdisə, cəmi 16 min şəxs ərizə vermişdi. 8000 nəfər isə 150 baldan yuxarı nəticə göstərərək müsabiqəyə buraxılmışdı. Biz bilirdik ki, II qrupda kifayət qədər boş yer qala bilər”.

“Report” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə deyib.

DİM sədri xatırladıb ki, keçən il III qrup üzrə 12 853 yer təqdim edilmişdi, sənəd verən 21 min adamdan 16 567 nəfər 150 baldan yuxarı nəticə göstərərək müsabiqəyə qatılmışdı: “Əvvəldən proqnoz etmişdik ki, təxmini 4000 adam qəbul olmayacaq. Subbakalavrlardan cüzi hissə lazımi nəticə əldə edərək qəbul ola bilmişdi”.

M.Ababszadə qeyd edib ki, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir: “Yəni “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib. Bu da abituriyentlər üçün əlavə imkan deməkdir. Universitetlərin tələbləri də nəzərə alınaraq, elə şəxslər oxumalıdır ki, coğrafiyadan orta məktəb səviyyəsində biliklərə malik olsunlar".

"Müzakirələr aparılır, 2022-2023-cü ildə I qrupda informatika üzrə ixtisasını seçən abituriyentlər həmin qrupda kimyadan yox informatika fənnindən imtahan versinlər. Gələn həftə bu barədə elan olunacaq”, - DİM sədri əlavə edib.



Xəbərin oxunma sayı : 511




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap