Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Şikayətlərə cavab müddəti 10 günə düşsünmü? - Vəkildən deputata cavab

Tarix 10.10.25, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin iclasında deputat Səyyad Salahlı Azərbaycanda ərizə və şikayətlərə 30 gün ərzində cavab verilməsi ilə bağlı qaydanın dəyişdirilməsini istəyib. Deputat təklif edib ki, ərizə və şikayətlərə 10 gün ərzində cavab verilməsi daha münasib olar:

"Ayın 1-dən məktub yazırsan, qəsdən gözləyib ayın 30-31-də cavab verirlər. Şikayətlərə vaxtında və dürüst cavab verilməlidir. Səlahiyyətli orqanlar bu məsələlərə daha ciddi yanaşmalıdır".

Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu məsələ "Vətəndaşların Müraciətləri Haqqında” qanunla tənzimlənir:

"Hansısa deputatın təklifi varsa, təqdim etsin. Normal parlamentin normal deputatı qanun layihəsi təqdim edir, durub boş-boş danışmır, "mən istəyirəm, belə olsun” və s. İstəyirsən, qanun layihəsini yaz, bir az əziyyət çək. Sizin işiniz layihə verməkdir. Gətir layihəni qoy, hamı da fikrini desin. Bu saat ondan soruşsalar ki, söhbət hansı qanundan gedir, onu bilməyəcək. Halbuki qanunları özləri qəbul edir. Həmin qanunun 10-cu maddəsidir. Birincisi, bütün müraciətlərə cavab müddəti 30 iş günü deyil, bəziləri 15 iş günüdür. Əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlər isə 30 iş günüdür. Bu müddət də bəzi hallarda uzadıla bilir".

Əkrəm Həsənov ərizə və şikayətlərin araşdırılmasının mürəkkəbliyini vurğulayıb:

"Həmin qanunda yazılıb ki, hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətlərinə 15 günə baxılsın. Orada bir müddət göstərilməyib. Vəkil kimi hesab edirəm ki, bu, normal müddətdir. Əksər ölkələrdə də bu müddətdən aşağı göstərilməyib. Əksinə, bəzən müddət lap çoxdur. Məsələn, ABŞ, Almaniya və s. Çində 60 günə cavab verilir. Məsələn, mən müraciət etdim. Həmin orqanın rəhbərliyi işi araşdırmaq üçün kiməsə tapşırır. Cavab kiməsə öz adından deyil, dövlət qurumunun adından yazılır. Buna da xeyli vaxt gedir. Ola bilər, orada hüquqi, iqtisadi məsələlər də olsun, bunlar hesablanıb razılaşdırılmalıdır".

Vəkil deyir ki, bu məsələdə ən böyük problemlərdən biri təyin edilən 30 gün müddətinin özünün uzadılmasıdır:

"Problem qanunda deyil. Problem ondadır ki, dövlət qurumları bu 30 günün özünü belə uzadır. 30 gün keçir, amma müraciətə cavab yoxdur. Parlament yaxşı olar ki, buna nəzarət etsin. Heç olmasa qanunda göstərilən 30 gün müddətində cavab versinlər".



Xəbərin oxunma sayı : 1807




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap