Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çin ABŞ vətəndaşlarına viza məhdudiyyəti tətbiq edəcək - Tibet məsələsinə görə

Tarix 08.07.20, 18:09

Font ölçüsü : - / +
bitmap-img6


Çin Tibet məsələsi ilə əlaqədar kobud fəaliyyətləri olan ABŞ vətəndaşlarına viza məhdudiyyəti tətbiq edəcək.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien iyulun 8-də gündəlik mətbuat konfransında məlumat verib. O, rəsmi Pekinin bu qərarının ABŞ-ın bəzi Çin rəsmilərinə viza məhdudiyyəti ilə bağlı qərarına cavab olduğunu bildirib. Çin tərəfi viza məhdudiyyətinin konkret hansı şəxslərə tətbiq olunacağını açıqlamayıb.

“Tibet məsələsi Çinin tam daxili işidir və heç bir xarici müdaxilə yolverilməzdir”, – deyən Cao Licien Çinin, eləcə də Tibet muxtar bölgəsinin dünyaya açıq olduğunu bildirib. O, əcnəbilərin Tibet bölgəsinə səfər etmələri ilə bağlı heç bir problem olmadığını, Çin hökumətinin heç vaxt bu cür səfərlər üçün məhdudiyyət tətbiq etmədiyini deyib.

Çin XİN-in məlumatında deyilir ki, 2015-2018-ci illərdə Tibet muxtar bölgəsinə 176 min əcnəbi, o cümlədən 175 min turist, 500 diplomat və 343 jurnalist səfər edib. Ötən il isə yerli və xarici 40 milyon turist Tibetdə olub.

Qeyd edək ki, iyulun 7-də Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Pekinin ABŞ diplomatlarının, jurnalistlərinin və turistlərinin Tibet bölgəsinə səfərlərinə mane olduğu üçün Çin rəsmilərinə viza məhdudiyyəti tətbiq edə biləcəyini açıqlayıb.

Ümumiyyətlə, son vaxtlar iki dövlət arasında bir çox məsələlər üzrə gərginlik müşahidə olunur. Bura iqtisadi-ticari mübahisələr, Honkonq və Sincan Uyğur Muxtar Bölgəsi ilə bağlı məsələlər də daxil olmaqla siyasi mövzular, Çinin qabaqcıl texnologiya şirkətlərinə Vaşinqtonun tətbiq etdiyi qadağa və məhdudiyyətlər, COVID-19 virusu ilə bağlı qarşılıqlı ittihamlar, hər iki ölkənin Cənub Çin dənizindəki hərbi fəaliyyəti ilə bağlı məsələlər daxildir(azərtac).




Xəbərin oxunma sayı : 2269




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap