Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çin gəmiləri mübahisəli sulara daxil oldu - Yaponiyadan XƏBƏRDARLIQ

Tarix 14.05.22, 15:16

Font ölçüsü : - / +
bitmap-img6


Çin Dəniz Polisinin 4 patrul gəmisi Şərqi Çin dənizində ÇXR-in iddia etdiyi mübahisəli Yapon Senkaku (Diaoyu) adaları yaxınlığındakı əraziyə daxil olub.

Yaponiya Dəniz Təhlükəsizliyi İdarəsinin Çin gəmilərinə zonanı tərk etməyi tələb edən xəbərdarlıq göndərdiyi bildirilir.

Senkaku adaları Pekin və Tokio arasında mübahisə obyektdir. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın nəzarətində olan adalar 1972-ci ildə Yaponiyaya təhvil verilib. Çin tərəfi Yaponiyanın bu zonanı qeyri-qanuni əlində saxladığını iddia edir.

Yaponiya da öz növbəsində qeyd edir ki, ÇXR bu əraziyə 1970-ci illərdə, bu bölgənin akvatoriyası faydalı qazıntılarla zəngin olduğuna görə iddia etməyə başlayıb. 2012-ci ildə Yaponiya hökuməti beş adadan üçünü xüsusi mülkiyyətçidən aldıqdan və dövlət statusunu vurğuladıqdan sonra mübahisə daha da kəskinləşib.

Aprelin 18-də Çinin Şərqi Çin dənizindəki mübahisəli adalar ətrafında mövcudluğunu artırmasından sonra Yaponiyanın bu ərazilərin müdafiəsini genişləndirəcəyi bildirilmişdi. Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin (QSDF) qərargah rəisi general Yoşihide Yoşidanın sözlərinə görə, əraziyə iddialı olan düşmənlərə güclü siqnal göndərmək üçün əlavə müdafiə qüvvələrinin genişləndirilməsi zəruridir.

Mənbə: TASS



Xəbərin oxunma sayı : 766




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap