Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Çin rejimi Uyğur türklərinə necə divan tutur? - Ölkədən qaçan polis məmuru tükürpədici faktlar açıqladı

Tarix 19.10.21, 11:58

Font ölçüsü : - / +
bitmap-img6


Çində alternativ fikrə və tənqidə yer yoxdur. Tənqidçilər ya həbs olunur, ya “əmək düşərgələrinə” göndərilir, ya da ölkəni tərk etmək məcburiyyətində qalırlar.

Çində koronavirusa ilk yoluxanlar qeydə alınanda Pekin əvvəlcə bu xəstəliyi və fəsadlarını gizlətməyə çalışdı. Ancaq xəstəliyin miqyası artıqca, Pekin bu haqda xəbəri beynəlxalq aləmə yaymaq məcburiyyətində qaldı. Ancaq artıq zaman əldən verilmişdi. Çünki, səhiyyə üzrə ekspertlərin bir qismi ində də o fikirdədir ki, Pekin xəstəlik və onun miqyası barədə məlumatları zamanında beynəlxalq aləmlə bölüşsəydi, koronavirusun dünyaya yayılmasının qarşısını almaq olardı.

Misal üçün Çindən sonra virus İran və İtaliyada sürətlə yayıldı. Bu necə baş verdi? 

İranın Qum şəhərində yaşayan iş adamı Çindən qayıtdıqda virusa yoluxmasından xəbərsiz idi. O bu virusu bilmədən əvvəlcə yaşadığı şəhərə sonra isə bütöv ölkəyə yaydı. Elə Cənubi Qafqaz ölkələrində virusun böyük hissəsi İrandan yayıldı. İranda virusa yoluxanların və ölənlərin sayı hələ də azalmır.

İtaliyada da oxşar vəziyyət yarandı. İtaliyanın bir sıra tikiş fabriklərində çinlilər çalışırdı. Onların bir qismi Çindən tətildən qayıtdıqda virusla İtaliyaya daxil oldular və virus bir anda İtaliyanı bürüdü, oradan da Avropaya yayıldı. İtaliyada ilk aylarda hər gün ölənlərin sayı yüzlərlə idi. Yəni əgər Çin xəstəliyin təhlükəsi və miqyası barədə əvvəlcədən məlumat versəydi, nə iranlı işadamı Çinə gedər və virusu İrana yayar, nə də İtaliya çinli işçiləri ölkəyə girişinə icazə verərdi.

Pekinin uyğur siyasəti də eynidir. Çinin hakimiyyət strukturları uyğurlar problemləri olmadığını iddia edir. Ancaq soruşanda ki, “bəs onda uyğurlar niyə zorla əmək düşərgələrində saxlanılır” sualını verdikdə cavab eynidir: “Uyğurlar özləri əmək düşərgələrində çalışmaq istəyirlər”. 

Heç bir insan zorla düşərgədə, özü də pulsuz çalışmaq istəməz. Bunun yalan olduğunu hamı bilir. Buna baxmayaraq, Pekin “əmək düşərgələri” siyasətindən imtina etmir. Vəziyyət o dərəcə dözülməz həddə çatıb ki, hətta uyğurlara əziyyət verənlərin bir qismi də daxilən əzab çəkməyə başlayıblar.

Açıklama yok.

Çin polisinin yüksək rütbəli zabiti Avropa ölkələrindən birində sığınacaq taparaq “əmək düşərgələrində” əsl vəziyyət barədə dünyaya çar çəkib. ABŞ-ın məşhur CNN televiziya kanalı həmin zabitdən müsahibə alıb. Zabit deyib ki, Çinin hakimiyyət strukturları məlumat toplamaq məqsədilə həbsdə olan uyğurlara işgəncə verirlər: “ Uyğurlara qarşı işgəncədə elektirkdən istifadə edirlər, qrup şəklində bir-birlərini zorlamaya məcbur edirlər. Bizə əmr verilirdi ki, uyğurları bir-birinə bağlayaraq onların bədənlərindən elektrik keçirək. Bundan başqa uyğurları ayaqlarından asırdıq, başlarını suya salırdıq, dəmir zəncirlərlə döyürdük. Bunun nəticəsində uyğurlar ərzaq qəbul edə bilmir, yuxu hisslərini itirirdilər”.

Uyğurlara verilən işgəncə barədə keçmiş illərdə də məlumatlar var idi. Ancaq bu dəfə faktları işgəncəni bilavasitə həyata keçirən zabit açıqlayıb. Çinin hakimiyyət strukturları əllərində onu bayraq ediblər ki, uyğurlar içərisində radikallar var və onlara terror meyllidirlər. Əlbəttə, uyğurlar içərisində terrora meyllilər var, ancaq onlar böyük bir xalqı təmsil etmirlər. “Əmək düşərgələrində” çürüdülənlərin terrorçularla əlaqəsi yoxdur, onların günahı sadəcə uyğur olmalarında və haqlarını tələb etmələrindədir.

“Atlas” Araşdırmalar Mərkəzi





Xəbərin oxunma sayı : 760




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap