Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Çin Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsini dəstəklədi - VİDEO

Tarix 18.08.19, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Çin Transxəzər qaz kəmərinin inşasında Avropa İttifaqını (Aİ) dəstəkləmək qərarına gəlib.

AzFakt.com-un məlumatına görə, Aİ və Çin şirkətlər konsorsiumu sərhədləri Xəzər dənizi hövzəsinə daxil olan ölkələrin mövqeyini dəyişdirə biləcək yüksək profilli layihəni həyata keçirməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, planlaşdırılan sualtı qaz kəməri Türkmənistanın Türkmənbaşı şəhərini Azərbaycanın paytaxtı Bakı ilə birləşdirməlidir. Bəzi mənbələrə görə, Qazaxıstandakı Tengiz-dən bir qaz kəmərini şəbəkəyə bağlamaq və onu Türkmənbaşı ilə birləşdirmək də planlaşdırılır. Bu sualtı qaz kəməri təbii qazın Türkmənistan və Qazaxıstandan Azərbaycan vasitəsilə Türkiyə və Gürcüstana, daha sonra isə Avropa İttifaqına üzv ölkələrə nəqlini nəzərdə tutur. Bu boru kəməri həm də Cənub Qaz Dəhlizinin genişləndirilməsinin bir hissəsi hesab olunur.

Qeyd edək ki, ötən həftə Rusiya və İran hökumətləri ətraf mühitin qorunması motivləri əsasında Transxəzər qaz kəmərinin inşasına qarşı çıxıblar.

Edison Technologies GmbH, MMEC Mannesmann GmbH, Air Liquide Global E&C Solutions (AB) də daxil olmaqla Avropa və Çin şirkətlərindən ibarət konsorsium, SINOPEC Mühəndislik Qrupu (Çin) ilə birlikdə 300 km sualtı qaz kəməri çəkmək istəyini bəyan edib. O, 30 il ərzində ildə 30 milyard kubmetr qaz tədarükünü nəzərdə tutur. Bu barədə konsorsium nümayəndələrinin Türkmənistan Nazirlər Kabineti sədrinin neft və qaz məsələləri üzrə müavini Mıratgəldi Meredov və ölkə prezidentinin neft və qaz məsələləri üzrə müşaviri Yagışgəldy Kakaevlə görüşündən sonra açıqlama verilib.

 

qaz kəməri Tükmənistan - Azərbaycan


Konsorsium layihə çərçivəsində, boru kəmərinin çəkilməsi ilə yanaşı, zəruri infrastruktur, o cümlədən qaz təmizləyici qurğu və kompressor stansiyaları layihələri hazırlamağa və qurmağa da hazırdır.

Şirkətlər həmçinin lazımi sayda istifadəyə hazır qaz quyuları qazacaqlar.

Qazın, hansı ki, yeni potensial marşrut üzrə Türkmənistandan gedə bilər, əsas alıcısı Avropa olacaq. O, Rusiya və İran qazının alternativi olmaqda maraqlıdır, çünki tədarükü şaxələndirəcək, Aİ-ni köhnə tədarükçülərdən daha az asılı edəcək və qiymətlərin aşağı düşməsinə kömək göstərəcək.(Virtualaz.org)

 




 



Xəbərin oxunma sayı : 475




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap