Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Çingiz Hüseynzadə: “Ramil Quliyev barədə dediklərimin arxasında dururam”

Tarix 15.08.17, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin binasında Yüngül Atletika Federasiyasının prezidenti, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin mətbuat konfransı keçirilib.

KİV nümayəndələri ilə görüş 2011-ci ildə Azərbaycan Yüngül Atletika Federasiyası ilə münaqişə üzündən Türkiyə bayrağının altına keçmiş azərbaycanlı atlet Ramil Quliyevin Londonda keçirilən dünya çempionatında qələbəsinə həsr edilmişdi. Qiliyevin Londondakı uğurundan sonra Federasiyanı Ramili Azərbaycandan, sözün həqiqi mənasında, qovmaqda günahlandıranların sayı xeyli artıb.

“Keçmiş idmançımız Ramil Quliyevin dünya çempionu olmasına çox sevindik. Bu, həm bizim üçün, həm Türkiyə üçün, həm də türk dünyası üçün bir ilk idi, – Çingiz Hüseynzadə deyir. – Bu böyük hadisədir. Biz onu hələ Londonda təbrik etdik. Onu Azərbaycan prezidenti İlham Əliyev də təbrik etdi.

Finaldan əvvəl biz Ramil Quliyevin medal qazanacağını proqnozlaşdırırdıq. Biz Türkiyə Yüngül Atletika Federasiyasının rəhbərliyi ilə söhbət edib razılığa gəldik ki, əgər o medal qazansa, hər iki bayrağı qaldıracaq. Bundan sonra təcili olaraq Azərbaycanın bayrağını Ramilə çatdırdıq.



Stadionda daim elan edirdilər ki, Ramil azərbaycanlıdır. Türkiyə federasiyasının prezidenti və Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının prezidenti ilk növbədə Azərbaycanı təbrik etdi. O bildirdi ki, Ramilin bizim birgə idmançımız olduğunu bilir.

O ki qaldı Ramil Quliyevin çıxıb getməsinə, bu söhbətin artıq 7 yaşı var. İndi arxivdən mənim o illərdə verdiyim müsahibələri çıxarırlar. Etiraz etmirəm. Sözlərimin arxasında dururam. Onların Quliyevə bir idmançı kimi aidiyyəti yoxdur. Bəli, 2015-ci ilin dünya çempionatından və 2016-cı ilin Olimpiya Oyunlarından əvvəl deyirdim ki, o, nəticə göstərə bilməyəcək.

Bakıdan getdikdən sonra nəticələri yox idi. Yalnız 2015-ci ildən sonra onları göstərməyə başladı.

Bu mövzunun bir idman, bir də mənəvi tərəfi var. Yazırlar ki, Federasiya Ramilə pul vermirdi. İndi bu haqda danışmaq istəmirəm. Lakin o yeganə adam idi ki. 19 yaşında, hələ bir nəticə göstərmədən Federasiyanın təqdimatı ilə mənzil almışdı. “Neftçi”də ona ən yüksək əməkhaqqı verilirdi. Ramil etiraf edir ki, Türkiyədə maaşı klubdan alır, federasiyadan deyil. Bütün dünyada belədir”.





Xəbərin oxunma sayı : 175




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap