Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çinin Baş naziri Avstraliyaya çağırış etdi

Tarix 22.03.17, 18:38

Font ölçüsü : - / +
bitmap-img6


Avstraliya ilə Çin ticari-iqtisadi əlaqələri inkişaf etdirməklə ölkələrarası əməkdaşlığı möhkəmləndirə bilərlər

Bu barədə “The Austarlian” qəzetinin Çinin Dövlət Şurasının Baş naziri Li Keçyana istinadla yaydığı məqaləsində deyilir. Qeyd edək ki, martın 22-də L.Keçyanın Avstraliyaya rəsmi səfəri başlayır.

Çin hökumətinin başçısının sözlərini sitat gətirən qəzet yazır: “Çin və Avstraliya bir-biri üçün bazarlarını daha geniş aça bilərlər və bu, ikitərəfli əməkdaşlığı daha da möhkəmləndirə bilər”. Baş nazir 2015-ci ili dekabrında qüvvəyə minmiş Çin-Avstraliya azad ticarət razılaşmasını xatırladaraq qeyd edir ki, onun ölkəsi Avstraliyanın əsas ticari tərəfdaşıdır.

Ekspertlərin qənaətinə görə, L.Keçyanın səfərinin əsas məqsədlərindən biri Avstraliyanı Çoxtərəfli Regional İqtisadi Tərəfdaşlıq adlandırılan yeni konsepsiyaya daha fəal qoşulmağa sövq etməkdir. Həmin konsepsiya Çin tərəfindən Trans-Sakit okean Tərəfdaşlığına (TPP) alternativ olaraq irəli sürülüb. Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp TPP-nin ölkəsinin maraqlarına cavab vermədiyini bəyan edərək qurumdan çıxıb(azərtac).



Xəbərin oxunma sayı : 94




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap