Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Çinin Cənubi Qafqaz yürüşü - Ticarət 1,9 milyard dollardan 3,6 milyard dollar çatıb...

Tarix 02.03.21, 21:49

Font ölçüsü : - / +
bitmap-img6


Çin özünün ticarət və enerji arzularının gerçəkləşdirilməsində qərbə doğru daha bir addım atmaq üçün Orta Asiyadakı uğurunu Qafqazda təkrarlamalıdır.

“Karnegi Moskva Mərkəzi”nin portalında dərc olunmuş məqalədə deyilir ki, 2002-2005-ci illərdə Çinin Orta Asiya ilə ticarəti dörd dəfəyədək artıb – 2.3 milyard dollardan 8.8 milyard dollar yüksəlib.

2019-cu ildə isə bu rəqəm 46 milyard dollar olub. “Otuz ildən də az müddət ərzində Çin Orta Asiyada bütün sektorlarda fundamental şəkildə oturuşub”, – məqalədə deyilir.

İndi isə Si Jinpinq administrasiyası Qafqazla əməkdaşlığa təkan vermək üçün ilk addımları atır. 2016-2020-ci illərdə Çinlə Qafqaz region arasında ticarət 1.9 milyard dollardan 3.6 milyard dollar çatıb.

“Çin şirkətləri sənayeləşməni sürətləndirməkdən ötrü regiondakı hökumətlərlə işləyirlər. Azərbaycanın iqtisadi diversifikasiya siyasəti və Çinin sənaye qabiliyyətini transfer etmək həvəsi iki ölkənin iqtisadi əməkdaşlığını sürətləndirir. 2018-ci ildən Azərbaycanda bir neçə irimiqyaslı Çin layihələri işə salınıb: Ələt limanında 1.5 milyard dollarlıq sənaye parkı, 1.17 milyard dollarlıq tam dövrlü polad zavodu, 300 milyon dollarlıq şin zavodu və utilizasiya zavodu”, – məqalədə deyilir.

Çinin eyni zamanda Gürcüstan və Ermənistanla da əlaqələri genişləndirdiyi vurğulanır, ancaq problemlərin də olduğu qeyd edilir. Məsələn, Azərbaycan Çinin ticarət və enerji şəbəkəsinə tam qoşulmayıb.

Çin Azərbaycanla iqtisadi əlaqələrə təkan verəcək bəzi əsas maliyyə razılaşmalarını bağlaya bilməyib. Valyuta mübadiləsi, azad ticarətlə bağlı razılaşma yoxdur, amma Gürcüstan və Ermənistanla bağlanıb. 

Ən əsası, Azərbaycan köhnə və ləng dəmiryolu infrastrukturunu yeniləməyə elə də böyük həvəslə yanaşmır. Bu isə Qazaxıstandan Xəzər dənizi ilə gələn Çin malları üçün vacibdir.



Xəbərin oxunma sayı : 880




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap